https://sputnik.az/20220117/baki-metrosunda-temir-deponun-park-ve-dalan-yollarinda-agac-spallari-sokurler-438238373.html
Bakı metrosunda təmir: deponun park və dalan yollarında ağac şpalları sökürlər
Bakı metrosunda təmir: deponun park və dalan yollarında ağac şpalları sökürlər
Sputnik Azərbaycan
Şərti adı "Xocəsən" olan depo da artıq metropolitenin istismar planlarında yer almağa başlayıb. 17.01.2022, Sputnik Azərbaycan
2022-01-17T17:25+0400
2022-01-17T17:25+0400
2022-01-17T17:25+0400
metro
paytaxt xəbərləri
bakı metropoliteni qapalı səhmdar cəmiyyəti
"bakı metropoliteni" qsc
bakı metropoliteni
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438046978_0:59:1000:622_1920x0_80_0_0_4598e4dabc54ea6d15b0948862b1d576.jpg
BAKI, 17 yanvar — Sputnik. "Cəfər Cabbarlı" - "Xətai" metro tunelinin 481 metrlik hissəsinin yolları tamamilə yeni əsaslarla qurulur və işlər 2022-ci ilin I rübündə tam başa çatdırılacaq.Sputnik Azərbaycan "Bakı Metropoliteni" QSC-yə istinadla xəbər verir ki, ötən il "Cəfər Cabbarlı" stansiyasının əsaslı təmiri çərçivəsində mühüm işlərdən biri yerüstü sahədə tamamlanaraq, onun konstruksiyasının yağıntılardan qorunması məqsədilə üç mərhələli təmiri aparılıb. Burada kommunikasiya xətləri yenilənib, yeni mühafizə qatı qurulub. Bu mənzildə təbii havalandırma imkanlarının genişləndirilməsi baxımından Cəfər Cabbarlı meydanında yeni köşk quraşdırılıb.Şaxtalardan birinin Süleyman Rəhimov küçəsində avtomobil yolunun ortasında yerləşən köşkünün "Azərbaycan Dəmir Yolları" QSC-nin iştirakı ilə yeri dəyişdirilib.2021-ci ildə "Bakı Metropoliteni" QSC üzərindən normadan artıq yük buraxılmış 3 644,9 paqo metr relsi uzunölçülü relslərlə əvəz edib. Məlumatda deyilir ki, uzunölçülü relslər qatarların daha rəvan, səlis hərəkətə, daha az vibrasiyaya səbəb olmaqla sərnişin rahatlığının optimallaşdırılmasına xidmət göstərir.Bundan başqa, ötən il tunellərdə 2 034 yararsız ağac şpal, stansiya yollarında 549 gödək ağac şpal dəyişdirilib. Deponun park yollarında yoldəyişdirici qurğuların 59 ağac çevirici tiri, üzərindən normadan artıq yük buraxılmış R-50 tipli 1/5 markalı 3, eyni səbəbdən 4 stansiyada, yoldəyişdirici qurğu yenilənib. Tuneldə, park yollarında təmas relsinə 478 yeni kronşteyn qoyulub. Rels-qaynaq sahəsində 3582.835 p.m.rels (146 qovşuq) qaynaq olunub."Bakmil-Portal" mənzilində, deponun park və dalan yollarında 1 019 yararsız ağac şpalın dəmir-beton şpallarla əvəz edilməsi də qeyd oluna bilər. Pandemiya səbəbilə sərnişindaşıma fəaliyyəti dayandırıldığı müddətdə park yollarında R-50 tipli 1/5 markalı yoldəyişdirici qurğu dəmir-beton tir üzərinə qoyulub. "Bakı Metropoliteni" mütəxəssislərinin hazırladığı xüsusi layihə əsasında tətbiq edilən bu yenilik də gələcəkdə Bakı metropoliteninin yol qovşaqlarında aparılan əsaslı təmir işləri zamanı tətbiq ediləcək daha bir mühüm texnoloji proses olub.Şərti adı "Xocəsən" olan depo da artıq metropolitenin istismar planlarında yer almağa başlayıb. Bu mənada burada R50 tipli 1/5 markalı 3 dəst yoldəyişdirici qurğuda şablon kənarlaşmalar norma daxilinə salınıb. "Avtovağzal-Xocəsən" mənzilinin II yolunda 1425 p.m uzunölçülü rels qaynaq edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438046978_46:0:954:681_1920x0_80_0_0_d5337a40f08811e88811991e2ffbe016.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
köklü təmir: tezliklə paytaxtda yenilənmiş metro görəcəyik
köklü təmir: tezliklə paytaxtda yenilənmiş metro görəcəyik
Bakı metrosunda təmir: deponun park və dalan yollarında ağac şpalları sökürlər
Şərti adı "Xocəsən" olan depo da artıq metropolitenin istismar planlarında yer almağa başlayıb.
BAKI, 17 yanvar — Sputnik. "Cəfər Cabbarlı" - "Xətai" metro tunelinin 481 metrlik hissəsinin yolları tamamilə yeni əsaslarla qurulur və işlər 2022-ci ilin I rübündə tam başa çatdırılacaq.
Sputnik Azərbaycan "Bakı Metropoliteni" QSC-yə istinadla xəbər verir ki, ötən il "Cəfər Cabbarlı" stansiyasının əsaslı təmiri çərçivəsində mühüm işlərdən biri yerüstü sahədə tamamlanaraq, onun konstruksiyasının yağıntılardan qorunması məqsədilə üç mərhələli təmiri aparılıb.
Burada kommunikasiya xətləri yenilənib, yeni mühafizə qatı qurulub. Bu mənzildə təbii havalandırma imkanlarının genişləndirilməsi baxımından Cəfər Cabbarlı meydanında yeni köşk quraşdırılıb.
Şaxtalardan birinin Süleyman Rəhimov küçəsində avtomobil yolunun ortasında yerləşən köşkünün "Azərbaycan Dəmir Yolları" QSC-nin iştirakı ilə yeri dəyişdirilib.
2021-ci ildə "Bakı Metropoliteni" QSC üzərindən normadan artıq yük buraxılmış 3 644,9 paqo metr relsi uzunölçülü relslərlə əvəz edib. Məlumatda deyilir ki, uzunölçülü relslər qatarların daha rəvan, səlis hərəkətə, daha az vibrasiyaya səbəb olmaqla sərnişin rahatlığının optimallaşdırılmasına xidmət göstərir.
Bundan başqa, ötən il tunellərdə 2 034 yararsız ağac şpal, stansiya yollarında 549 gödək ağac şpal dəyişdirilib. Deponun park yollarında yoldəyişdirici qurğuların 59 ağac çevirici tiri, üzərindən normadan artıq yük buraxılmış R-50 tipli 1/5 markalı 3, eyni səbəbdən 4 stansiyada, yoldəyişdirici qurğu yenilənib. Tuneldə, park yollarında təmas relsinə 478 yeni kronşteyn qoyulub. Rels-qaynaq sahəsində 3582.835 p.m.rels (146 qovşuq) qaynaq olunub.
"Bakmil-Portal" mənzilində, deponun park və dalan yollarında 1 019 yararsız ağac şpalın dəmir-beton şpallarla əvəz edilməsi də qeyd oluna bilər. Pandemiya səbəbilə sərnişindaşıma fəaliyyəti dayandırıldığı müddətdə park yollarında R-50 tipli 1/5 markalı yoldəyişdirici qurğu dəmir-beton tir üzərinə qoyulub.
"Bakı Metropoliteni" mütəxəssislərinin hazırladığı xüsusi layihə əsasında tətbiq edilən bu yenilik də gələcəkdə Bakı metropoliteninin yol qovşaqlarında aparılan əsaslı təmir işləri zamanı tətbiq ediləcək daha bir mühüm texnoloji proses olub.
Şərti adı "Xocəsən" olan depo da artıq metropolitenin istismar planlarında yer almağa başlayıb. Bu mənada burada R50 tipli 1/5 markalı 3 dəst yoldəyişdirici qurğuda şablon kənarlaşmalar norma daxilinə salınıb. "Avtovağzal-Xocəsən" mənzilinin II yolunda 1425 p.m uzunölçülü rels qaynaq edilib.