https://sputnik.az/20220120/xarici-olkelerden-heyvan-ve-qusculuq-mehsullarinin-azerbaycana-getirilmesi-qadagan-edilib-438316394.html
Xarici ölkələrdən heyvan və quşçuluq məhsullarının Azərbaycana gətirilməsi qadağan edilib
Xarici ölkələrdən heyvan və quşçuluq məhsullarının Azərbaycana gətirilməsi qadağan edilib
Sputnik Azərbaycan
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq tədbirlər həyata keçirilir. 20.01.2022, Sputnik Azərbaycan
2022-01-20T23:31+0400
2022-01-20T23:31+0400
2022-01-20T23:31+0400
azərbaycan
cəmiyyət
quş əti
quşçuluq
quş
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821494_0:111:3132:1873_1920x0_80_0_0_ee365ccc4ba5f221add0615334bcb339.jpg
BAKI, 20 yanvar — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Qazaxıstanın Karağandı vilayətində və Tunisin Ben-Arous inzibati ərazi vahidində dabaq, Xorvatiyanın Oseçko-Baranska inzibati ərazi vahidində və Polşanın Lyubelinsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına məhdudiyyət qoyulub. O cümlədən, zonalaşma prinsipi nəzərə alınaraq diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən, bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemlərinin, quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Qazaxıstan, Tunis, Xorvatiya və Polşadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.Qeyd edək ki, bundan öncə Danimarka Krallığının Midtyulənd bölgəsində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Həmin ərazidən quşçuluq məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821494_244:0:2889:1984_1920x0_80_0_0_bab7ae7b52eb2e25e07c66befecd8a81.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycana haradan ət gətirməyə qadağa qoyuldu
azərbaycana haradan ət gətirməyə qadağa qoyuldu
Xarici ölkələrdən heyvan və quşçuluq məhsullarının Azərbaycana gətirilməsi qadağan edilib
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq tədbirlər həyata keçirilir.
BAKI, 20 yanvar — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Qazaxıstanın Karağandı vilayətində və Tunisin Ben-Arous inzibati ərazi vahidində dabaq, Xorvatiyanın Oseçko-Baranska inzibati ərazi vahidində və Polşanın Lyubelinsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına məhdudiyyət qoyulub.
O cümlədən, zonalaşma prinsipi nəzərə alınaraq diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən, bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemlərinin, quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Qazaxıstan, Tunis, Xorvatiya və Polşadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Qeyd edək ki, bundan öncə Danimarka Krallığının Midtyulənd bölgəsində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Həmin ərazidən quşçuluq məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq edilib.