Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə naziri Teymur Musayev ilk brifinqini keçirəcək

© Photo : Azerbaijan Ministry of Health Teymur Musayev
 Teymur Musayev - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
Brifinq zamanı tək dərman istehsalı deyil, digər strateji addımlar barədə də məlumat veriləcək.
BAKI, 20 yanvar — Sputnik. Teymur Musayev səhiyyə naziri kimi ilk brifinqini keçirəcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə nazir jurnalistlərə açıqlamasında məlumat verib. T.Musayev qeyd edib ki, ölkəmizdə son illərdə yerli dərman istehsalına böyük təkan verilib: "Bu yaxınlarda geniş mətbuat konfransı keçiriləcək və səhiyyəmizlə bağlı tək dərman istehsalı deyil, digər strateji addımlar barədə də məlumat veriləcək".
Qeyd edək ki, ötən il aprelin 23-də Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilib. Teymur Musayev dünən səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, "Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 aprel tarixli 2602 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 372) ləğv edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Xatırladaq ki, ötən il aprelin 23-də Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O.Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. O, 2005-ci ilin oktyabr ayından Azərbaycanın səhiyyə naziri idi.
Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0