CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağın internet təchizatı üçün fəaliyyət planı hazırlanıb

Modem - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
Rövşən Rüstəmov bildirib ki, Qarabağın bərpa planına uyğun olaraq, rabitə infrastrukturu da bərpa olunacaq.
BAKI, 20 yanvar — Sputnik. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin internet təchizatı üçün konkret fəaliyyət planı hazırlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.
"Həmin fəaliyyət planı çərçivəsində bu ildən başlayaraq müəyyən uzlaşmalara baxılacaq. Qarabağın bərpa planına uyğun olaraq, rabitə infrastrukturu da bərpa olunacaq", - deyə nazir müavini bildirib.
O, əlavə edib ki, bu, yalnız internetin sürətindən asılı deyil. Fəaliyyət planı konsept şəkildə həyata keçiriləcək.
Xəbər lenti
0