Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

"Qanlı Yanvar"ı dünya necə duydu? Deqatinin gizli Bakı səfəri

Abunə olmaq
Reza Deqati Azərbaycana ötən əsrin 90-cı illərinin əvvəllərində Bakıda baş vermiş "Qanlı Yanvar" hadisələrini lentə alanda üzləşdiyi çətinliklərdən danışıb. Ətraflı videomuzda.
"National Geographic" jurnalının tanınmış əməkdaşı, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Sputnik Azərbaycan-a Qanlı Yanvar hadisəsi zamanı Bakıya necə çətinliklə gəldiyindən və gördüklərindən söz açıb. Məşhur fotoqraf müsahibəsində deyib:
"1990 ci-il yanvarın 20-dən sonra mənə dedilər ki, Bakıda faciə yaşanıb. Məni Bakıya dəvət etdilər. O zaman xarici jurnalistləri Bakıya buraxmırdılar. İstəmirdilər ki, dünya bu xəbəri bilsin. Onda fikirləşdim ki, mütləq bir yol tapıb özümü Bakıya çatdırmalıyam".
Bütün bu çətinliklərə baxmayaraq, Reza Deqati Qanlı Yanvar hadisələrini dünyaya çatdırmağı bacardı.
Xəbər lenti
0