https://sputnik.az/20220120/ombudsman-samaxi-rayonunda-baximsiz-qalan-usaqlardan-danisdi-438341355.html
Ombudsman Şamaxı rayonunda baxımsız qalan uşaqlardan danışdı
Ombudsman Şamaxı rayonunda baxımsız qalan uşaqlardan danışdı
Sputnik Azərbaycan
Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan 5 azyaşlı uşağın görüntüləri yayılıb. 20.01.2022, Sputnik Azərbaycan
2022-01-20T15:02+0400
2022-01-20T15:02+0400
2022-01-20T15:02+0400
şamaxı
cəmiyyət
baxımsız uşaq
videogörüntü
ombudsman
baxımsız
https://cdnn1.img.sputnik.az/img/42316/06/423160678_0:0:3071:1728_1920x0_80_0_0_48a926ecc07af2b4978bfed6abcddb95.jpg
BAKI, 20 yanvar — Sputnik. "Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız vəziyyətdə olan uşaqlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdiriliblər. Onlar Bakıya gətiriləndən dərhal sonra onlarla görüşmüşəm". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva deyib.Ombudsman dövlət tərəfindən onlara lazım olan bütün dəstəyin göstərildiyini bildirib: "Tibbi müayinələr aparılır, psixoloq dəstəyi göstərilir. Hesab edirəm ki, uşaqlar tez bir zamanda tam şəkildə bərpa olunacaqlar".Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan 5 azyaşlı uşağın görüntüləri yayılıb.Məişət zorakılığı ilə üzləşdikləri müəyyən edildiyindən onlar ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, uşaqlarla bağlı aparılan reabilitasiya işləri yekunlaşdıqdan sonra qiymətləndirmə əsasında uşaqların rifahı ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq qərarlar veriləcək.Xatırladaq ki, ana da Sosial Xidmətlər Agentliyinin Şamaxı rayonunda fəaliyyət göstərən müəssisəsində reabilitasiya prosesinə cəlb olunub. Dəfələrlə müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən uşaqlara yardımlar göstərilsə də, onların dövlət himayəsinə verilməsinə ana qəti şəkildə etiraz edib.Nəticədə uşaqlar valideyn laqeydliyi səbəbindən baxımsız vəziyyətə düşməklə bərabər, təhsildən də yayınıblar. Əlavə məlumat olaraq bildiririk ki, 2019-cu ildə ananın Şamaxı Şəhər İcra Hakimiyyətinə edilən müraciəti əsasında, ailənin sosial vəziyyətinin ağır olması, eləcə də, ananın uşaqların yeganə himayəçisi olduğu nəzərə alınaraq, ailə fərdi yaşayış evi, həmçinin işlə təmin olunub.Lakin göstərilən dəstəyə baxmayaraq, valideyn uşaqlara qarşı məsuliyyətsiz yanaşmanı davam etdirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42316/06/423160678_106:0:2837:2048_1920x0_80_0_0_ffeecfaa24369315b3f5b14e653836ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ombudsman şamaxı rayonunda baxımsız qalan uşaqlardan danışdı video
ombudsman şamaxı rayonunda baxımsız qalan uşaqlardan danışdı video
Ombudsman Şamaxı rayonunda baxımsız qalan uşaqlardan danışdı
Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan 5 azyaşlı uşağın görüntüləri yayılıb.
BAKI, 20 yanvar — Sputnik. "Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız vəziyyətdə olan uşaqlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdiriliblər. Onlar Bakıya gətiriləndən dərhal sonra onlarla görüşmüşəm". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva deyib.
Ombudsman dövlət tərəfindən onlara lazım olan bütün dəstəyin göstərildiyini bildirib: "Tibbi müayinələr aparılır, psixoloq dəstəyi göstərilir. Hesab edirəm ki, uşaqlar tez bir zamanda tam şəkildə bərpa olunacaqlar".
Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan 5 azyaşlı uşağın görüntüləri yayılıb.
Məişət zorakılığı ilə üzləşdikləri müəyyən edildiyindən onlar ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.
Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, uşaqlarla bağlı aparılan reabilitasiya işləri yekunlaşdıqdan sonra qiymətləndirmə əsasında uşaqların rifahı ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq qərarlar veriləcək.
Xatırladaq ki, ana da Sosial Xidmətlər Agentliyinin Şamaxı rayonunda fəaliyyət göstərən müəssisəsində reabilitasiya prosesinə cəlb olunub. Dəfələrlə müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən uşaqlara yardımlar göstərilsə də, onların dövlət himayəsinə verilməsinə ana qəti şəkildə etiraz edib.
Nəticədə uşaqlar valideyn laqeydliyi səbəbindən baxımsız vəziyyətə düşməklə bərabər, təhsildən də yayınıblar. Əlavə məlumat olaraq bildiririk ki, 2019-cu ildə ananın Şamaxı Şəhər İcra Hakimiyyətinə edilən müraciəti əsasında, ailənin sosial vəziyyətinin ağır olması, eləcə də, ananın uşaqların yeganə himayəçisi olduğu nəzərə alınaraq, ailə fərdi yaşayış evi, həmçinin işlə təmin olunub.
Lakin göstərilən dəstəyə baxmayaraq, valideyn uşaqlara qarşı məsuliyyətsiz yanaşmanı davam etdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.