Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Odun-alovun içindən sağ çıxan Vətən müharibəsi iştirakçısı öldü

© Sputnik / Konstantin Mihalchevskiy / Mediabanka keçidМедсестра устанавливает капельницу, фото из архива
Медсестра устанавливает капельницу, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
BAKI, 20 yanvar — Sputnik. Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.
Eldəniz İsmayılov idarə etdiyi avtomobillə yol qırağında dayanan, 2000-ci il təvəllüdlü İsmayıl Adıgözəlovu vurub. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, İ.Adıgözəlov Vətən müharibəsində iştirak edib. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, bir müddət öncə də Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib. O, Bakı Dövlət Universitetinin məzunu olan Azad Orucovdur. Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib. Sonralar bir müddət Rusiyada yaşayıb və yenidən Azərbaycana dönüb. Ötən ilin sentyabrında könüllü olaraq zabit kimi Vətən müharibəsi iştirakçısı olub. Azad Orucovun 45 yaşında qəflətən insultdan öldüyü bildirilir.
Xatırladaq ki, ötən il 44 günlük Vətən müharibəsi iştirakçısı olan digər bir qazi də vəfat etmişdi. Müharibə zamanı ayağından yaralanmış İslam Əlizadə noyabrın 15-də səhər saatlarında dünyasını dəyişmişdi. Onun ürək tutmasından vəfat etdiyi, gecə yatıb səhər durmadığı bildirilirdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0