https://sputnik.az/20220120/narkokuryerler-matem-gununde-de-dinc-dayanmadilar-438341070.html
Narkokuryerlər matəm günündə də dinc dayanmadılar
Narkokuryerlər matəm günündə də dinc dayanmadılar
Sputnik Azərbaycan
Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. 20.01.2022, Sputnik Azərbaycan
2022-01-20T19:28+0400
2022-01-20T19:28+0400
2022-01-20T19:28+0400
qandal
cəmiyyət
narkotik
narkotik maddə
narkotik maddələrin qanunsuz dövriyyəsi
narkotik vasitələr
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434802688_0:247:3201:2048_1920x0_80_0_0_fb58138563145ec4e3fb03f479fbd03b.jpg
BAKI, 20 yanvar — Sputnik. Bakının Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfərdən 10 kiloqramdan çox narkotik vasitə götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Şöbəsinə (PŞ) daxil olan əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəlcə paytaxt sakini Asif Niyazov tutulub. Onun üzərindən, eləcə də evindən ümumilikdə 10 kiloqram 200 qram heroin və marixuana aşkar olunub.Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ruslan Aslanov, Rəşad Hüseynov, Rəşad Pənahov və əvvəllər məhkum olunmuş Məhəmməd Nəcəfov saxlanılıblar.Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.Bu şəxslərin hər biri barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib."Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir", - məlumatda qeyd olunub.Qeyd edək ki, dünən Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər tutulub.Araşdırma zamanı həmin şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onların barələrində Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar aparılır və həbs qətimkan tədbirləri seçilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434802688_136:0:2867:2048_1920x0_80_0_0_015d31bb3e2c8546bd71cb43a8360e87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qandal, narkotik, narkotik maddə, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələr
qandal, narkotik, narkotik maddə, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkotik vasitələr
Narkokuryerlər matəm günündə də dinc dayanmadılar
Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
BAKI, 20 yanvar — Sputnik. Bakının Xətai rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfərdən 10 kiloqramdan çox narkotik vasitə götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Şöbəsinə (PŞ) daxil olan əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı əvvəlcə paytaxt sakini Asif Niyazov tutulub. Onun üzərindən, eləcə də evindən ümumilikdə 10 kiloqram 200 qram heroin və marixuana aşkar olunub.
Həyata keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ruslan Aslanov, Rəşad Hüseynov, Rəşad Pənahov və əvvəllər məhkum olunmuş Məhəmməd Nəcəfov saxlanılıblar.
Adları sadalanan şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Bu şəxslərin hər biri barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Onlar tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
"Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, dünən Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər tutulub.
Araşdırma zamanı həmin şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.
Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onların barələrində Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar aparılır və həbs qətimkan tədbirləri seçilib.