Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bayramov Azərbaycanın nüvə layihələrində iştirakı haqda

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian FederationAzərbaycan Xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov  - Sputnik Azərbaycan, 1920, 20.01.2022
Abunə olmaq
Ceyhun Bayramov Azərbaycanın möhkəm qanunvericilik bazasına malik hərtərəfli milli ixraca nəzarət sistemi yaratdığnı qeyd edib.
BAKI, 20 yanvar - Sputnik. Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində yanvarın 19-da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb.
Sputnik Azərbaycan XİN-in məlumatına istinadla bildirir ki, tərəflər qarşılıqlı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, hazırkı əməkdaşlıq məsələləri və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin qlobal nüvə silahının yayılmaması rejimində əhəmiyyətindən bəhs edib, Agentliyin bu sahədə roluna toxunub.
Yayılmama və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsində AEBA verifikasiya sisteminin əhəmiyyətinə toxunan Bayramov Azərbaycanın nüvə təhlükəsizliyinin qorunmasına, daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini və bu xüsusda beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində bütün səyləri dəstəklədiyini bildirib.
Bayramov, həmçinin nüvə təhlükəsizliyi qaydaları, onun standartlarının işlənib hazırlanmasında Agentliyin əsas rol oynadığını nəzərə alaraq və yüksək qiymətləndirərək, Azərbaycanın möhkəm qanunvericilik bazasına malik hərtərəfli milli ixraca nəzarət sistemi yaratdığnı qeyd edib.
Agentliyin texniki əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsində göstərdiyi davamlı səylər təqdir edilib. Azərbaycanın AEBA ilə son illər tibb sahəsində xərçənglə mübarizə, kənd təsərrüfatında pambıqçılıqda məhsuldarlığın artırılması ilə bağlı layihələr çərçivəsində əməkdaşlığından bəhs edilib, ətraf mühit sahəsində də əməkdaşlıqda maraqlı olduğumuz ifadə edilib.
Ermənistan tərəfindən köhnə texnologiyalı AES-in istismarında təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarətin vacibliyi vurğulanıb.
Baş direktor Qrossi Azərbaycanın AEBA üçün çox vacib tərəfdaş olduğunu, bir çox sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Hazırda həyata keçirilən birgə əməkdaşlıq layihələrini qeyd edən Baş direktor, ətraf mühitin qorunması sahəsində Azərbaycanla Agentlik arasında əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Azərbaycanın sədrliyi ilə Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun açılış iclasında çıxış edib, həmçinin ATƏT-in Baş katibi xanım Helqa Şmit ilə görüşüb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* ATƏT-in təməl prinsiplərinin pozulması ümumi təhlükəsizliyə ciddi təhdiddir - Nazir
* Ceyhun Bayramov: Reinteqrasiya proseslərində ATƏT-in layihə əsaslı iştirakında maraqlıyıq
Xəbər lenti
0