https://sputnik.az/20220120/azerbaycan-ve-ermenistan-arasinda-sulh-barede-qarsi-terefden-aciqlama-438341847.html
Azərbaycan və Ermənistan arasında sülh barədə qarşı tərəfdən açıqlama
Azərbaycan və Ermənistan arasında sülh barədə qarşı tərəfdən açıqlama
Sputnik Azərbaycan
BAKI, 20 yanvar - Sputnik. Erməni tərəfi Azərbaycan ilə sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirəcək. 20.01.2022, Sputnik Azərbaycan
2022-01-20T13:43+0400
2022-01-20T13:43+0400
2022-01-20T14:06+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
sülh
ermənistan
müqavilə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436458165_0:0:1920:1080_1920x0_80_0_0_5027d7f4c2661ecdb2e8ef0ea48cc1f2.jpg
BAKI, 20 yanvar - Sputnik. Erməni tərəfi Azərbaycan ilə sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirəcək. Sülh müqaviləsi üzərində işAncaq Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bunun üçün yenə də "Qarabağ probleminin həlli" və sərhəd məsələlərinin yoluna qoyulmasını ortaya atıb. "Hərtərəfli sülh müqaviləsinin hazırlanması üzrə işi davam etdirəcəyik. Sülh müqaviləsinin imzalanması üçün Qarabağ probleminin həllini tapmalıyıq. Başqa məsələlər də var - sərhədlərin açılması, delimitasiyası və demarkasiyası. Bu məsələlər həllini tapandan sonra sülh müqaviləsinin bünövrəsini qoymaq olar", - Qriqoryan jurnalistlərə deyib.Yerevan Minsk qrupunu gözləyirQriqoryan həmçinin əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişə zonasına səfər edəcəyinə ümid bəsləyirlər. O bu yaxınlarda bildirmişdi ki, bu səfər gündəmdədir və müzakirə olunur.Onun sözlərinə görə, Minsk qrupunun başçılığı ilə danışıqlar yolu ilə problemin "Qarabağın statusunun hər hansı məhdudlaşdırılması olmadan" həlli imkanlarını tapmaq lazımdır. Qoşunlar sərhəddən geri çəkiləcək?Bu arada Ermənistan Xarici İşlər Nazirliyi dekabrın 14-ü Brüsseldə Yerevanla Bakının Ermənistan-Azərbaycan sərhədindən geri çəkməsi barədə razılıq əldə etdiyi barədə iddia edib. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun sərhədlərin delimitasiyası ilə bağlı Ermənistanın ilkin şərtlər irəli sürdüyü barədə bəyanatını şərh edən erməni XİN-in mətbuat katibi Vahan Unanyan "Armenpress"ə deyib ki, bu sualda müəyyən anlaşılmazlıq var, Yerevan tərəfdən delimitasiya məsələsində heç bir ilkin şərt yoxdur."Söhbət razılaşmalardan gedir. Soçidə noyabrın 26-da Ermənistan baş naziri, Rusiya və Azərbaycan prezidentləri arasında qəbul edilən üçtərəfli bəyanatda qeyd olunub ki, tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizliyin səviyyəsinin artırılması və sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması üzrə iş aparmaq barədə razılaşıblar. Bu razılaşma təsdiq edilib və Brüsseldə dekabrın 14-ü keçirilmiş Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli görüşündə qoşunların geri çəkilməsi prosesinin başladılması haqda razılaşma əldə olunub", - Unanyan deyib.Onun sözlərinə görə, erməni tərəfinin təklifi ilkin şərtlərlə deyil, əldə olunmuş razılaşmaların gerçəkləşdirilməsi ilə bağlıdır.Azərbaycanın sülh təklifiQeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Ermənistan tərəfinə sülh müqaviləsini imzalamağı təklif edib. Həmçinin dövlət başçısı Qarabağ münaqişəsinin artıq həll edildiyini, keçmişdə qaldığını dəfələrlə vurğulayıb.Vətən müharibəsi2020-ci il sentyabrın 27-si Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı. Oktyabrın 9-u Cəbrayıl, oktyabrın 17-si Füzuli, oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı, noyabrın 8-i isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi. Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Azərbaycan Ermənistandan cavab gözləyir - Hikmət Hacıyev
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/12/436458165_607:304:1613:1058_1920x0_80_0_0_2b86f7df6cf5e87d92853b7635e908fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qriqoryan azərbaycan və ermənistan arasında sülh sazişi haqda
qriqoryan azərbaycan və ermənistan arasında sülh sazişi haqda
BAKI, 20 yanvar - Sputnik. Erməni tərəfi Azərbaycan ilə sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirəcək.
Sülh müqaviləsi üzərində iş
Ancaq Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bunun üçün yenə də "Qarabağ probleminin həlli" və sərhəd məsələlərinin yoluna qoyulmasını ortaya atıb.
"Hərtərəfli sülh müqaviləsinin hazırlanması üzrə işi davam etdirəcəyik. Sülh müqaviləsinin imzalanması üçün Qarabağ probleminin həllini tapmalıyıq. Başqa məsələlər də var - sərhədlərin açılması, delimitasiyası və demarkasiyası. Bu məsələlər həllini tapandan sonra sülh müqaviləsinin bünövrəsini qoymaq olar", - Qriqoryan jurnalistlərə deyib.
Yerevan Minsk qrupunu gözləyir
Qriqoryan həmçinin əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişə zonasına səfər edəcəyinə ümid bəsləyirlər. O bu yaxınlarda bildirmişdi ki, bu səfər gündəmdədir və müzakirə olunur.
Onun sözlərinə görə, Minsk qrupunun başçılığı ilə danışıqlar yolu ilə problemin "Qarabağın statusunun hər hansı məhdudlaşdırılması olmadan" həlli imkanlarını tapmaq lazımdır.
Qoşunlar sərhəddən geri çəkiləcək?
Bu arada Ermənistan Xarici İşlər Nazirliyi dekabrın 14-ü Brüsseldə Yerevanla Bakının Ermənistan-Azərbaycan sərhədindən geri çəkməsi barədə razılıq əldə etdiyi barədə iddia edib.
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun sərhədlərin delimitasiyası ilə bağlı Ermənistanın ilkin şərtlər irəli sürdüyü barədə bəyanatını şərh edən erməni XİN-in mətbuat katibi Vahan Unanyan "Armenpress"ə deyib ki, bu sualda müəyyən anlaşılmazlıq var, Yerevan tərəfdən delimitasiya məsələsində heç bir ilkin şərt yoxdur.
"Söhbət razılaşmalardan gedir. Soçidə noyabrın 26-da Ermənistan baş naziri, Rusiya və Azərbaycan prezidentləri arasında qəbul edilən üçtərəfli bəyanatda qeyd olunub ki, tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizliyin səviyyəsinin artırılması və sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması üzrə iş aparmaq barədə razılaşıblar.
Bu razılaşma təsdiq edilib və Brüsseldə dekabrın 14-ü keçirilmiş Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli görüşündə qoşunların geri çəkilməsi prosesinin başladılması haqda razılaşma əldə olunub", - Unanyan deyib.
Onun sözlərinə görə, erməni tərəfinin təklifi ilkin şərtlərlə deyil, əldə olunmuş razılaşmaların gerçəkləşdirilməsi ilə bağlıdır.
Azərbaycanın sülh təklifi
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Ermənistan tərəfinə sülh müqaviləsini imzalamağı təklif edib. Həmçinin dövlət başçısı Qarabağ münaqişəsinin artıq həll edildiyini, keçmişdə qaldığını dəfələrlə vurğulayıb.
2020-ci il sentyabrın 27-si Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Oktyabrın 9-u Cəbrayıl, oktyabrın 17-si Füzuli, oktyabrın 20-si Zəngilan, oktyabrın 25-i Qubadlı, noyabrın 8-i isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.