https://sputnik.az/20220120/alimler-sputnik-v-omikrona-qarsi-daha-cox-antitel-yaradir-neinki-pfizer-438351092.html
Alimlər: “Sputnik V” omikrona qarşı daha çox antitel yaradır, nəinki Pfizer
Alimlər: “Sputnik V” omikrona qarşı daha çox antitel yaradır, nəinki Pfizer
Sputnik Azərbaycan
Adenovirus platformasının optimal konfiqurasiyası sayəsində “Sputnik Layt” omikrondan və digər mutasiyalardan daha yaxşı qoruyur. 20.01.2022, Sputnik Azərbaycan
2022-01-20T20:30+0400
2022-01-20T20:30+0400
2022-01-20T20:30+0400
elm
omikron ştammı
omikron
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0d/434178793_0:0:3072:1728_1920x0_80_0_0_00df318750e5402960795b47235c5dba.jpg
BAKI, 20 yanvar – Sputnik. Rusiyanın “Sputnik V” vaksini koronavirusun omikron ştammının aktivliyini Pfizer şirkətinin preparatından iki dəfə çox neytrallaşdırır. Sputnik Azərbaycan bildirir ki, bu barədə Qamaleya adına adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzindən bildiriblər.“”Sputnik V” vaksini Pfizer vaksininin iki iynəsi ilə müqayisədə iki dəfədən də çox omikron ştammına (B.1.1.529) qarşı virusneytrallaşdırıcı titr göstərdi (ümumilikdə 2,1 dəfə, vaksinasiyadan üç ay sonra isə 2,6 dəfə)", - mərkəzin İtaliyanın İnfeksion Xəstəliklər İnstitutu Lazzaro Spallanzani ilə birgə araşdırmalarının nəticələrinə dair press-relizində deyilir. Bundan başqa, mütəxəssislər belə nəticəyə gəliblər ki, “Sputnik Layt”ın buster doza kimi istifadəsi omikrona qarşı aktivliyi “Sputnik V”nin ilkin ştamma qarşı təmin etdiyi müdafiə səviyyəsinə çatdırır. Rusiya və İtaliya mütəxəssisləri həmçinin qeyd edirlər ki, vaksinlərin kombinə olunmuş tətbiqi çərçivəsində “Sputnik Layt”ın buster kimi istifadəsi onların effektivliyinin yüksəldilməsi və müdafiə müddətinin artırılması üçün ən yaxşı həlldir. Adenovirus platformasının optimal konfiqurasiyası sayəsində “Sputnik Layt” omikrondan və digər mutasiyalardan daha yaxşı qoruyur. Araşdırma İtaliyadakı Lazzaro Spallanzani institutunda bərabər laboratoriya şəraitində, oxşar IgG-antitel səviyyəsi və Uhanda qeydə alınmış ilkin virusa qarşı virusneytrallaşdırıcı aktivliyə malik “Sputnik V” və “Pfizer” preparatları ilə vaksin olunmuş insanların qanlarının zərdablarının müqayisəli nümunələri əsasında aparılıb.Vaksinasiya infeksiya ilə mübarizədə ən effektiv mübarizə yolu olaraq qalır. Rusiya Səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, COVID-19-a yoluxanlar arasında vaksin olunmuşların sayı 4%-i ötmür. Ağırlaşanlar arasında tək-tük vaksin olunmuş şəxs var, stasionardakı xəstələrin əksəriyyəti isə vaksin olunmamış adamlardır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0d/434178793_320:0:3051:2048_1920x0_80_0_0_52c05017a1439464ef5f1ca4fe31264f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sputnik v vurdurun, omikron sizə yaxın gəlməsin!
sputnik v vurdurun, omikron sizə yaxın gəlməsin!
Alimlər: “Sputnik V” omikrona qarşı daha çox antitel yaradır, nəinki Pfizer
Adenovirus platformasının optimal konfiqurasiyası sayəsində “Sputnik Layt” omikrondan və digər mutasiyalardan daha yaxşı qoruyur.
BAKI, 20 yanvar – Sputnik. Rusiyanın “Sputnik V” vaksini koronavirusun omikron ştammının aktivliyini Pfizer şirkətinin preparatından iki dəfə çox neytrallaşdırır.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Qamaleya adına adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzindən bildiriblər.
“”Sputnik V” vaksini Pfizer vaksininin iki iynəsi ilə müqayisədə iki dəfədən də çox omikron ştammına (B.1.1.529) qarşı virusneytrallaşdırıcı titr göstərdi (ümumilikdə 2,1 dəfə, vaksinasiyadan üç ay sonra isə 2,6 dəfə)", - mərkəzin İtaliyanın İnfeksion Xəstəliklər İnstitutu Lazzaro Spallanzani ilə birgə araşdırmalarının nəticələrinə dair press-relizində deyilir.
Bundan başqa, mütəxəssislər belə nəticəyə gəliblər ki, “Sputnik Layt”ın buster doza kimi istifadəsi omikrona qarşı aktivliyi “Sputnik V”nin ilkin ştamma qarşı təmin etdiyi müdafiə səviyyəsinə çatdırır.
Rusiya və İtaliya mütəxəssisləri həmçinin qeyd edirlər ki, vaksinlərin kombinə olunmuş tətbiqi çərçivəsində “Sputnik Layt”ın buster kimi istifadəsi onların effektivliyinin yüksəldilməsi və müdafiə müddətinin artırılması üçün ən yaxşı həlldir.
Adenovirus platformasının optimal konfiqurasiyası sayəsində “Sputnik Layt” omikrondan və digər mutasiyalardan daha yaxşı qoruyur.
Araşdırma İtaliyadakı Lazzaro Spallanzani institutunda bərabər laboratoriya şəraitində, oxşar IgG-antitel səviyyəsi və Uhanda qeydə alınmış ilkin virusa qarşı virusneytrallaşdırıcı aktivliyə malik “Sputnik V” və “Pfizer” preparatları ilə vaksin olunmuş insanların qanlarının zərdablarının müqayisəli nümunələri əsasında aparılıb.
Vaksinasiya infeksiya ilə mübarizədə ən effektiv mübarizə yolu olaraq qalır. Rusiya Səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, COVID-19-a yoluxanlar arasında vaksin olunmuşların sayı 4%-i ötmür.
Ağırlaşanlar arasında tək-tük vaksin olunmuş şəxs var, stasionardakı xəstələrin əksəriyyəti isə vaksin olunmamış adamlardır.