https://sputnik.az/20220119/siyasi-partiyalar-yeni-qanundan-ne-gozleyir---secki-mecellesi-de-deyisecek-438275421.html
Siyasi partiyalar yeni qanundan nə gözləyir - Seçki Məcəlləsi də dəyişəcək?
Siyasi partiyalar yeni qanundan nə gözləyir - Seçki Məcəlləsi də dəyişəcək?
Sputnik Azərbaycan
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, mövcud qanun müasir dövrün çağırışlarına cavab vermir. 19.01.2022, Sputnik Azərbaycan
2022-01-19T09:33+0400
2022-01-19T09:33+0400
2022-01-19T09:33+0400
partiya
siyasət
qanun
siyasi
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871481_0:0:3073:1728_1920x0_80_0_0_6034f6f5a0c8dfc198fe28290cc2462b.jpg
BAKI, 19 yanvar — Sputnik. Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıla bilər.Xatırladaq ki, Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu 3 iyun 1992-ci ildə qəbul edilib.Sputnik Azərbaycan yeni qanun layihəsi ilə bağlı Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı və Respublikaçı Alternativ Partiyasının (REAl) icra katibi, Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikirlərini öyrənib.Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, artıq xeyli vaxtdır qanun layihəsi üzərində iş gedir və bu iş Prezident Administrasiyasında aparılır: "Bununla bağlı bizim partiyaya da müraciət olunub və müvafiq təkliflərimizi qanunu hazırlayan subyektə təqdim etmişik. Güman edirəm ki, cari ilin yaz sessiyasında həmin qanun layihəsi müzakirəyə çıxarılacaq".Partiya sədri qeyd edib ki, 90-cı illərdə qəbul edilmiş "Siyasi partiyalar haqqında" qanuna sonradan bir sıra dəyişikliklər və əlavələr edilib: Fəzail Ağamalı deyib ki, qanunu hazırlayan subyekt bütün siyasi partiyalara müraciət edib: "Düşünürəm ki, ortaya çıxacaq yeni qanun kifayət qədər təkmil olacaq. Ola bilsin ki, bu qanunla bağlı ictimai müzakirələr də təşkil olunsun".Respublikaçı Alternativ Partiyasının (REAl) icra katibi, Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə bildirib ki, "Siyasi partiyalar haqqında" qanunun yenilənməsi zərurəti haqqında REAL partiyasının hakimiyyətlə davam edən dialoqunda bu mövzuya bir neçə dəfə toxunulub. Onun sözlərinə görə, görmək istədikləri mükəmməl qanun mövcud konstitusion, iqtisadi və siyasi şəraitdə işlək ola bilməz: "Siyasi partiyalar haqqında yeni qanun Konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azından Seçki Məcəlləsinə də uyğun dəyişikliklər edilməlidir. Hazırda mövcud olan qanunla müqayisədə yeni qanunda məhdudiyyətlər azaldılmalıdır.Natiq Cəfərli qeyd edib ki, İctimai Televiziya parlament partiyalarını həftədə 30 dəqiqə, ayda 2 saat canlı efirlə təmin etməlidir: "Partiyalar özləri bu yayımı canlı, ya da öncədən hazırlanmış məzmunla təmin etməlidir. Dövlət qeydiyyatından keçməmiş siyasi partiya adından ictimai çıxış və fəaliyyət, onun fəaliyyətində və ya fəaliyyətinin təşkilində iştirak tənzimlənməməlidir. Qeydiyyat üçün tələb olunan partiya üzvlərinin minimal sayının indiki 1000-dən 5000 nəfərə artırılması ideyası siyasi sistemin yeniliyə açıq saxlanılması marağına ziddir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/14/422871481_0:0:2731:2048_1920x0_80_0_0_2cc15acfa9e4e0bf795c03b1c577074a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
siyasi partiyalar yeni qanundan nə gözləyir? - təkliflər var
siyasi partiyalar yeni qanundan nə gözləyir? - təkliflər var
Siyasi partiyalar yeni qanundan nə gözləyir - Seçki Məcəlləsi də dəyişəcək?
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, mövcud qanun müasir dövrün çağırışlarına cavab vermir.
BAKI, 19 yanvar — Sputnik. Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarıla bilər.
Xatırladaq ki, Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu 3 iyun 1992-ci ildə qəbul edilib.
Sputnik Azərbaycan yeni qanun layihəsi ilə bağlı Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı və Respublikaçı Alternativ Partiyasının (REAl) icra katibi, Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikirlərini öyrənib.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, artıq xeyli vaxtdır qanun layihəsi üzərində iş gedir və bu iş Prezident Administrasiyasında aparılır: "Bununla bağlı bizim partiyaya da müraciət olunub və müvafiq təkliflərimizi qanunu hazırlayan subyektə təqdim etmişik. Güman edirəm ki, cari ilin yaz sessiyasında həmin qanun layihəsi müzakirəyə çıxarılacaq".
Partiya sədri qeyd edib ki, 90-cı illərdə qəbul edilmiş "Siyasi partiyalar haqqında" qanuna sonradan bir sıra dəyişikliklər və əlavələr edilib:
"Buna baxmayaraq, mövcud qanun müasir dövrün çağırışlarına cavab vermir. Azərbaycanda ölkə prezidenti tərəfindən aparılan islahatların içərisində siyasi islahatlar ciddi və önəmli yer tutur. Siyasi proseslərdə partiyaların yerinin və rolunun artırılması, yeni siyasi konfiqurasiyanın yaradılması ilə bağlı 2018-ci ildə aparılmış islahatlardan sonra ciddi addımlar atılıb".
Fəzail Ağamalı deyib ki, qanunu hazırlayan subyekt bütün siyasi partiyalara müraciət edib: "Düşünürəm ki, ortaya çıxacaq yeni qanun kifayət qədər təkmil olacaq. Ola bilsin ki, bu qanunla bağlı ictimai müzakirələr də təşkil olunsun".
Respublikaçı Alternativ Partiyasının (REAl) icra katibi, Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə bildirib ki, "Siyasi partiyalar haqqında" qanunun yenilənməsi zərurəti haqqında REAL partiyasının hakimiyyətlə davam edən dialoqunda bu mövzuya bir neçə dəfə toxunulub.
Onun sözlərinə görə, görmək istədikləri mükəmməl qanun mövcud konstitusion, iqtisadi və siyasi şəraitdə işlək ola bilməz: "Siyasi partiyalar haqqında yeni qanun Konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azından Seçki Məcəlləsinə də uyğun dəyişikliklər edilməlidir. Hazırda mövcud olan qanunla müqayisədə yeni qanunda məhdudiyyətlər azaldılmalıdır.
Natiq Cəfərli qeyd edib ki, İctimai Televiziya parlament partiyalarını həftədə 30 dəqiqə, ayda 2 saat canlı efirlə təmin etməlidir: "Partiyalar özləri bu yayımı canlı, ya da öncədən hazırlanmış məzmunla təmin etməlidir. Dövlət qeydiyyatından keçməmiş siyasi partiya adından ictimai çıxış və fəaliyyət, onun fəaliyyətində və ya fəaliyyətinin təşkilində iştirak tənzimlənməməlidir. Qeydiyyat üçün tələb olunan partiya üzvlərinin minimal sayının indiki 1000-dən 5000 nəfərə artırılması ideyası siyasi sistemin yeniliyə açıq saxlanılması marağına ziddir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.