https://sputnik.az/20220119/narkokuryerlik-edenler-tutuldu---clerinde-qadin-da-var---vdeo-438317927.html
Narkokuryerlik edənlər tutuldu - İçlərində qadın da var - VİDEO
Narkokuryerlik edənlər tutuldu - İçlərində qadın da var - VİDEO
Sputnik Azərbaycan
Araşdırma zamanı həmin şəxslərin qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.
2022-01-19T23:39+0400
2022-01-19T23:39+0400
2022-01-19T23:39+0400
azərbaycan
cəmiyyət
narkotik
qadın
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_0:0:3105:1748_1920x0_80_0_0_1e1ac7b6ca4c5f81fa09587eec6dedfe.jpg
BAKI, 19 yanvar — Sputnik. Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, əməliyyat zamanı paytaxt sakinləri Kamran Mirzəzadə, Natiq Abbasov, Ramil Mehdiyev, Rəsul Rəsulzadə, Nazim Əsgərov, Türkan Nəsirova, Abbas Nəcəfi və Nəcməddin Əsgərov saxlanılıblar. Onların üzərindən, yaşadıqları mənzillərdən külli miqdarda metamfetamin, heroin və elektron tərəzilər aşkarlanıb.Araşdırma zamanı həmin şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onların barələrində Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar aparılır və həbs qətimkan tədbirləri seçilib.Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Narkotik Qarabağa da yol açdı: Tikinti şirkətinin işçisi xüsusi icazə alıbBakıda gözəllik salonlarının işçilərini təhqir edən cinsi azlıq nümayəndəsinə hökm oxunubMüştərisini hədələyən falçı saxlanıldı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_30:0:2761:2048_1920x0_80_0_0_073578caa402557e89969a15a80e5694.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
narkokuryerlik edənlər tutuldu - içlərində qadın da var - video
narkokuryerlik edənlər tutuldu - içlərində qadın da var - video
Narkokuryerlik edənlər tutuldu - İçlərində qadın da var - VİDEO
Həmin şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri məlum olub.
BAKI, 19 yanvar — Sputnik. Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan səkkiz nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Sputnik Azərbaycan-a bildiriblər ki, əməliyyat zamanı paytaxt sakinləri Kamran Mirzəzadə, Natiq Abbasov, Ramil Mehdiyev, Rəsul Rəsulzadə, Nazim Əsgərov, Türkan Nəsirova, Abbas Nəcəfi və Nəcməddin Əsgərov saxlanılıblar. Onların üzərindən, yaşadıqları mənzillərdən külli miqdarda metamfetamin, heroin və elektron tərəzilər aşkarlanıb.
Araşdırma zamanı həmin şəxslərin sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdə olan narkotacirlərin təsiri ilə ölkə ərazisində narkokuryerlik etdikləri və qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etdikləri məlum olub.
Həmin şəxslər narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Onların barələrində Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar aparılır və həbs qətimkan tədbirləri seçilib.
Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşası, onların daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.