CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda boşanma və nikahların sayı artıb

© pixabay / pasja1000Dəniz kənarında cütlük, arxiv şəkli
Dəniz kənarında cütlük, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.01.2022
Abunə olmaq
Ümumilikdə, 1935-ci ildən bu yana ən çox 2011-ci ildə nikah qıyanların sayında artım olub.
BAKI, 19 yanvar — Sputnik. Ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 50890 nikaha daxilolma və 15 659 boşanma halları qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildirilib ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 46100 nikaha daxilolma və 14316 boşanma halları qeydə alınıb.
Ümumilikdə, 1935-ci ildən bu yana ən çox 2011-ci ildə nikaha daxil olanların sayında artım olub. Belə ki, qeyd olunan dövrdə 88 min 145 nəfər nikah qıyıb, bununla da hər min nəfərə düşən nikahların sayı 9.7 olub. Lakin 2011-ci ildən sonra müxtəlif illərdə rəqəmlərdə azalmalar olub, bəzi illərdə nikahların sayı 84 min civarında olsa da, sonradan dinamikanın azaldığı müşahidə olunub.
Xəbər lenti
0