https://sputnik.az/20220118/soyqirimindan-cehennem-sanksiyalarina-qerb-ozune-sadiqdir-438240713.html
Soyqırımından “cəhənnəm sanksiyaları”na: Qərb özünə sadiqdir
Soyqırımından “cəhənnəm sanksiyaları”na: Qərb özünə sadiqdir
Sputnik Azərbaycan
Əgər ABŞ Konqresi və administrasiyası elan edirsə ki, bundan sonra Rusiya prezidenti heç kimdir, onda onlar ortaq maraqları əks etdirən məsələləri kiminlə həll... 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T08:55+0400
2022-01-18T08:55+0400
2022-01-18T08:55+0400
abş
təhlil
rusiya
ukrayna
abş dövlət departamenti
https://cdnn1.img.sputnik.az/img/07e5/04/12/426732472_0:0:1200:676_1920x0_80_0_0_4ab457f10c5b63ad1d1a6fdf6c8935f8.jpg
Maksim Sokolov, RİA NovostiRusiya və ABŞ-ın Cenevrədəki danışıqlarına hazırlıq gedən vaxtı hamını "əgər tərəfdaşlar razılığa gələ bilməsə, nə baş verəcək?" sualının cavabı maraqlandırırdı. Tərəflərin razılığa gələ bilməməsi isə əvvəlcədən tamamilə mümkün görünürdü.Razılıq əldə olunmadı, ancaq dəhşətli bir şey də baş vermədi."Güləcəksiniz, amma amerikalılar yenə sanksiya tətbiq etmək istəyirlər". "Cəhənnəm sanksiyalarına" gülməli və ya ən azından soyuqqanlı reaksiya heç də sanksiyaların xoş bir şey olmadığı il bağlı deyil. Bununla belə, "cəhənnəm" sözünün tez-tez yada salınması artıq yeknəsəq təsir bağışlayır. Kim bilir, bəlkə də, ABŞ konqresindəki xalq deputatları arasında sanksiyalar barədə həyəcanlı çıxışlardan xoşlananlar var? Hərçənd, okeanın o tayından belə çıxışlar bezgin reaksiyalar doğurur.Əslində, sanksiyalar həqiqət də dəhşətlidir. Əgər Rusiya Ukraynaya hücum etsə, (artıq bir neçə aydır ki, bizə "blitzkrieg" barədə danışırlar, ancaq bu necə "blitzkrieg"dir ki, vur-öldür, gəlib çıxmaq bilmir), Vaşinqton tərəfindən müxtəlif tədbirlər görüləcək.Rusiya SWIFT-dən kənarlaşdırılacaq (bu, neçə illərdir deyilsə də, kənarlaşdırma baş vermir ki, vermir). Sanksiyalar seçim əsasında üç və ya daha çox banka tətbiq olunacaq. Orijinal üsuldur, onlarla maliyyə qurumunun siyahısı verilir ("Sberbank", "VTB", Qazprombank, Rusiya Birbaşa İnvestisiyalar Fondu, "Alfa-Bank", "Rosselxozbank" və s.) və Ağ Ev administrasiyası onların arasından ən çox günahkar olan üçünü seçir.Və, nəhayət, prezident, baş nazir, xarici işlər və müdafiə nazirlərinə qarşı fərdi sanksiyalar. Bu, ümumiyyətlə, əlaqələri kəsmək mənasına gəlir. Bütün diplomatiya onun üzərində qurulub ki, diplomatik agent hakimiyyəti təmsil edən şəxsin adından danışır. Əgər ABŞ Konqresi və administrasiyası elan edirsə ki, bundan sonra Rusiya prezidenti heç kimdir, onda onlar ortaq maraqları əks etdirən məsələləri kiminlə həll edəcəklər? Navalnı ilə? Qozmanla? Bəlkə, Şenderoviçlə? Bu heç gülməli də deyil.Bununla belə, məlum olur ki, “cəhənnəm sanksiyaları” yalnız xalq deputatlarının yaradıcı təxəyyülünün məhsulu deyil və ABŞ administrasiyası tərəfindən də dəstəklənir. Dəhşətli səslənir, hərçənd administrasiya daxilində artıq çoxdan münasibətlər "Qu quşu, xərçəng, durna balığı" prinsipi əsasında qurulur və Vaşinqtonun nə istədiyini anlamaq çox çətindir. Orada artıq çoxdandır ki, vahid iradə yoxdur.Hərçənd, Cenevrədə danışıqlarda iştirak edən Şerman bu layihəni dəstəkləyərək dəqiqləşdirmə aparıb ki, söhbət yalnız birbaşa hərbi hücumdan getmir (əlbəttə ki!), ancaq birbaşa hücum olmasa belə, "Rusiyanın siyasəti hər hansı bir şəkildə Ukrayna xalqının istəmədiyi dəyişikliklərin həyata keçirilməsini pozacaq və ya Ukrayna hakimiyyətini buna məcbur edəcək.Rus dilinə tərcümədə bu o deməkdir ki, sanksiyalar hərbi əməliyyatların olub-olmamasından asılı olmayaraq tətbiq edilə bilər.Axı, Ukrayna hakimiyyətinin mövqelərinin sarsıdılması prosesi daim gedir (bunun üçün Zelenski var) və hər zaman bunda Moskvanın günahkar olduğunu söyləmək mümkündür. Eləcə də "Ukrayna xalqının istəmədiyi dəyişikliklər" ukraynalıların istəyini onların özündən daha yaxşı anlayan Dövlət Departamentinin xoşuna gəlməyən dəyişikliklərdir (Buna nəyin və kimin səbəb olmasının fərqi yoxdur). Xoşlarına gəlmirsə, deməli, yenə də günahkar Moskvadır və ən ağır şəkildə cəzalandırılmalıdır.ABŞ-ın ümumilikdə heç bir hüquq anlayışına, xüsusən də, cinayət və cəza doktrinasına uyğun gəlməyən sanksiyaları müxtəlif reaksiyalara - gülüş, qorxu, qəzəb və s. səbəb ola bilər.Sanksiyanı tətbiq edənin, yəni ABŞ hakimiyyətinin nəzər nöqtəsinə görə, sanksiya anlayışının özünü etimoloji cəhətdən açıqlamaq olar – "sanctio" latın sözündən olub "sarsılmaz qanun" deməkdir ki, bu da "sancire" felindən ("müqəddəsləşdirmək", "sarsılmaz elan etmək") və "sacer" ("müqəddəs") sifətindən törəyib. ABŞ hakimiyyətinin iradəsi müqəddəs və dəyişməzdir və kim buna qarşı çıxırsa, nəticəsinə özü cavabdehdir.Amerika xalqının mütləq iradəsinə görə, onun adından tətbiq edilən sanksiyalar qeyri-müəyyən xarakter daşıyır - məsuliyyət tədbirinin tətbiqi tamamilə səlahiyyətli orqanın, məsələn, mütləq monarxın ixtiyarına verilir. Düzdür, qeyd olunur ki, qeyri-müəyyən sanksiyalar müasir hüquq üçün xarakterik deyil, amma ABŞ Konqresi və administrasiyası nəyin xarakterik olub-olmadığını daha yaxşı bilir.Qeyd etmək lazımdır ki, ötən əsrlərin qeyri-müəyyən sanksiyaları ilə müqayisədə Amerika təcrübəsi hələ müəyyən qədər humanist xarakter daşıyır. Məsələn, XV əsrdə Əhməd xan da III İvan Qroznını sanksiyalarla hədələmişdi:Xan Əhmədə itaət əlaməti olaraq,Şişuclu papağını çıxar,Yoxsa torpağınızı qana qərq edəcəm,Boyarların belini qırıb keçəcəm.XVI əsrdə kiçik oğlu VI Eduardı gənc Meri Stüartla nişanlaya bilməyən ingilis kralı VIII Henrix isə buna görə Şotlandiyaya qarşı sanksiyalar tətbiq etdi: "Əlahəzrət hər şeyi yandırmağı və qılıncdan keçirməyi əmr edir. Edinburqu yerlə-yeksan edin! Holirod və Edinburq ətrafında qarşınıza çıxan bütün şəhər və kəndləri talayın; Leyt və digər şəhərləri xaraba qoyun, müqavimətlə qarşılaşanda isə kişiləri, qadınları və uşaqları mərhəmət göstərmədən məhv edin".Göründüyü kimi, VIII Henrixlə müqayisədə indiki ABŞ administrasiyası lap mülayimlik mücəssəməsidir!
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/12/426732472_133:0:1200:800_1920x0_80_0_0_be041f46c73df086ca57f6e2071423fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, rusiya, ukrayna, abş dövlət departamenti
abş, rusiya, ukrayna, abş dövlət departamenti
Soyqırımından “cəhənnəm sanksiyaları”na: Qərb özünə sadiqdir
Əgər ABŞ Konqresi və administrasiyası elan edirsə ki, bundan sonra Rusiya prezidenti heç kimdir, onda onlar ortaq maraqları əks etdirən məsələləri kiminlə həll edəcəklər? Navalnı ilə? Ya Qozmanla? Bəlkə, Şenderoviçlə?
Maksim Sokolov, RİA Novosti
Rusiya və ABŞ-ın Cenevrədəki danışıqlarına hazırlıq gedən vaxtı hamını "əgər tərəfdaşlar razılığa gələ bilməsə, nə baş verəcək?" sualının cavabı maraqlandırırdı. Tərəflərin razılığa gələ bilməməsi isə əvvəlcədən tamamilə mümkün görünürdü.
Razılıq əldə olunmadı, ancaq dəhşətli bir şey də baş vermədi.
"Güləcəksiniz, amma amerikalılar yenə sanksiya tətbiq etmək istəyirlər". "Cəhənnəm sanksiyalarına" gülməli və ya ən azından soyuqqanlı reaksiya heç də sanksiyaların xoş bir şey olmadığı il bağlı deyil. Bununla belə, "cəhənnəm" sözünün tez-tez yada salınması artıq yeknəsəq təsir bağışlayır. Kim bilir, bəlkə də, ABŞ konqresindəki xalq deputatları arasında sanksiyalar barədə həyəcanlı çıxışlardan xoşlananlar var? Hərçənd, okeanın o tayından belə çıxışlar bezgin reaksiyalar doğurur.
Əslində, sanksiyalar həqiqət də dəhşətlidir. Əgər Rusiya Ukraynaya hücum etsə, (artıq bir neçə aydır ki, bizə "blitzkrieg" barədə danışırlar, ancaq bu necə "blitzkrieg"dir ki, vur-öldür, gəlib çıxmaq bilmir), Vaşinqton tərəfindən müxtəlif tədbirlər görüləcək.
Rusiya SWIFT-dən kənarlaşdırılacaq (bu, neçə illərdir deyilsə də, kənarlaşdırma baş vermir ki, vermir). Sanksiyalar seçim əsasında üç və ya daha çox banka tətbiq olunacaq. Orijinal üsuldur, onlarla maliyyə qurumunun siyahısı verilir ("Sberbank", "VTB", Qazprombank, Rusiya Birbaşa İnvestisiyalar Fondu, "Alfa-Bank", "Rosselxozbank" və s.) və Ağ Ev administrasiyası onların arasından ən çox günahkar olan üçünü seçir.
Və, nəhayət, prezident, baş nazir, xarici işlər və müdafiə nazirlərinə qarşı fərdi sanksiyalar. Bu, ümumiyyətlə, əlaqələri kəsmək mənasına gəlir. Bütün diplomatiya onun üzərində qurulub ki, diplomatik agent hakimiyyəti təmsil edən şəxsin adından danışır.
Əgər ABŞ Konqresi və administrasiyası elan edirsə ki, bundan sonra Rusiya prezidenti heç kimdir, onda onlar ortaq maraqları əks etdirən məsələləri kiminlə həll edəcəklər? Navalnı ilə? Qozmanla? Bəlkə, Şenderoviçlə? Bu heç gülməli də deyil.
Bununla belə, məlum olur ki, “cəhənnəm sanksiyaları” yalnız xalq deputatlarının yaradıcı təxəyyülünün məhsulu deyil və ABŞ administrasiyası tərəfindən də dəstəklənir. Dəhşətli səslənir, hərçənd administrasiya daxilində artıq çoxdan münasibətlər "Qu quşu, xərçəng, durna balığı" prinsipi əsasında qurulur və Vaşinqtonun nə istədiyini anlamaq çox çətindir. Orada artıq çoxdandır ki, vahid iradə yoxdur.
Hərçənd, Cenevrədə danışıqlarda iştirak edən Şerman bu layihəni dəstəkləyərək dəqiqləşdirmə aparıb ki, söhbət yalnız birbaşa hərbi hücumdan getmir (əlbəttə ki!), ancaq birbaşa hücum olmasa belə, "Rusiyanın siyasəti hər hansı bir şəkildə Ukrayna xalqının istəmədiyi dəyişikliklərin həyata keçirilməsini pozacaq və ya Ukrayna hakimiyyətini buna məcbur edəcək.
Rus dilinə tərcümədə bu o deməkdir ki, sanksiyalar hərbi əməliyyatların olub-olmamasından asılı olmayaraq tətbiq edilə bilər.
Axı, Ukrayna hakimiyyətinin mövqelərinin sarsıdılması prosesi daim gedir (bunun üçün Zelenski var) və hər zaman bunda Moskvanın günahkar olduğunu söyləmək mümkündür. Eləcə də "Ukrayna xalqının istəmədiyi dəyişikliklər" ukraynalıların istəyini onların özündən daha yaxşı anlayan Dövlət Departamentinin xoşuna gəlməyən dəyişikliklərdir (Buna nəyin və kimin səbəb olmasının fərqi yoxdur). Xoşlarına gəlmirsə, deməli, yenə də günahkar Moskvadır və ən ağır şəkildə cəzalandırılmalıdır.
ABŞ-ın ümumilikdə heç bir hüquq anlayışına, xüsusən də, cinayət və cəza doktrinasına uyğun gəlməyən sanksiyaları müxtəlif reaksiyalara - gülüş, qorxu, qəzəb və s. səbəb ola bilər.
Sanksiyanı tətbiq edənin, yəni ABŞ hakimiyyətinin nəzər nöqtəsinə görə, sanksiya anlayışının özünü etimoloji cəhətdən açıqlamaq olar – "sanctio" latın sözündən olub "sarsılmaz qanun" deməkdir ki, bu da "sancire" felindən ("müqəddəsləşdirmək", "sarsılmaz elan etmək") və "sacer" ("müqəddəs") sifətindən törəyib. ABŞ hakimiyyətinin iradəsi müqəddəs və dəyişməzdir və kim buna qarşı çıxırsa, nəticəsinə özü cavabdehdir.
Amerika xalqının mütləq iradəsinə görə, onun adından tətbiq edilən sanksiyalar qeyri-müəyyən xarakter daşıyır - məsuliyyət tədbirinin tətbiqi tamamilə səlahiyyətli orqanın, məsələn, mütləq monarxın ixtiyarına verilir. Düzdür, qeyd olunur ki, qeyri-müəyyən sanksiyalar müasir hüquq üçün xarakterik deyil, amma ABŞ Konqresi və administrasiyası nəyin xarakterik olub-olmadığını daha yaxşı bilir.
Qeyd etmək lazımdır ki, ötən əsrlərin qeyri-müəyyən sanksiyaları ilə müqayisədə Amerika təcrübəsi hələ müəyyən qədər humanist xarakter daşıyır. Məsələn, XV əsrdə Əhməd xan da III İvan Qroznını sanksiyalarla hədələmişdi:
Xan Əhmədə itaət əlaməti olaraq,
Yoxsa torpağınızı qana qərq edəcəm,
Boyarların belini qırıb keçəcəm.
XVI əsrdə kiçik oğlu VI Eduardı gənc Meri Stüartla nişanlaya bilməyən ingilis kralı VIII Henrix isə buna görə Şotlandiyaya qarşı sanksiyalar tətbiq etdi:
"Əlahəzrət hər şeyi yandırmağı və qılıncdan keçirməyi əmr edir. Edinburqu yerlə-yeksan edin! Holirod və Edinburq ətrafında qarşınıza çıxan bütün şəhər və kəndləri talayın; Leyt və digər şəhərləri xaraba qoyun, müqavimətlə qarşılaşanda isə kişiləri, qadınları və uşaqları mərhəmət göstərmədən məhv edin".
Göründüyü kimi, VIII Henrixlə müqayisədə indiki ABŞ administrasiyası lap mülayimlik mücəssəməsidir!