https://sputnik.az/20220118/rusiya-xn-resmisi-enrike-mora-ile-cenubi-qafqazi-muzakire-etdi-438296559.html
Rusiya XİN rəsmisi Enrike Mora ilə Cənubi Qafqazı müzakirə etdi
Rusiya XİN rəsmisi Enrike Mora ilə Cənubi Qafqazı müzakirə etdi
Sputnik Azərbaycan
Rusiya XİN nümayəndəsi avropalı diplomata Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi üzrə görülən tədbirlər haqda məlumat verib. 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T22:55+0400
2022-01-18T22:55+0400
2022-01-18T22:57+0400
dünya xəbərləri
müzakirə
diplomat
cənubi qafqaz
rusiya xin
ai
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830115_0:0:3015:1697_1920x0_80_0_0_52427520a664f66bd2692606f4e8bb9a.jpg
BAKI, 18 yanvar - Sputnik. Rusiya Xarici işlər nazirinin müşaviri Andrey Rudenko Avropa İttifaqının (Aİ) Xarici əlaqələr xidmətinin baş katibinin müavini və siyasi direktoru Enrike Mora ilə görüşüb. Tərəflər Cənubi Qafqazdakı hazırkı durumu, Qazaxıstanda KTMT missiyasını, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər. Bu barədə Rusiya XİN-in məlumatında deyilir. Qeyd olunur ki, Rusiya XİN nümayəndəsi avropalı diplomata 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabrda yüksək səviyyəli görüşlərdə əldə edilmiş üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi üçün Moskvanın göstərdiyi səylər haqda məlumat verib.Bundan başqa, tərəflər Belarusla birlik dövlətinin möhkəmləndirilməsi prosesini müzakirə ediblər. Rusiyalı diplomat Minsk razılaşmalarının yerinə yetirilməsi üçün Avropa İttifaqının Ukraynaya təsir etməsinin vacibliyini vurğulayıb. "Xüsusi diqqət Qazaxıstana, o cümlədən respublikada sabitliyin bərpa edilməsində KTMT-nin sülhməramlı qüvvələrinin roluna ayrılıb", - Rusiya XİN-in məlumatında deyilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830115_124:0:2855:2048_1920x0_80_0_0_f9541aee2078bec48ab7b33ba3adaab9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin rəsmisi enrike mora ilə cənubi qafqazı müzakirə etdi
rusiya xin rəsmisi enrike mora ilə cənubi qafqazı müzakirə etdi
Rusiya XİN rəsmisi Enrike Mora ilə Cənubi Qafqazı müzakirə etdi
22:55 18.01.2022 (Yenilənib: 22:57 18.01.2022) Rusiya XİN nümayəndəsi avropalı diplomata Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi üzrə görülən tədbirlər haqda məlumat verib.
BAKI, 18 yanvar - Sputnik. Rusiya Xarici işlər nazirinin müşaviri Andrey Rudenko Avropa İttifaqının (Aİ) Xarici əlaqələr xidmətinin baş katibinin müavini və siyasi direktoru Enrike Mora ilə görüşüb.
Tərəflər Cənubi Qafqazdakı hazırkı durumu, Qazaxıstanda KTMT missiyasını, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Rusiya XİN-in məlumatında deyilir. Qeyd olunur ki, Rusiya XİN nümayəndəsi avropalı diplomata 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabrda yüksək səviyyəli görüşlərdə əldə edilmiş üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi üçün Moskvanın göstərdiyi səylər haqda məlumat verib.
Bundan başqa, tərəflər Belarusla birlik dövlətinin möhkəmləndirilməsi prosesini müzakirə ediblər. Rusiyalı diplomat Minsk razılaşmalarının yerinə yetirilməsi üçün Avropa İttifaqının Ukraynaya təsir etməsinin vacibliyini vurğulayıb.
"Xüsusi diqqət Qazaxıstana, o cümlədən respublikada sabitliyin bərpa edilməsində KTMT-nin sülhməramlı qüvvələrinin roluna ayrılıb", - Rusiya XİN-in məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.