Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mikayıl Cabbarov qeyri-neft sektorunda vəziyyəti qiymətləndirdi

© Sputnik / Murad OrujovMikayıl Cabbarov
Mikayıl Cabbarov  - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Abunə olmaq
Azərbaycanda vergi daxilolmaları 2020-ci ilə nisbətən 15,5% artaraq 8,5 milyard manat təşkil edib.
BAKI, 18 yanvar — Sputnik. "2021-ci ildə ÜDM-in real həcmi 5,6%, qeyri-neft sektorunda isə 7,2% artıb". Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında paylaşım edib.
Nazir bildirib ki, BVF-in oktyabrdakı proqnozuna görə, ötən il qlobal iqtisadiyyatda 5,9%, inkişaf etməkdə olan ölkələrdə isə 6,4% artım gözlənilsə də, iqtisadiyyatımızın prioritet sahəsi olan qeyri-neft sektorunda daha yüksək göstəricilər əldə olunub.
Nazir həmçinin qeyd edib ki, 2021-ci ildə Azərbaycanda vergi daxilolmaları 2020-ci ilə nisbətən 15,5% artaraq 8,5 milyard manat təşkil edib, proqnoz 117,7% səviyyəsində icra olunub. Onun sözlərinə görə, ötən il qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5% artaraq 6,4 mlilyard manat olub, proqnoz 112,2% səviyyəsində yerinə yetirilib.
Qeyd edək ki, ilkin məlumatlara əsasən, 2021-ci ildə ölkədə 92857,7 milyon manatlıq, yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2%, neft-qaz sektorunda isə 1,8% artıb.
ÜDM istehsalının 42,5%-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, 5,9%-i tikinti, 1,8%-i informasiya-rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manata bərabər olub.
Xəbər lenti
0