https://sputnik.az/20220118/kend-qonaq-evleri-turizm-obyektine-cevrilir-438244032.html
Kənd qonaq evləri turizm obyektinə çevrilir
Kənd qonaq evləri turizm obyektinə çevrilir
Sputnik Azərbaycan
"KOBİA və digər qurumların köməyilə kənddə bizim evlə birgə üç evdə hoteldə olduğu kimi şərait yaradılıb. 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T08:22+0400
2022-01-18T08:22+0400
2022-01-19T18:17+0400
turizm
cəmiyyət
layihə
turist
lahıc kəndi
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1f/427821543_0:320:3073:2048_1920x0_80_0_0_21c477b85d16f0e94ce3eaa0d1c97581.jpg
BAKI, 17 yanvar — Sputnik. Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi üzrə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri yaradılacaq.Sputnik Azərbaycan-ın məlumatına görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur.Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra vətəndaşlar turizm, xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılacaq, lazımi avadanlıqlarla təchiz ediləcək. Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar 2022-ci ilin 28 yanvar tarixinədək aşağıdakı linkə daxil olaraq müraciət edə bilərlər.15 kənd qonaq evi yaradılıbSputnik Azərbaycan "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi kənd turizminin inkişafına nə vəd etdiyini araşdırıb. KOBİA-dan Sputnik Azərbaycan-a bildirilib ki, bu layihə kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir. Layihə KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində, Lahıc qəsəbəsində həyata keçirilib. Layihə çərçivəsində İsmayıllıda 15 kənd qonaq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb. Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının, gəncin məşğulluğu təmin edilib. Yerli, xarici turistlərə qonaqlama xidməti göstərən kənd qonaq evləri sakinlərin gəlirlərinin artmasına, məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verir. Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində, Lahıc qəsəbəsində yerləşir.Pulsuz kondisioner, avadanlıqlar verilibKOBİA-nın dəstəyi ilə kənd qonaq evləri əsaslı şəkildə təmir edilib, onların sahiblərinin turizm və xidmət sahələrində bilik-bacarıqlara yiyələnməsi üçün silsilə təlimlər təşkil olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qonaq evləri müvafiq avadanlıqlarla (divan və kreslo, stol və stul, yataq dəstləri, qarderob, soyuducu, kondisoner, televizor, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s.) təmin olunub. Layihənin icrasına 2020-ci ilin sentyabr ayından başlanılıb. Layihənin iştirakçısı olan kənd sakinləri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, ya özünü bu sahədə inkişaf etdirmək istəyən şəxslərdir. İştirakçıların seçimi zamanı sosial həssas qrupa aid şəxslərə üstünlük verilib. Layihənin digər üstünlüyü turizm sahəsində 15 mikro sahibkarlıq subyektinin yaradılmasına nail olunmasıdır."Bu şəraiti görən qonağın gedib hotel axtarmasına ehtiyac yoxdur"Onlardan biri də İsmayıllı rayonu, Topçu kənd sakini Bilqeyis Abdıyevadır. B.Abdıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onların həyətində bir neçə evləri var. Əvvəllər də bu evləri günlük turistlərə icarəyə verdiklərini deyən B.Abdıyeva təmirdən sonra turist qəbul etmək üçün evin hər şəraitinin olduğunu söyləyir: "Təmirdən əvvəl evi günlük 30 manata kəndə qonaq gələn turistlərə icarəyə verirdik. Kənd evlərinin turizmin inkişafı məqsədilə təmir edildiyini eşidəndə biz də bu layihəyə qoşulduq. Evimizi təmir edib əşyalarla təmin etdilər".B.Abdıyevanın sözlərinə görə, turistlərə icarə verdikləri evə təmirdən sonra yataq dəsti, divan, stol-stul, mətbəx mebeli, tozsoran, yemək dəstlərinə qədər göndərilib: "İki aydır ki, evimizin mebelləri, digər əşyaları gəlib. Hələ ki, kənd soyuq olduğundan turist gəlməyib. Amma yayda düşünürük ki, qonağımız bol olacaq. Bu şəraiti görən qonağın gedib hotel axtarmasına ehtiyac yoxdur. KOBİA və digər qurumların köməyilə kənddə bizim evlə birgə üç evdə hoteldə olduğu kimi şərait yaradılıb".Kənd turizminin inkişafı üçün subsidiyalar verilməlidirAzərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kənd turizminin inkişafı turizm bölgələrində rəqabət qabiliyyətini daha da yüksəldəcək. Onun sözlərinə görə, hazırda turizm bölgələrində yaşayan insanlar arasında öz evində turist qəbul etmək istəyənlər var. Sadəcə olaraq onların şəraiti olmadığından qonaq qəbul edə bilmirlər: "Əlbəttə ki, bu layihənin icrası çox yaxşı addımdır. Kəndlərdə turizm fəaliyyəti ilə məşğul olmaq istəyən insanların evi pulsuz təmir olunaraq avadanlıqlarla təmin edilir ki, onlar turist qəbul edə bilsinlər. Çünki, kənd evlərinin əksəriyyətində lazımi şərait yoxdur".G.Qəhrəmanov deyir ki, gələcəkdə kənd turizminin daha da inkişaf etdirilməsi üçün layihə çərçivəsində evlərin inşası da müsbət addım sayıla bilər: "Turizm potensialı olan kəndlərdə yaşayan insanların çoxunun həyətyanı sahəsi böyükdür. Onlar öz yaşadıqları evdən başqa evə malik olmadığı üçün turizm fəaliyyəti ilə məşğul ola bilmirlər. Gələcəkdə həmin insanlara öz həyətyanı sahələrində qonaq evləri tikmək üçün subsidiya da ayrılsa, bu çox yaxşı olar".Şura sədri bildirir ki, layihə ilə əlaqədar təmir edilən evlərin sayı hələ ki, az olduğundan turizm bölgələrində qiymətlərə təsir etməsə də, gələcəkdə rəqabət mühiti nəticəsində qiymətlərdə ucuzlaşma müşahidə olunacaq. Hotel sayı az olan bölgələrdə turizm mövsümündə turist axını olduqda turistlər kənd evlərindən yararlana biləcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1f/427821543_0:0:2731:2048_1920x0_80_0_0_a837b90fc344388c563c474dd41f731d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
turizm, layihə, turist, lahıc kəndi
turizm, layihə, turist, lahıc kəndi
Kənd qonaq evləri turizm obyektinə çevrilir
08:22 18.01.2022 (Yenilənib: 18:17 19.01.2022) "KOBİA və digər qurumların köməyilə kənddə bizim evlə birgə üç evdə hoteldə olduğu kimi şərait yaradılıb.
BAKI, 17 yanvar — Sputnik. Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi üzrə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri yaradılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur.
Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra vətəndaşlar turizm, xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılacaq, lazımi avadanlıqlarla təchiz ediləcək.
Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara, Lerik rayonlarında kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar 2022-ci ilin 28 yanvar tarixinədək aşağıdakı
linkə daxil olaraq müraciət edə bilərlər.
15 kənd qonaq evi yaradılıb
Sputnik Azərbaycan "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi kənd turizminin inkişafına nə vəd etdiyini araşdırıb.
KOBİA-dan Sputnik Azərbaycan-a bildirilib ki, bu layihə kənd turizminin inkişafı, yeni sahibkarlıq subyektlərinin yaradılması, əhalinin özünüməşğulluğunun təmin edilməsi və yerli icmaların rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.
Layihə KOBİA-nın və Dövlət Məşğulluq Agentliyinin dəstəyi, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ilk dəfə İsmayıllı rayonunun Buynuz, Xanagah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində, Lahıc qəsəbəsində həyata keçirilib. Layihə çərçivəsində İsmayıllıda 15 kənd qonaq evi yaradılıb, 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb.
Bununla da 15 ailədən olan 40 nəfərə yaxın qadının, gəncin məşğulluğu təmin edilib. Yerli, xarici turistlərə qonaqlama xidməti göstərən kənd qonaq evləri sakinlərin gəlirlərinin artmasına, məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verir. Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində, Lahıc qəsəbəsində yerləşir.
Pulsuz kondisioner, avadanlıqlar verilib
KOBİA-nın dəstəyi ilə kənd qonaq evləri əsaslı şəkildə təmir edilib, onların sahiblərinin turizm və xidmət sahələrində bilik-bacarıqlara yiyələnməsi üçün silsilə təlimlər təşkil olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində qonaq evləri müvafiq avadanlıqlarla (divan və kreslo, stol və stul, yataq dəstləri, qarderob, soyuducu, kondisoner, televizor, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s.) təmin olunub.
Layihənin icrasına 2020-ci ilin sentyabr ayından başlanılıb. Layihənin iştirakçısı olan kənd sakinləri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən, ya özünü bu sahədə inkişaf etdirmək istəyən şəxslərdir. İştirakçıların seçimi zamanı sosial həssas qrupa aid şəxslərə üstünlük verilib. Layihənin digər üstünlüyü turizm sahəsində 15 mikro sahibkarlıq subyektinin yaradılmasına nail olunmasıdır.
"Bu şəraiti görən qonağın gedib hotel axtarmasına ehtiyac yoxdur"
Onlardan biri də İsmayıllı rayonu, Topçu kənd sakini Bilqeyis Abdıyevadır. B.Abdıyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onların həyətində bir neçə evləri var. Əvvəllər də bu evləri günlük turistlərə icarəyə verdiklərini deyən B.Abdıyeva təmirdən sonra turist qəbul etmək üçün evin hər şəraitinin olduğunu söyləyir:
"Təmirdən əvvəl evi günlük 30 manata kəndə qonaq gələn turistlərə icarəyə verirdik. Kənd evlərinin turizmin inkişafı məqsədilə təmir edildiyini eşidəndə biz də bu layihəyə qoşulduq. Evimizi təmir edib əşyalarla təmin etdilər".
B.Abdıyevanın sözlərinə görə, turistlərə icarə verdikləri evə təmirdən sonra yataq dəsti, divan, stol-stul, mətbəx mebeli, tozsoran, yemək dəstlərinə qədər göndərilib:
"İki aydır ki, evimizin mebelləri, digər əşyaları gəlib. Hələ ki, kənd soyuq olduğundan turist gəlməyib. Amma yayda düşünürük ki, qonağımız bol olacaq. Bu şəraiti görən qonağın gedib hotel axtarmasına ehtiyac yoxdur. KOBİA və digər qurumların köməyilə kənddə bizim evlə birgə üç evdə hoteldə olduğu kimi şərait yaradılıb".
Kənd turizminin inkişafı üçün subsidiyalar verilməlidir
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kənd turizminin inkişafı turizm bölgələrində rəqabət qabiliyyətini daha da yüksəldəcək. Onun sözlərinə görə, hazırda turizm bölgələrində yaşayan insanlar arasında öz evində turist qəbul etmək istəyənlər var. Sadəcə olaraq onların şəraiti olmadığından qonaq qəbul edə bilmirlər:
"Əlbəttə ki, bu layihənin icrası çox yaxşı addımdır. Kəndlərdə turizm fəaliyyəti ilə məşğul olmaq istəyən insanların evi pulsuz təmir olunaraq avadanlıqlarla təmin edilir ki, onlar turist qəbul edə bilsinlər. Çünki, kənd evlərinin əksəriyyətində lazımi şərait yoxdur".
G.Qəhrəmanov deyir ki, gələcəkdə kənd turizminin daha da inkişaf etdirilməsi üçün layihə çərçivəsində evlərin inşası da müsbət addım sayıla bilər:
"Turizm potensialı olan kəndlərdə yaşayan insanların çoxunun həyətyanı sahəsi böyükdür. Onlar öz yaşadıqları evdən başqa evə malik olmadığı üçün turizm fəaliyyəti ilə məşğul ola bilmirlər. Gələcəkdə həmin insanlara öz həyətyanı sahələrində qonaq evləri tikmək üçün subsidiya da ayrılsa, bu çox yaxşı olar".
Şura sədri bildirir ki, layihə ilə əlaqədar təmir edilən evlərin sayı hələ ki, az olduğundan turizm bölgələrində qiymətlərə təsir etməsə də, gələcəkdə rəqabət mühiti nəticəsində qiymətlərdə ucuzlaşma müşahidə olunacaq. Hotel sayı az olan bölgələrdə turizm mövsümündə turist axını olduqda turistlər kənd evlərindən yararlana biləcəklər.