FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Canavar Ayı: 2022-ci ilin ilk Ay bədirlənməsi fotolarda

Xəbərlərə abunə olun
Yandex newsTelegram
"Canavar Ayı" kimi tanınan 2022-ci ilin ilk Ay bədirlənməsi yanvarın 18-də müşahidə olunub.
Şimali Amerika hinduları ilin ilk Ay bədirlənməsi zamanı, qışın ortalarında, meşədəki ac canavarların həmişəkindən daha çox uladıqlarını və insanların bu vəziyyətdən qorxduqlarını görərək, bu Ayı "Canavar Ayı" adlandırıblar.
© REUTERS / TOBY MELVILLE

Müqəddəs Mixail Qülləsinin yaxınlığındakı insanlar İngiltərənin Qlastonberi zirvəsinin arxasından doğan "Canavar Ayı" izləyirlər.

Müqəddəs Mixail Qülləsinin yaxınlığındakı insanlar İngiltərənin Qlastonberi zirvəsinin arxasından doğan "Canavar Ayı" izləyirlər. - Sputnik Azərbaycan
1/9

Müqəddəs Mixail Qülləsinin yaxınlığındakı insanlar İngiltərənin Qlastonberi zirvəsinin arxasından doğan "Canavar Ayı" izləyirlər.

© REUTERS / LEE SMITH

İngiltərənin Lambton üzərindən doğan "Canavar Ay".

İngiltərənin Lambton üzərindən doğan "Canavar Ay". - Sputnik Azərbaycan
2/9

İngiltərənin Lambton üzərindən doğan "Canavar Ay".

© REUTERS / TOBY MELVILLE

"Canavar Ayı" doğan zaman insanlar İngiltərənin Qlastonberi-Tor təpəsinin zirvəsində köpəklə gəzirlər.

"Canavar Ayı" doğan zaman insanlar İngiltərənin Qlastonberi-Tor təpəsinin zirvəsində köpəklə gəzirlər. - Sputnik Azərbaycan
3/9

"Canavar Ayı" doğan zaman insanlar İngiltərənin Qlastonberi-Tor təpəsinin zirvəsində köpəklə gəzirlər.

© REUTERS / ANDREW COULDRIDGE

İngiltərənin Hanstenton şəhərindəki canavar heykəlinin üzərində "Canavar Ayı" kimi tanınan bədirlənən Ay.

İngiltərənin Hanstenton şəhərindəki canavar heykəlinin üzərində "Canavar Ayı" kimi tanınan bədirlənən Ay. - Sputnik Azərbaycan
4/9

İngiltərənin Hanstenton şəhərindəki canavar heykəlinin üzərində "Canavar Ayı" kimi tanınan bədirlənən Ay.

© AFP 2022 / JACK TAYLOR

"Canavar Ayı" Banqkokdakı çoxmərtəbəli yaşayış binasının arxasında yüksəlir.

"Canavar Ayı" Banqkokdakı çoxmərtəbəli yaşayış binasının arxasında yüksəlir. - Sputnik Azərbaycan
5/9

"Canavar Ayı" Banqkokdakı çoxmərtəbəli yaşayış binasının arxasında yüksəlir.

© AFP 2022 / JACK TAYLOR

Banqkokdakı ticarət mərkəzinin yaxınlığında asılmış rəngarəng işıqların arasından "Canavar Ayı"nın görünüşü.

Banqkokdakı ticarət mərkəzinin yaxınlığında asılmış rəngarəng işıqların arasından "Canavar Ayı"nın görünüşü. - Sputnik Azərbaycan
6/9

Banqkokdakı ticarət mərkəzinin yaxınlığında asılmış rəngarəng işıqların arasından "Canavar Ayı"nın görünüşü.

© REUTERS / CARL RECINE

İngiltərənin "Mow Cop Folly" qəsrinin üzərində yüksələn "Canavar Ayı".

İngiltərənin "Mow Cop Folly" qəsrinin üzərində yüksələn "Canavar Ayı". - Sputnik Azərbaycan
7/9

İngiltərənin "Mow Cop Folly" qəsrinin üzərində yüksələn "Canavar Ayı".

© AP Photo / Matt Dunham

"Canavar Ayı" kimi tanınan ilin ilk Ay bədirlənməsinin "London gözü" karuselinin arxasından görünüşü.

"Canavar Ayı" kimi tanınan ilin ilk Ay bədirlənməsinin "London gözü" karuselinin arxasından görünüşü. - Sputnik Azərbaycan
8/9

"Canavar Ayı" kimi tanınan ilin ilk Ay bədirlənməsinin "London gözü" karuselinin arxasından görünüşü.

© AFP 2022 / JUSTIN TALLIS

Londonun mərkəzindəki göydələnin arxasında "Canavar Ayı"nın doğması.

Londonun mərkəzindəki göydələnin arxasında "Canavar Ayı"nın doğması. - Sputnik Azərbaycan
9/9

Londonun mərkəzindəki göydələnin arxasında "Canavar Ayı"nın doğması.

Ulu babalarımız Ayın bədirlənməsini baş verdiyi ayın xüsusiyyətlərindən asılı olaraq fərqli adlandırıblar. Avropa və Amerikada soyuq yanvar gecələrində kəndlilər tez-tez canavarların ulamalarını eşidirdilər və buna görə də yanvarda Ayın bədirlənməsini "Canavar Ayı" kimi adlandırmağa başlayıblar.
Əvvəllər canavarların aclıqdan uladıqları düşünülürdü, ancaq indi məlum olub ki, bu yırtıcılar ulayaraq bir-biriləri ilə ünsiyyət qurur, sürünün birliyini qoruyur və ya insanları qorxudurlar.
Ay bədirlənən zaman o, maksimum parlaqlığına çatacaq. Yer kürəsinin təbii peyki - gecə səmasında ən parlaq obyektdir və onu xüsusi avadanlıq olmadan da müşahidə etmək çox asandır.
"Qarlı Ay" kimi tanınan növbəti Ayın bədirlənməsi isə 2022-ci il fevralın 16-da baş verəcək.
Ümumilikdə 2022-ci ildə 12 dəfə Ay bədirlənəcək və hər biri ilin hər ayında doğacaq. Ancaq bəzən bir təqvim ilində 13 dəfə Ayın bədirlənməsini müşahidə etmək olur. Sonuncu dəfə bu hal 2020-ci ildə baş verib.
Xəbər lenti
0