Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda əhalinin sayı açıqlanıb

© Sputnik / Murad OrujovBakıda küçədə insanlar, arxiv şəkli
Bakıda küçədə insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Abunə olmaq
Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a bildirilib ki, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 33 696 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il dekabr ayının 1-i vəziyyətinə 10 152 829 nəfərə çatıb. Qeyd olunub ki, əhalinin 53%-ni şəhər, 47%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.
Qeyd edək ki, ilin əvvəlində isə ölkə əhalisinin sayı 3015 nəfər və ya 0,03 faiz artaraq 2021-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 122 min 148 nəfər təşkil edib. Əhalinin 53%-ni şəhər, 47%-ni kənd sakinləri, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlardan ibarət olub. Bildirilib ki, ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.
Xəbər lenti
0