https://sputnik.az/20220118/avropadan-konullu-qayidan-azerbaycan-vetendaslarinin-sayi-aciqlandi--438284558.html
Avropadan könüllü qayıdan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
Avropadan könüllü qayıdan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
Sputnik Azərbaycan
Avropanı könüllü tərk edib Azərbaycana gələnlər əsasən Almaniyada yaşayıblar. 18.01.2022, Sputnik Azərbaycan
2022-01-18T20:34+0400
2022-01-18T20:34+0400
2022-01-18T20:34+0400
avropa
azərbaycan xəbərləri
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638316_0:86:3000:1774_1920x0_80_0_0_19dfe83f80c56491c8277547e40c329f.jpg
BAKI, 18 yanvar — Sputnik. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi könüllü olaraq mənşə ölkəsinə qayıdan 478 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərib.BMqT-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Təşkilatın Azərbaycandakı nümayəndəliyi hazırda Avstriya, Almaniya, Belçika, Çexiya, Estoniya, Finlandiya, İslandiya, İspaniya, Niderland Krallığı, Latviya, Litva, Serbiya, Yunanıstan və Türkiyədən könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.2021-ci il ərzində BMqT-nin dəstəyi ilə 442 nəfər könüllü olaraq ölkəyə qayıdıb. Qayıtmış şəxslər ən çox Almaniyadan (354), Niderland Krallığından (41), Türkiyədən (9), Avstriyadan (8 nəfər) olub.KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilib, bunun nəticəsi olaraq ümumilikdə 478 vətəndaşımız yardımlardan faydalanıb.BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 478 nəfərdən 112 nəfərə nağd, 82 nəfərə qeyri-nağd şəkildə, yerdə qalan 284 nəfərə isə hər iki şəkildə yardım olunub.KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım, tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1b/437638316_333:0:3000:2000_1920x0_80_0_0_d6c426322bcfe95e1eec1ef3a9d914d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avropadan könüllü qayıdan azərbaycan vətəndaşlarının sayı
avropadan könüllü qayıdan azərbaycan vətəndaşlarının sayı
Avropadan könüllü qayıdan Azərbaycan vətəndaşlarının sayı açıqlandı
Avropanı könüllü tərk edib Azərbaycana gələnlər əsasən Almaniyada yaşayıblar.
BAKI, 18 yanvar — Sputnik. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi könüllü olaraq mənşə ölkəsinə qayıdan 478 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı göstərib.
BMqT-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Təşkilatın Azərbaycandakı nümayəndəliyi hazırda Avstriya, Almaniya, Belçika, Çexiya, Estoniya, Finlandiya, İslandiya, İspaniya, Niderland Krallığı, Latviya, Litva, Serbiya, Yunanıstan və Türkiyədən könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir.
2021-ci il ərzində BMqT-nin dəstəyi ilə 442 nəfər könüllü olaraq ölkəyə qayıdıb. Qayıtmış şəxslər ən çox Almaniyadan (354), Niderland Krallığından (41), Türkiyədən (9), Avstriyadan (8 nəfər) olub.
KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan şəxslərə reinteqrasiya planlarının tərtib edilməsi ilə bağlı görüşlər keçirilib, bunun nəticəsi olaraq ümumilikdə 478 vətəndaşımız yardımlardan faydalanıb.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən reinteqrasiya yardımı göstərilən 478 nəfərdən 112 nəfərə nağd, 82 nəfərə qeyri-nağd şəkildə, yerdə qalan 284 nəfərə isə hər iki şəkildə yardım olunub.
KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım, tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilib. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurub.