DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa parlamentinin spikeri seçildi - son 23 ildə bir ilk

© AFP 2023 / PATRICK HERTZOGRoberto Metsola
Roberto Metsola  - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Abunə olmaq
Avropa Parlamentinin spikeri hər il 2,5 il müddətinə seçilir.
BAKI, 18 yanvar — Sputnik. Avropa Parlamentinin (AP) sabiq vitse-spikeri, Malta vətəndaşı Roberto Metsola AP-nin yeni prezidenti seçilib. Sputnik Azərbaycan xəbər verir ki, onun namizədliyini 690 deputatdan 458-i dəstəkləyib.
Metsola 1999-cu ildən bəri Avropa Parlamentinin ilk qadın vitse-spikeri olacaq. Avropa Parlamentinin spikeri hər il 2,5 il müddətinə seçilir.
Qeyd edək ki, yanvarın 11-i Avropa Parlamentinin prezidenti, tanınmış siyasətçi və jurnalist David Sassoli vəfat edib. O, İtaliyada 66 yaşında dünyasını dəyişib. David Sassolinin mətbuat katibi xəbəri təsdiqləyib. İlkin məlumata görə, Avropa Parlamenti rəhbərinin ölümünə immun sistemi pozğunluğu səbəb olub.
Sassoli immun sistemi pozğunluğu ilə əlaqədar dekabrın 26-da İtaliyada xəstəxanaya yerləşdirilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0