https://sputnik.az/20220117/yeyilen-yoxsa-yeyilmeyen-krasnodarli-sirniyyatcidan-qeyri-adi-tortlar-438159516.html
Yeyilən, yoxsa yeyilməyən: Krasnodarlı şirniyyatçıdan qeyri-adi tortlar
Yeyilən, yoxsa yeyilməyən: Krasnodarlı şirniyyatçıdan qeyri-adi tortlar
Sputnik Azərbaycan
Krasnodarlı şirniyyatçı 17 yaşlı Sanca Osmanova maraqlı dizaynlı tortları ilə hər kəsi təəccüblədirib. Ətraflı videomuzda. 17.01.2022, Sputnik Azərbaycan
2022-01-17T08:55+0400
2022-01-17T08:55+0400
2022-01-17T08:55+0400
video
qeyri-adi
tort
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438159378_0:0:3641:2048_1920x0_80_0_0_383203d21189f0a582f3c02074c62eb5.jpg
Bir şüşə süd, kitab, qəhvə fincanı və bir paket yulaf alış-veriş üçün siyahı deyil, Krasnodardan olan 17 yaşlı Sanca Osmanovanın hazırladığı tortlardır. İnsanlar yuyucu vasitənin qabı şəklində desertin hazırlama prosesini izləyə və Sanci Osmanovanın qeyri-adi tortları haqqında daha çox məlumat əldə edə bilirlər.Sanci Osmanova müsahibəsində bildirib ki, hər şey haradasa iki il əvvəl başlayıb:"Mən InstIagram səhifəmdə adi yemək bloqu çəkirdim. Tortlar deyil, adi yeməklər hazırlayırdım, sadəcə bişirməyi sevirdim. Sonra Instagramda bir qızın səhifəsinə abunə oldum. O da şirniyyatçıdır. Onu izləyirdim. Elə gözəl tortlar hazırlayırdi ki. Hər şey çox ləzzətli və gözəl görünürdü. Mən də cəhd etmək qərarına gəldim”.Sanci hazırladığı ilk tortları qız dostlarına və qohumlarına dadmağa verirdi. Onların müsbət rəyləri şirniyyatçını sifariş üçün desertlər bişirməyə ruhlandırdı. 2021-ci ilin oktyabrında Instagramdakı izləyicilərini təəccübləndirmək üçün Sanca tamamilə yeyilə bilən qəhvə fincanı hazırladı.“Hazırladığım “Starbucks” fincanı şəklində, qeyri-adi tort idi. Digər şirniyyatçıların da mənim videomu izlədikdən sonra eyni üsulla hazırladıqlarını gördüm”, - deyə şirniyyatçı əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438159378_454:0:3185:2048_1920x0_80_0_0_d78e95162f1f20e806085846705c0ca9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qeyri-adi, tort, видео
Yeyilən, yoxsa yeyilməyən: Krasnodarlı şirniyyatçıdan qeyri-adi tortlar
Krasnodarlı şirniyyatçı 17 yaşlı Sanca Osmanova maraqlı dizaynlı tortları ilə hər kəsi təəccüblədirib. Ətraflı videomuzda.
Bir şüşə süd, kitab, qəhvə fincanı və bir paket yulaf alış-veriş üçün siyahı deyil, Krasnodardan olan 17 yaşlı Sanca Osmanovanın hazırladığı tortlardır. İnsanlar yuyucu vasitənin qabı şəklində desertin hazırlama prosesini izləyə və Sanci Osmanovanın qeyri-adi tortları haqqında daha çox məlumat əldə edə bilirlər.
Sanci Osmanova müsahibəsində bildirib ki, hər şey haradasa iki il əvvəl başlayıb:
"Mən InstIagram səhifəmdə adi yemək bloqu çəkirdim. Tortlar deyil, adi yeməklər hazırlayırdım, sadəcə bişirməyi sevirdim. Sonra Instagramda bir qızın səhifəsinə abunə oldum. O da şirniyyatçıdır. Onu izləyirdim. Elə gözəl tortlar hazırlayırdi ki. Hər şey çox ləzzətli və gözəl görünürdü. Mən də cəhd etmək qərarına gəldim”.
Sanci hazırladığı ilk tortları qız dostlarına və qohumlarına dadmağa verirdi. Onların müsbət rəyləri şirniyyatçını sifariş üçün desertlər bişirməyə ruhlandırdı. 2021-ci ilin oktyabrında Instagramdakı izləyicilərini təəccübləndirmək üçün Sanca tamamilə yeyilə bilən qəhvə fincanı hazırladı.
“Hazırladığım “Starbucks” fincanı şəklində, qeyri-adi tort idi. Digər şirniyyatçıların da mənim videomu izlədikdən sonra eyni üsulla hazırladıqlarını gördüm”, - deyə şirniyyatçı əlavə edib.