https://sputnik.az/20220117/stirahet-gunu-qezalar-naxcivan-sakini-er-arvadi-oldurdu-438238234.html
İstirahət günü qəzalar: Naxçıvan sakini ər-arvadı öldürdü
İstirahət günü qəzalar: Naxçıvan sakini ər-arvadı öldürdü
Sputnik Azərbaycan
Xızı rayonunda yük maşını ilə minik avtomobili toqquşub, Naxçıvan, Bakı şəhərlərində isə avtomobil piyadaları vuraraq öldürüb. 17.01.2022, Sputnik Azərbaycan
2022-01-17T16:38+0400
2022-01-17T16:38+0400
2022-01-17T16:38+0400
azərbaycan
hadisə
qəza
bakı
naxçıvan
xızı
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1b/436730410_0:14:1200:689_1920x0_80_0_0_98625c57a438afe1e5ba0034eb7034fa.jpg
BAKI, 17 yanvar — Sputnik. Xızı rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən var. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, yanvarın 15-də saat 22 radələrində rayonun Giləzi qəsəbəsi ərazisində Füzuli rayon sakini E.Hüseynovun idarə etdiyi "KamAZ" ilə Salyan rayon sakini Rövşən Cavadovun idarə etdiyi "NAZ Lifan" markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən R.Cavadov orada ölüb.DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Bildirilib ki, yanvarın 15-i saat 11 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində paytaxt sakini R.Əsgərov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Sərkərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.Analoji hadisə Naxçıvan şəhərində də baş verib. Avtomobil ərlə arvadı vuraraq öldürüb. Belə ki, yanvarın 14-ü saat 21 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakini C.Əliyev idarə etdiyi "NAZ Lifan" markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Hacıağa Əsgərovu və onun həyat yoldaşı Töhfəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilən hər 2 piyada yanvarın 15-i orada ölüb.Naxçıvan Şəhər Polis İdarəsində araşdırma aparılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1b/436730410_132:0:1068:702_1920x0_80_0_0_0027eef130429a651e6dad9e533ccc73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
istirahət günü qəzalar: naxçıvan sakini ər-arvadı öldürdü
istirahət günü qəzalar: naxçıvan sakini ər-arvadı öldürdü
İstirahət günü qəzalar: Naxçıvan sakini ər-arvadı öldürdü
Xızı rayonunda yük maşını ilə minik avtomobili toqquşub, Naxçıvan, Bakı şəhərlərində isə avtomobil piyadaları vuraraq öldürüb.
BAKI, 17 yanvar — Sputnik. Xızı rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən var. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, yanvarın 15-də saat 22 radələrində rayonun Giləzi qəsəbəsi ərazisində Füzuli rayon sakini E.Hüseynovun idarə etdiyi "KamAZ" ilə Salyan rayon sakini Rövşən Cavadovun idarə etdiyi "NAZ Lifan" markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən R.Cavadov orada ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Bildirilib ki, yanvarın 15-i saat 11 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində paytaxt sakini R.Əsgərov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Sərkərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Analoji hadisə Naxçıvan şəhərində də baş verib. Avtomobil ərlə arvadı vuraraq öldürüb. Belə ki, yanvarın 14-ü saat 21 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakini C.Əliyev idarə etdiyi "NAZ Lifan" markalı avtomobillə yolun kənarı ilə hərəkət edən həmyerliləri Hacıağa Əsgərovu və onun həyat yoldaşı Töhfəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilən hər 2 piyada yanvarın 15-i orada ölüb.
Naxçıvan Şəhər Polis İdarəsində araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.