https://sputnik.az/20220117/serheddimizi-pozan-azyasli-qonaqlar---dsx-onlari-yedirib-icirib-rana-yola-saldi-438253089.html
Azərbaycan-İran dövlət sərhədini pozan azyaşlı qonaqlar - DSX-dan qeyri-adi jest
Azərbaycan-İran dövlət sərhədini pozan azyaşlı qonaqlar - DSX-dan qeyri-adi jest
Sputnik Azərbaycan
İranın üç azyaşlı vətəndaşı Azərbaycanla sərhəddi pozub. DSX-nın sərhəd naryadı onları sərhəd zastavasına gətirərək isti yemək və digər lazımi şəraitlə təmin... 17.01.2022, Sputnik Azərbaycan
2022-01-17T19:16+0400
2022-01-17T19:16+0400
2022-01-17T19:41+0400
azərbaycan xəbərləri
sərhəd
iran
dövlət sərhəd xidməti
dsx
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/01/425351221_0:0:2731:1537_1920x0_80_0_0_4bf2b9656af88e4a0833864d347f8dee.jpg
BAKI, 17 yanvar - Sputnik. Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.Yanvar ayının 17-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilib. Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, həmin sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıb. Azyaşlı olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozduqlarını bildiriblər. Uşaqlar özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər. Saxlanılan şəxslər sərhəd zastavasına gətirilərək isti yemək və digər lazımi şəraitlə təmin ediliblər. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.Qısa müddət ərzində azyaşlıların İİR tərəfinə təhvil verilmələri nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/01/425351221_0:0:2731:2048_1920x0_80_0_0_99634608d8afc568517ef2e9d32ba48d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dsx naryadı sərhəddi pozanlara qonaqlıq verdi
dsx naryadı sərhəddi pozanlara qonaqlıq verdi
Azərbaycan-İran dövlət sərhədini pozan azyaşlı qonaqlar - DSX-dan qeyri-adi jest
19:16 17.01.2022 (Yenilənib: 19:41 17.01.2022) İranın üç azyaşlı vətəndaşı Azərbaycanla sərhəddi pozub. DSX-nın sərhəd naryadı onları sərhəd zastavasına gətirərək isti yemək və digər lazımi şəraitlə təmin ediblər.
BAKI, 17 yanvar - Sputnik. Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
Yanvar ayının 17-də saat 15:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, həmin sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıb.
Azyaşlı olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozduqlarını bildiriblər. Uşaqlar özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər.
Saxlanılan şəxslər sərhəd zastavasına gətirilərək isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.
Qısa müddət ərzində azyaşlıların İİR tərəfinə təhvil verilmələri nəzərdə tutulub.