https://sputnik.az/20220117/samaxida-baximsiz-qalan-bes-azyasli-usaq-nezarete-goturulub---vdeo-438213667.html
Şamaxıda beş uşağın baxımsız qalmasının şok səbəbi açıqlandı - VİDEO
Şamaxıda beş uşağın baxımsız qalmasının şok səbəbi açıqlandı - VİDEO
Sputnik Azərbaycan
Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov uşaqların taleyi barədə son məlumatı açıqlayıb. 17.01.2022, Sputnik Azərbaycan
2022-01-17T18:53+0400
2022-01-17T18:53+0400
2022-01-17T18:59+0400
cəmiyyət
din
şamaxı
azyaşlı
azyaşlı uşaq
elşad hacıyev
covid-19
https://cdnn1.img.sputnik.az/img/42330/94/423309462_901:715:3071:1936_1920x0_80_0_0_682cac8d4939daccf3b0d4d0f692e2cc.jpg
BAKI, 17 yanvar - Sputnik. Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə olan beş azyaşlı uşaq hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.Komitədən Sputnik Azərbaycan-a verilən mlumata görə, uşaqlarla bağlı aparılan reabilitasiya işləri yekunlaşdıqdan sonra qiymətləndirmə əsasında uşaqların rifahı ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq qərarlar veriləcək. Qeyd edək ki, ana da Sosial Xidmətlər Agentliyinin Şamaxı rayonunda fəaliyyət göstərən müəssisəsində reabilitasiya prosesinə cəlb olunub. Dəfələrlə müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən uşaqlara yardımlar göstərilsə də, onların dövlət himayəsinə verilməsinə ana qəti şəkildə etiraz edib. Nəticədə uşaqlar valideyn laqeydliyi səbəbindən baxımsız vəziyyətə düşməklə bərabər təhsildən də yayınıblar. Əlavə məlumat olaraq bildiririk ki, 2019-cu ildə ananın Şamaxı Şəhər İcra Hakimiyyətinə edilən müraciəti əsasında, ailənin sosial vəziyyətinin ağır olması, eləcə də, ananın uşaqların yeganə himayəçisi olduğu nəzərə alınaraq ailə fərdi yaşayış evi və işlə təmin olunub. Lakin, göstərilən dəstəyə baxmayaraq valideyn uşaqlara qarşı məsuliyyətsiz yanaşmanı davam etdirib.***Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan 5 azyaşlı uşağın məişət zorakılığı ilə üzləşdiyi müəyyən edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov özünün "facebook" hesabında xəbər verib. Həşimov bildirirb ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək. Məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə onlar reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyatı tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.-----------------16.01.202214:22Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.Onun sözlərinə görə, artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb."Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək" - Dövlət Komitəsinin sözçüsü bildirib.***Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mediaya bildirib. Şamaxıda baxımsız qalan uşaqlarla bağlı faktın nəzarətə götürüldüyünü Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov da təsdiqləyib. O qeyd edib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar.İlkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.Qeyd edək ki, Şamaxı rayonunun kəndlərinin birində 5 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər paylaşılıb.İddialara görə, azyaşlıların anası COVID-19-a yoluxub. O, xəstəxanada müalicə edilir. Buna görə də uşaqlara sakinlər baxır, yemək verir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42330/94/423309462_1062:541:3071:2048_1920x0_80_0_0_b488914d6871c65de7478ca74298ce62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şamaxıda baxımsız qalan beş uşaq barədə son məlumat - video
şamaxıda baxımsız qalan beş uşaq barədə son məlumat - video
Şamaxıda beş uşağın baxımsız qalmasının şok səbəbi açıqlandı - VİDEO
18:53 17.01.2022 (Yenilənib: 18:59 17.01.2022) Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov uşaqların taleyi barədə son məlumatı açıqlayıb.
BAKI, 17 yanvar - Sputnik. Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə olan beş azyaşlı uşaq hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.
Komitədən Sputnik Azərbaycan-a verilən mlumata görə, uşaqlarla bağlı aparılan reabilitasiya işləri yekunlaşdıqdan sonra qiymətləndirmə əsasında uşaqların rifahı ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq qərarlar veriləcək.
Qeyd edək ki, ana da Sosial Xidmətlər Agentliyinin Şamaxı rayonunda fəaliyyət göstərən müəssisəsində reabilitasiya prosesinə cəlb olunub. Dəfələrlə müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən uşaqlara yardımlar göstərilsə də, onların dövlət himayəsinə verilməsinə ana qəti şəkildə etiraz edib.
Nəticədə uşaqlar valideyn laqeydliyi səbəbindən baxımsız vəziyyətə düşməklə bərabər təhsildən də yayınıblar. Əlavə məlumat olaraq bildiririk ki, 2019-cu ildə ananın Şamaxı Şəhər İcra Hakimiyyətinə edilən müraciəti əsasında, ailənin sosial vəziyyətinin ağır olması, eləcə də, ananın uşaqların yeganə himayəçisi olduğu nəzərə alınaraq ailə fərdi yaşayış evi və işlə təmin olunub.
Lakin, göstərilən dəstəyə baxmayaraq valideyn uşaqlara qarşı məsuliyyətsiz yanaşmanı davam etdirib.
Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan 5 azyaşlı uşağın məişət zorakılığı ilə üzləşdiyi müəyyən edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov özünün "facebook" hesabında xəbər verib.
Həşimov bildirirb ki, onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək.
Məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə onlar reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyatı tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.
Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb.
"Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək" - Dövlət Komitəsinin sözçüsü bildirib.
Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mediaya bildirib.
Şamaxıda baxımsız qalan uşaqlarla bağlı faktın nəzarətə götürüldüyünü Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov da təsdiqləyib.
O qeyd edib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar.
İlkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.
Qeyd edək ki, Şamaxı rayonunun kəndlərinin birində 5 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər paylaşılıb.
İddialara görə, azyaşlıların anası COVID-19-a yoluxub. O, xəstəxanada müalicə edilir. Buna görə də uşaqlara sakinlər baxır, yemək verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.