CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prokuror "İdeal"ın keçmiş sahibinə cəza istəyib

© AFP 2024 / THOMAS COEXMəhkəmə
Məhkəmə - Sputnik Azərbaycan, 1920, 17.01.2022
Abunə olmaq
İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
BAKI, 17 yanvar — Sputnik. Prokuror "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun 8 il azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, proses yanvarın 31-də davam etdiriləcək.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbər lenti
0