ELM

"İPhone 14" smartfonu unikal versiyanı əldə edəcək

© Depositphotos.com / Halfpoint Apple iPhone 11 Pro
 Apple iPhone 11 Pro - Sputnik Azərbaycan, 1920, 17.01.2022
Abunə olmaq
Smartfonun ekran üzərində olan xəttin ləğv ediləcəyi, yeni platforma və digər kameralar əldə edəcəyi nəzərdə tutulub.
BAKI, 17 yanvar — Sputnik. Gələcəkdəki "İPhone"larda yaddaşın maksimum həcmi yenidən artacaq. "Gizchina" sosial şəbəkə 2 TB yaddaş qurğusu ilə yeni versiyanın sınaqdan keçirdiyini bildirib.
"Apple" şirkəti yeni nəsil smartfonları "QLC NAND" fleş-yaddaş texnologiyasına keçirtmək niyyətindədir. Hazırda aktual "İPhone"lar sabitliyi və səmərəliliyi ilə fərqlənən, ancaq bahalı və yarımkeçirici böhran fonunda defisit olan TLC çiplərindən istifadə edirlər.
Yeni "İPhone 14" 2 TB yaddaşa malik olan versiyanı əldə edə bilər – 2021-ci ilin payızında "Apple" ilk dəfə olaraq 1 TB yaddaş qurğusu ilə olan smartfonları təqdim edib. Yaddaş qurğusunun həcminin maksimum artması "İPhone" 4K video ilə müqayisədə daha çox yaddaş yeri tutan 8K video çəkmək imkanı vermək planları ilə bağlı ola bilər.
"İPhone 14"ün təqdimatının keçirilməsi 2022-ci ilin sentyabrında gözlənilir. Smartfonun ekran üzərində olan xəttin ləğv ediləcəyi, yeni platforma və digər kameralar əldə edəcəyi nəzərdə tutulub.
Xəbər lenti
0