https://sputnik.az/20220117/mingecevirde-yasayis-binasinda-partlayis-olub-xesaret-alanlar-var-438221362.html
Mingəçevirdə yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Mingəçevirdə yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Sputnik Azərbaycan
Partlayış zamanı evdə qalan uşağı xilas edən FHN-in əməkdaşı Bəhruz Salahov Sputnik Azərbaycan-ın müxbiri ilə hadisə anını bölüşüb. 17.01.2022, Sputnik Azərbaycan
2022-01-17T09:45+0400
2022-01-17T09:45+0400
2022-01-17T09:45+0400
hadisə
partlayış
partlayış
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437407979_0:256:2730:1792_1920x0_80_0_0_f477c5ea7e80d66188bf6e28875af589.jpg
BAKI, 17 yanvar - Sputnik. Qaz sızması Mingəçevirdə növbəti dəfə güclü partlayışa səbəb olub. Sputnik Azərbaycan xəbər verir ki, partlayış gecə saatlarında şəhərin M.F.Axundov 15/16 ünvanında yerləşən ikimərtəbəli binada qeydə alınıb. Partlayış zamanı binanın dam örtüyü, bir neçə evin eyvanı zərbənin gücündən qoparaq düşüb. Sakinlər də güclü partlayış səsindən həyəcan keçiriblər. Partlayış zamanı evdə qalan uşağı xilas edən FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşı Bəhruz Salahov Sputnik Azərbaycan-ın müxbiri ilə hadisə anını bölüşüb:“Şəhərdəydim, güclü partlayış səsi eşitdim, tez oraya gəldim. Binanın qarşısında bir qadın gördüm, uşağın valideyni imiş. Soruşdum, içəridə qalan varmı? Dedi, uşaq var. İstiqaməti öyrənib tez qalxdım binaya, çətinliklə də olsa, uşağı təxliyə edə bildim. Sağ-salamat çıxarıb, təcili yardım birqadasına təhvil verdim. Başqa dağıntı altında qalan və ya xəsarət alan olmamışdı”.Partlayış zamanı xəsarət alan 35 yaşlı Aytən Xudiyeva və onun övladı xəstəxanaya çatdırılıblar. Hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.---------------------16.01.202223:56Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzildə məişət qazının sızması nəticəsində (ilkin ehtimal) yanğınla nəticələnən partlayış hadisəsi baş verib.Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Məlumata görə, nəticədə mənzilin mətbəxinin tavanı yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin arakəsmə divarları və pəncərələri dağılıb. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb. Xəsarət alan şəxslər təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/14/437407979_1:0:2730:2047_1920x0_80_0_0_b4fd662cc16debd74eff83f52c07727d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
partlayış, partlayış
Mingəçevirdə yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Partlayış zamanı evdə qalan uşağı xilas edən FHN-in əməkdaşı Bəhruz Salahov Sputnik Azərbaycan-ın müxbiri ilə hadisə anını bölüşüb.
BAKI, 17 yanvar - Sputnik. Qaz sızması Mingəçevirdə növbəti dəfə güclü partlayışa səbəb olub. Sputnik Azərbaycan xəbər verir ki, partlayış gecə saatlarında şəhərin M.F.Axundov 15/16 ünvanında yerləşən ikimərtəbəli binada qeydə alınıb.
Partlayış zamanı binanın dam örtüyü, bir neçə evin eyvanı zərbənin gücündən qoparaq düşüb. Sakinlər də güclü partlayış səsindən həyəcan keçiriblər. Partlayış zamanı evdə qalan uşağı xilas edən FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşı Bəhruz Salahov Sputnik Azərbaycan-ın müxbiri ilə hadisə anını bölüşüb:
“Şəhərdəydim, güclü partlayış səsi eşitdim, tez oraya gəldim. Binanın qarşısında bir qadın gördüm, uşağın valideyni imiş. Soruşdum, içəridə qalan varmı? Dedi, uşaq var. İstiqaməti öyrənib tez qalxdım binaya, çətinliklə də olsa, uşağı təxliyə edə bildim. Sağ-salamat çıxarıb, təcili yardım birqadasına təhvil verdim. Başqa dağıntı altında qalan və ya xəsarət alan olmamışdı”.
Partlayış zamanı xəsarət alan 35 yaşlı Aytən Xudiyeva və onun övladı xəstəxanaya çatdırılıblar. Hadisənin baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.
Mingəçevir şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 38 m² olan 2 otaqlı mənzildə məişət qazının sızması nəticəsində (ilkin ehtimal) yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, nəticədə mənzilin mətbəxinin tavanı yanıb. Partlayışın zərbə dalğasının təsirindən mənzilin arakəsmə divarları və pəncərələri dağılıb. Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif xəsarətlər alıb. Xəsarət alan şəxslər təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Evin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.