https://sputnik.az/20220117/milli-meclisin-uzvleri-ucun-tetil-bitdi-438230227.html
Milli Məclisin üzvləri üçün tətil bitdi
Milli Məclisin üzvləri üçün tətil bitdi
Sputnik Azərbaycan
Parlamentin komitə iclaslarının keçirilməsinə isə sabahdan başlanılacaq. 17.01.2022, Sputnik Azərbaycan
2022-01-17T13:15+0400
2022-01-17T13:15+0400
2022-01-17T13:15+0400
deputat
cəmiyyət
tətil
milli məclis
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_0:56:1589:950_1920x0_80_0_0_4f759590d2be1560fbc9f16f35f0dea4.jpg
BAKI, 17 yanvar — Sputnik. Milli Məclisinin deputatları tətildən qayıdıblar.Sputnik Azərbaycan xəbər verir ki, parlament üzvlərinin tətili dekabrın 30-dan yanvarın 17-dək davam edib.Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti yanvarın 15-də başa çatıb.Həmin tarix isə şənbə gününə təsadüf etdiyindən deputatlar bu gündən işə çıxacaqlar.Milli Məclisin komitə iclaslarının keçirilməsinə isə sabahdan başlanılacaq.Qeyd edək ki, tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.Parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.Milli Məclisin payızı necə keçdi?Xatırladaq ki, parlamentin sədri Sahibə Qafarova deyib ki, 2021-ci ildə ümumilikdə 38 plenar iclas keçirilib, 189 qanun və 33 qərar qəbul edilib, 154 qanuna dəyişiklik edilib: "Buraya "Müstəqillik Günü haqqında, Amnistiya ilə bağlı Milli Məclisin qərarı, "Media haqqında" qanun, dövlət büdcəsi zərfinə daxil olan 22 qanun layihəsi daxildir. Milli Məclis qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_322:0:1589:950_1920x0_80_0_0_bef5c21ab609dac6d63e22416c0cfc43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclisin üzvləri üçün tətil bitdi
milli məclisin üzvləri üçün tətil bitdi
Milli Məclisin üzvləri üçün tətil bitdi
Parlamentin komitə iclaslarının keçirilməsinə isə sabahdan başlanılacaq.
BAKI, 17 yanvar — Sputnik. Milli Məclisinin deputatları tətildən qayıdıblar.
Sputnik Azərbaycan xəbər verir ki, parlament üzvlərinin tətili dekabrın 30-dan yanvarın 17-dək davam edib.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti yanvarın 15-də başa çatıb.
Həmin tarix isə şənbə gününə təsadüf etdiyindən deputatlar bu gündən işə çıxacaqlar.
Milli Məclisin komitə iclaslarının keçirilməsinə isə sabahdan başlanılacaq.
Qeyd edək ki, tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Milli Məclisin payızı necə keçdi?
Xatırladaq ki, parlamentin sədri Sahibə Qafarova deyib ki, 2021-ci ildə ümumilikdə 38 plenar iclas keçirilib, 189 qanun və 33 qərar qəbul edilib, 154 qanuna dəyişiklik edilib: "Buraya "Müstəqillik Günü haqqında, Amnistiya ilə bağlı Milli Məclisin qərarı, "Media haqqında" qanun, dövlət büdcəsi zərfinə daxil olan 22 qanun layihəsi daxildir. Milli Məclis qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.