ELM

Köpəkbalıqları Ay bədrlənən vaxt daha fəal hücum edirlər

© Pexels Samson BushAkula, arxiv şəkli
Akula, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.01.2022
Abunə olmaq
Alimlər ümüd edirlər ki, onların kəşfi okean yaxınlığında olan insanların təhlükəsiz istirahətləri üçün kömək ola bilər.
BAKI, 17 yanvar — Sputnik. Alimlər müəyyən ediblər ki, köpəkbalıqların hücumları Ayın fazaları ilə əlaqədardır. Müvafiq məqalə "Frontiers in Marine Science" jurnalında dərc olunub.
Bunun dəqiq səbəbi məlum deyil, ancaq tədqiqatçılar müəyyən ediblər ki, köpəkbalıqları yeni Ay zamanı daha az, Ay bədrlənəndə isə daha çox hücumlar edirlər.
"Bunun, şübhəsiz ki, köpək balıqlarının ay işığında daha yaxşı görmələri ilə heç bir əlaqəsi yoxdur: hücumların əksəriyyəti ümumiyyətlə gündüz vaxtı baş verir. Bu arada, Ay Yer kürəsinə daha az nəzərə çarpan başqa bir təsir göstərə bilər. Məsələn, cazibə qüvvələri cərəyanlara (axınlara) təsir edir", - deyə Luiziana ştatının Universitetindən Stiv Midvey qeyd edib.
Bu hal 1960-2015-ci illər ərzində Florida Universitetinin Təbiət Tarixi Muzeyində saxlanılan köpəkbalıqların hücumları haqqında qeydlərin əsasında müəyyən edilib. Onlar onilliklər ərzində dünyanın hər yerindən, müxtəlif vaxtlarda köpəkbalıqların hücumlarının sayını hesablamağa və Ayın fazaları ilə hücumlar arasında dəqiq korrelasiyanı aşkar etməyə imkan veriblər.
Alimlər ümüd edirlər ki, onların kəşfi okean yaxınlığında olan insanların təhlükəsiz istirahətləri üçün kömək ola bilər. Bundan əlavə, tədqiqatçılar Ayın fazalarının hücumlarla necə əlaqəli olduğunu dəqiq öyrənməyi planlaşdırırlar.
Xəbər lenti
0