DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Dünya növbəti pandemiya ərəfəsində - BMT hazırlaşmağa çağırdı

© AP Photo / Mary AltafferBMT-nin mənzil qərargahı, arxiv şəkli
BMT-nin mənzil qərargahı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.01.2022
Abunə olmaq
Bütün ölkələr və istehsalçılar COVAX mexanizmi üçün peyvəndlərin tədarükünə üstünlük verməli və bütün dünyada yerli testlərin, peyvəndlərin, müalicə vasitələrinin istehsalını dəstəkləməlidirlər.
BAKI, 17 yanvar - Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünyanı növbəti pandemiyaya hazırlaşmağa və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nüfuzunu gücləndirməyə çağırıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Quterreş həmçinin dünya dövlətlərini mövcud koronavirus pandemiyası ilə ədalətli və bərabər əsaslarla mübarizə aparmağa səsləyib.
BMT rəhbəri xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizini, bu ilin ortasında isə 70 faizini peyvənd etməli olduğu strategiyanı açıqlayıb.
"Biz bu məqsədlərdən uzağıq. Bu, utancvericidir, lakin yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindəkindən yeddi dəfə yüksəkdir. Hazırda vaksinlərin paylanmasında ədalətə ehtiyacımız var", - deyə BMT-nin Baş katibi bildirib.
O qeyd edib ki, bütün ölkələr və bütün istehsalçılar COVAX mexanizmi üçün peyvəndlərin tədarükünə üstünlük verməli və bütün dünyada yerli testlərin, peyvəndlərin, müalicə vasitələrinin istehsalını dəstəkləməlidirlər.
Xəbər lenti
0