Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan Film Komissiyasını Dubayda tanıtdılar: Netflix-dən danışdılar

© AFP 2023 / OLIVIER DOULIERYNetflix
Netflix - Sputnik Azərbaycan, 1920, 17.01.2022
Abunə olmaq
ABŞ istehsalı "Netflix" filminin çəkilişlərinin bir hissəsi Bakıda aparılıb
BAKI, 17 yanvar — Sputnik. Dubai Expo sərgi məkanının "Terra Auditorium" zalında Azərbaycan Film Komissiyasının ("Filming Azerbaijan") təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təqdimat mərasimində müxtəlif ölkələrin film sektorunun nümayəndələri iştirak ediblər.
Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov tədbirdə çıxış edərək bu təşəbbüsün Azərbaycanın film turizmi potensialını üzə çıxaracağını, ölkəmizə bu istiqamətdə sərmayəni artıracağını, iqtisadi baxımdan əlverişli imkanlar yaradacağını qeyd edib.
O, yarandığı bir il ərzində Film Komissiyasının artıq ABŞ, Türkiyə, Hindistan, Livan və digər ölkələrin kinematoqrafçıları ilə Azərbaycan ərazisində film çəkilişini təşkil etdiklərini dilə gətirib: "2021-ci ildə "Netflix" platforması ilə əməkdaşlıq nəticəsində ABŞ istehsalı olan böyük büdcəli bir filmin çəkilişlərinin bir hissəsi Bakıda aparılıb".
Qeyd edək ki, Azərbaycan Film Komissiyası 2021-ci ilin yanvar ayında Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisində film çəkilişlərinə dəstək və təşviq məqsədilə yaradılıb. Milli kinematoqrafiyanın inkişaf etdirilməsi, dünya kinosuna inteqrasiyası baxımından çox vacib olan bu addım kino sənayesində böyük dəyişikliklərə səbəb olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0