https://sputnik.az/20220117/anar-ehmedov-hamile-arvadini-denizde-bogub-oldurduyu-ucun-daha-agir-ceza-aldi-438235170.html
Anar Əhmədov hamilə arvadını dənizdə boğub öldürdüyü üçün daha ağır cəza aldı
Anar Əhmədov hamilə arvadını dənizdə boğub öldürdüyü üçün daha ağır cəza aldı
Sputnik Azərbaycan
Bakı Apellyasiya Məhkəməsi Anar Əhmədova verilmiş 16 illik cəzanı ağrlaşdıraraq 19 ilə çatdırdı. Hüquqi varisi deyib ki, Şəhanənin hamilə olduğunu bilə-bilə... 17.01.2022, Sputnik Azərbaycan
2022-01-17T19:44+0400
2022-01-17T19:44+0400
2022-01-17T19:44+0400
hamilə
cəmiyyət
dəniz
apellyasiya
apellyasiya məhkəməsi
https://cdnn1.img.sputnik.az/img/42227/21/422272189_0:0:3071:1728_1920x0_80_0_0_c7b523ab6019981de00146131c297eef.jpg
BAKI, 17 yanvar — Sputnik. Sumqayıtda həyat yoldaşı Şəhanə Əhmədovanı dənizdə çimərkən boğaraq öldürməkdə təqsirləndirilən Anar Əhmədovun cəzası ağırlaşdırılıb.Prokurorluq protest verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin A.Əhmədova yüngül cəza verdiyini bildirib. Protest belə əsaslandırılıb ki, məhkəmə Anar Əhmədovun cinayəti etiraf etməsini səmimi peşmançılıq kimi qiymətləndirib və bunu cəzanı yüngülləşdirən hal kimi qeydə alıb.Prokurorluq buna etiraz edərək Anar Əhmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsinin yuxarı həddində cəza verilməsini istəyib.Bu maddə üzrə təqsirləndirilən şəxsi 20 ilə kimi cəza gözləyir. Mərhum Ş.Əhmədovanın hüquqi varisi Fərzalı Səmədov isə bildirib ki, Anar Əhmədov Şəhanənin hamilə olduğunu bilə-bilə öldürdüyü üçün ona ömürlük cəza verilməlidir.Bakı Apellyasiya Məhkəməsi protesti təmin edərək Anar Əhmədovun 16 illik azadlıqdan məhrum etmə cəzasını ağırlaşdırıb."Qafqazinfo"nun yazdığına görə, çıxarılan yeni qərarla Anar Əhmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, 2020-ci ilin avqustunda 1986-cı il təvəllüdlü Anar Əhmədov "Gəmi" istirahət mərkəzində dənizdə hamilə arvadı, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/21/422272189_129:0:2860:2048_1920x0_80_0_0_09bb3a4e401c5e805c78cdc02b911f52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hamilə arvadını dənizdə boğanın cəzası ağırlaşdırıldı
hamilə arvadını dənizdə boğanın cəzası ağırlaşdırıldı
Anar Əhmədov hamilə arvadını dənizdə boğub öldürdüyü üçün daha ağır cəza aldı
Bakı Apellyasiya Məhkəməsi Anar Əhmədova verilmiş 16 illik cəzanı ağrlaşdıraraq 19 ilə çatdırdı. Hüquqi varisi deyib ki, Şəhanənin hamilə olduğunu bilə-bilə öldürdüyü üçün Anara ömürlük cəza verilməlidir.
BAKI, 17 yanvar — Sputnik. Sumqayıtda həyat yoldaşı Şəhanə Əhmədovanı dənizdə çimərkən boğaraq öldürməkdə təqsirləndirilən Anar Əhmədovun cəzası ağırlaşdırılıb.
Prokurorluq protest verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin A.Əhmədova yüngül cəza verdiyini bildirib. Protest belə əsaslandırılıb ki, məhkəmə Anar Əhmədovun cinayəti etiraf etməsini səmimi peşmançılıq kimi qiymətləndirib və bunu cəzanı yüngülləşdirən hal kimi qeydə alıb.
Prokurorluq buna etiraz edərək Anar Əhmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsinin yuxarı həddində cəza verilməsini istəyib.
Bu maddə üzrə təqsirləndirilən şəxsi 20 ilə kimi cəza gözləyir. Mərhum Ş.Əhmədovanın hüquqi varisi Fərzalı Səmədov isə bildirib ki, Anar Əhmədov Şəhanənin hamilə olduğunu bilə-bilə öldürdüyü üçün ona ömürlük cəza verilməlidir.
Bakı Apellyasiya Məhkəməsi protesti təmin edərək Anar Əhmədovun 16 illik azadlıqdan məhrum etmə cəzasını ağırlaşdırıb.
"Qafqazinfo"nun yazdığına görə, çıxarılan yeni qərarla Anar Əhmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci ilin avqustunda 1986-cı il təvəllüdlü Anar Əhmədov "Gəmi" istirahət mərkəzində dənizdə hamilə arvadı, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürüb.