https://sputnik.az/20220116/tramp-baydene-cavab-verdi-2024-cu-ilde-biz-ag-eve-qayidacagiq-438210711.html
Tramp Baydenə cavab verdi: 2024-cü ildə biz Ağ Evə qayıdacağıq
Tramp Baydenə cavab verdi: 2024-cü ildə biz Ağ Evə qayıdacağıq
Sputnik Azərbaycan
ABŞ-ın sabiq prezidenti Respublikaçılar partiyasından olan tərəfdarlarına bu il Nümayəndələr Palatasını, Senatı və Amerikanı geri alacaqlarını bildirib. 16.01.2022, Sputnik Azərbaycan
2022-01-16T11:42+0400
2022-01-16T11:42+0400
2022-01-16T11:42+0400
abş
dünya xəbərləri
donald tramp
abş prezidenti donald tramp
tramp
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426015416_0:0:3072:1728_1920x0_80_0_0_9e3baec097867938b5c231bc31a1eeb6.jpg
BAKI, 16 yanvar — Sputnik. ABŞ-ın sabiq prezidenti Donald Tramp Respublikaçılar partiyasından olan tərəfdarlarına 2024-cü ilə qədər Konqresə və Ağ Evə nəzarəti bərpa edəcəklərinə söz verib. "NewsMax" xəbər verir ki, o, bu barədə Arizonada keçirilən mitinqdə bildirib."Bu il biz Nümayəndələr Palatasını, Senatı və Amerikanı geri alacağıq. 2024-cü ildə isə biz Ağ Evi geri almağa hazırlaşırıq", - deyə o bildirib."The New York Times" xəbər verir ki, bir qədər əvvəl ABŞ prezidenti Cozef Bayden sələfi Donald Trampı ölkədə hakimiyyəti dinc yolla ötürmək istəməməkdə ittiham edib. O deyib ki, nəticədə bu, ötən il Kapitoliyə hücumla başa çatıb.Tramp isə buna cavab olaraq Baydeni ictimaiyyəti öz siyasi uğursuzluqlarından yayındırmağa çalışmaqda ittiham edib.Bundan əvvəl Texasdan olan amerikalı senator Ted Kruz isə bildirmişdi ki, Respublikaçılar Partiyası 2022-ci ildə Nümayəndələr Palatasını geri qaytara bilsə, o zaman partiya ABŞ prezidenti Co Baydenə impiçment elan etməyi planlaşdırır.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/14/426015416_341:0:3072:2048_1920x0_80_0_0_52b1e20a28bda3a6ae4763c10f90d0dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tramp yenidən abş prezidenti olacaq
tramp yenidən abş prezidenti olacaq
Tramp Baydenə cavab verdi: 2024-cü ildə biz Ağ Evə qayıdacağıq
ABŞ-ın sabiq prezidenti Respublikaçılar partiyasından olan tərəfdarlarına bu il Nümayəndələr Palatasını, Senatı və Amerikanı geri alacaqlarını bildirib.
BAKI, 16 yanvar — Sputnik. ABŞ-ın sabiq prezidenti Donald Tramp Respublikaçılar partiyasından olan tərəfdarlarına 2024-cü ilə qədər Konqresə və Ağ Evə nəzarəti bərpa edəcəklərinə söz verib. "NewsMax" xəbər verir ki, o, bu barədə Arizonada keçirilən mitinqdə bildirib.
"Bu il biz Nümayəndələr Palatasını, Senatı və Amerikanı geri alacağıq. 2024-cü ildə isə biz Ağ Evi geri almağa hazırlaşırıq", - deyə o bildirib.
"The New York Times" xəbər verir ki, bir qədər əvvəl ABŞ prezidenti Cozef Bayden sələfi Donald Trampı ölkədə hakimiyyəti dinc yolla ötürmək istəməməkdə ittiham edib. O deyib ki, nəticədə bu, ötən il Kapitoliyə hücumla başa çatıb.
Tramp isə buna cavab olaraq Baydeni ictimaiyyəti öz siyasi uğursuzluqlarından yayındırmağa çalışmaqda ittiham edib.
Bundan əvvəl Texasdan olan amerikalı senator Ted Kruz isə bildirmişdi ki, Respublikaçılar Partiyası 2022-ci ildə Nümayəndələr Palatasını geri qaytara bilsə, o zaman partiya ABŞ prezidenti Co Baydenə impiçment elan etməyi planlaşdırır.