https://sputnik.az/20220116/pensiyalar-artirilacaq---sad-xeber-438201605.html
Pensiyalar artırılacaq - ŞAD XƏBƏR
Pensiyalar artırılacaq - ŞAD XƏBƏR
Sputnik Azərbaycan
Həm orta aylıq əməkhaqqı həm də inflyasiya göstəricisi ilə bağlı rəsmi rəqəmlər hər il yanvar ayının ikinci yarısında elan olunur.
2022-01-16T09:29+0400
2022-01-16T09:29+0400
2022-01-16T10:07+0400
cəmiyyət
pensiya
iqtisadi
inflyasiya
artım
əməkhaqqı
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424539499_0:0:3069:1727_1920x0_80_0_0_f12900b734bfc822cd4bc77f1c64bd83.jpg
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda pensiyaların indeksasiya edilməsi, yəni artırılması gözlənilir. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra əmək pensiyaları indeksasiya ediləcək, artırılacaq.Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycan qanunvericiliyinə əsasən həm əmək pensiyaları həm də pensiya kapitalı indeksasiya olunur:"Hər iki vəsait hər ilin əvvəlində əvvəlki ilin göstəricilərinə əsasən indeksasiya edilir. Belə ki, əmək pensiyaları əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya olunur. Yəni əvvəlki ildə orta aylıq əməkhaqqı nə qədər artırsa, bu, bütövlükdə həmin pensiyaların həmin faizə uyğun olaraq artmasına gətirib çıxarır".Pensiya kapitalı əvvəlki ilin inflyasiya göstəricisinə indeksasiya olunurRəqəmlər yanvarın ikinci yarısında elan ediləcəkO bildirib ki, həm orta aylıq əməkhaqqı həm də inflyasiya göstəricisi ilə bağlı rəsmi rəqəmlər hər il yanvar ayının ikinci yarısında elan olunur və həmin rəqəmlərə uyğun olaraq da indeksasiya ilə bağlı qərar verilir.Hələlik rəsmi nəticələr elan olunmayıb"Gözlənilir ki, yanvarın ikinci yarısında həm orta aylıq əməkhaqqı həm də inflyasiya ilə bağlı son rəqəmlər elan olunacaq və buna əsasən də indeksasiya həyata keçiriləcək. Hələlik rəsmi nəticələr elan olunmayıb. Bu, Dövlət Statistika Komitəsi tərəfindən elan ediləcək", - deyə o diqqətə çatdırıb.Orta aylıq əməkhaqqının təxminən 5,3 faiz artacağı gözlənilirOnun sözlərinə görə, ilkin göstəricilərə əsasən, orta aylıq əməkhaqqının təxminən 5,3 faiz artacağı gözlənilir:"İnflyasiya səviyyəsi nisbətən yüksəkdir - 7 faizə yaxındır. Amma hələlik illik rəsmi rəqəmlər elan olunmayıb. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra indeksasiya həyata keçiriləcək və əmək pensiyaları tam olaraq indeksasiya ediləcək".500 manat pensiya alırsansa..."Yəni əmək pensiyasının məbləği 500 manatdırsa, 2021-ci ildə orta aylıq əməkhaqqı nə qədər artıbsa, həmin artım faizinə indeksasiya olunacaq. Başqa sözlə, həmin artım faizi qədər 500 manatın üzərinə vəsait gələcək", - deyə deputat əlavə edib.Rəsmi inflyasiya real inflyasiyaya nisbətən azdırAzərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a bildirib ki, burada ən mühüm məqamlardan biri ondan ibarətdir ki, həm Azərbaycan həm də bir çox digər ölkələrdə inflyasiyanın hesablanma metodologiyası və metodik üsulları ilə bağlı ciddi suallar var:Hər bir pensiyaçının pensiya məbləğinə artım hesablanacaqQeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyalarının 3 növü var. Bunlar yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyalarıdır.Növündən asılı olmayaraq əmək pensiyası alan hər bir pensiyaçının pensiya məbləğinə artım hesablanacaq.Həmçinin oxuyun:Banklar dolların alış qiymətini niyə qaldırıb?Dollar bahalaşacaqmı? - Deputatdan məzənnə ilə bağlı açıqlamaMərkəzi Bank dollarla bağlı mühüm məlumat yaydı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1b/424539499_0:0:2731:2048_1920x0_80_0_0_bf4bbe0da5701dca590a7b29f430d703.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiyalar artırılacaq - şad xəbər
pensiyalar artırılacaq - şad xəbər
Pensiyalar artırılacaq - ŞAD XƏBƏR
09:29 16.01.2022 (Yenilənib: 10:07 16.01.2022) Həm orta aylıq əməkhaqqı həm də inflyasiya göstəricisi ilə bağlı rəsmi rəqəmlər hər il yanvar ayının ikinci yarısında elan olunur. Həmin rəqəmlərə uyğun olaraq da indeksasiya ilə bağlı qərar verilir
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda pensiyaların indeksasiya edilməsi, yəni artırılması gözlənilir. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra əmək pensiyaları indeksasiya ediləcək, artırılacaq.
Məsələ ilə bağlı millət vəkili
Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycan qanunvericiliyinə əsasən həm əmək pensiyaları həm də pensiya kapitalı indeksasiya olunur:
"Hər iki vəsait hər ilin əvvəlində əvvəlki ilin göstəricilərinə əsasən indeksasiya edilir. Belə ki, əmək pensiyaları əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya olunur. Yəni əvvəlki ildə orta aylıq əməkhaqqı nə qədər artırsa, bu, bütövlükdə həmin pensiyaların həmin faizə uyğun olaraq artmasına gətirib çıxarır".
Pensiya kapitalı əvvəlki ilin inflyasiya göstəricisinə indeksasiya olunur
"Eyni zamanda pensiya kapitalı əvvəlki ilin inflyasiya göstəricisinə indeksasiya olunur. Bu zaman inflyasiya göstəricisinə uyğun olaraq pensiya kapitalının indeksasiyası həyata keçirilir. Burada məqsəd ondan ibarətdir ki, pensiya kapitalının məbləğinə qiymət artımlarının təsirlərini minimumlaşdırmaq mümkün olsun", -deyə deputat qeyd edib.
Rəqəmlər yanvarın ikinci yarısında elan ediləcək
O bildirib ki, həm orta aylıq əməkhaqqı həm də inflyasiya göstəricisi ilə bağlı rəsmi rəqəmlər hər il yanvar ayının ikinci yarısında elan olunur və həmin rəqəmlərə uyğun olaraq da indeksasiya ilə bağlı qərar verilir.
Hələlik rəsmi nəticələr elan olunmayıb
"Gözlənilir ki, yanvarın ikinci yarısında həm orta aylıq əməkhaqqı həm də inflyasiya ilə bağlı son rəqəmlər elan olunacaq və buna əsasən də indeksasiya həyata keçiriləcək. Hələlik rəsmi nəticələr elan olunmayıb. Bu, Dövlət Statistika Komitəsi tərəfindən elan ediləcək", - deyə o diqqətə çatdırıb.
Orta aylıq əməkhaqqının təxminən 5,3 faiz artacağı gözlənilir
Onun sözlərinə görə, ilkin göstəricilərə əsasən, orta aylıq əməkhaqqının təxminən 5,3 faiz artacağı gözlənilir:
"İnflyasiya səviyyəsi nisbətən yüksəkdir - 7 faizə yaxındır. Amma hələlik illik rəsmi rəqəmlər elan olunmayıb. İllik rəsmi rəqəmlər elan olunduqdan sonra indeksasiya həyata keçiriləcək və əmək pensiyaları tam olaraq indeksasiya ediləcək".
500 manat pensiya alırsansa...
"Yəni əmək pensiyasının məbləği 500 manatdırsa, 2021-ci ildə orta aylıq əməkhaqqı nə qədər artıbsa, həmin artım faizinə indeksasiya olunacaq. Başqa sözlə, həmin artım faizi qədər 500 manatın üzərinə vəsait gələcək", - deyə deputat əlavə edib.
Rəsmi inflyasiya real inflyasiyaya nisbətən azdır
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru
Elşad Məmmədov isə
Sputnik Azərbaycan-a bildirib ki, burada ən mühüm məqamlardan biri ondan ibarətdir ki, həm Azərbaycan həm də bir çox digər ölkələrdə inflyasiyanın hesablanma metodologiyası və metodik üsulları ilə bağlı ciddi suallar var:
"Bu, rəsmi şəkildə qeydə alınan inflyasiyanın real inflyasiyaya nisbətən az olması ilə bağlıdır. Belə olan halda isə öz növbəsində pensiyaların indeksasiyası lazımi effekt verə bilməz. Ona görə burada məsələ inflyasiyanın nə dərəcədə düzgün, effektiv şəkildə hesablanması ilə bağlıdır".
Hər bir pensiyaçının pensiya məbləğinə artım hesablanacaq
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, əmək pensiyalarının 3 növü var. Bunlar yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyalarıdır.
Növündən asılı olmayaraq əmək pensiyası alan hər bir pensiyaçının pensiya məbləğinə artım hesablanacaq.