DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ömrü uzatmaq üçün sadə bir üsul

© pixabay / Engin_AkyurtОливковое масло считается самым ценным продуктом, добываемым из маслин
Оливковое масло считается самым ценным продуктом, добываемым из маслин - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Alimlər onu da qeyd ediblər ki, zeytun yağı ən çox Cənubi Avropa və Aralıq dənizi sakinlərinin gündəlik qida rasionunda olur.
BAKI, 16 yanvar - Sputnik. Əgər qida rasionunuxda mayonez və marqarini zeytun yağı ilə əvəz etsəniz, gözlənilən ömür müddəti uzana bilər. RİA Novosti xəbər verir ki, Harvard Tibb Məktəbinin alimləri belə bir qənaətə gəliblər.
Bununla bağlı tədqiqatın nəticələri "Journal of the American College of Cardiology" jurnalında dərc olunub.
Hesabatın müəllifləri 90 min könüllünün məlumatlarını tədqiq edərək belə qənaətə gəliblər ki, on qram marqarin, kərə yağı və ya mayonezin müvafiq miqdarda zeytun yağı ilə əvəz edilməsi bir çox xəstəliklərdən ölüm riskini azalda bilər:
"Zeytun yağının daha aktiv istifadəsi ürək-damar xəstəliklərindən ölüm riskinin 19%, xərçəngdən 17%, neyrodegenerativ xəstəliklərdən 29%, tənəffüs xəstəliklərindən 18% azalmasına səbəb olur".
Alimlər onu da qeyd ediblər ki, zeytun yağı ən çox Cənubi Avropa və Aralıq dənizi sakinlərinin gündəlik qida rasionunda olur.
Həmçinin oxuyun:
COVID-19-un gedişatını yüngülləşdirən pəhriz
Yulaf yeyin - bağırsağınızı sevindirin
Oturaq həyat tərzi keçirənlər üçün mükəmməl qida rasionu
Xəbər lenti
0