https://sputnik.az/20220116/firtinaya-haziriq-rusiya-abs-munasibetlerinin-sonu-gelir-438127799.html
Fırtınaya hazırıq: Rusiya-ABŞ münasibətlərinin sonu gəlir?
Fırtınaya hazırıq: Rusiya-ABŞ münasibətlərinin sonu gəlir?
Sputnik Azərbaycan
Əsas problem ondan ibarətdir ki, bu cür tarixi böhranlar bəşəriyyət tərəfindən ən sadə, eyni zamanda, kifayət qədər sərt üsulla – müharibə yolu həll olunub. 16.01.2022, Sputnik Azərbaycan
2022-01-16T20:00+0400
2022-01-16T20:00+0400
2022-01-16T20:00+0400
rusiya
təhlil
abş
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438105639_0:277:3076:2007_1920x0_80_0_0_4c999d302adbc642a507f7f547802a77.jpg
BAKI, 16 yanvar — Sputnik. Rusiyanın ABŞ və NATO ilə təhlükəsizlik zəmanətləri və Şimali Atlantika Alyansının Şərqə doğru genişləndirilməməsi ilə bağlı danışıqları gözlənildiyi kimi nəticələndi. Yəni, nəticəsiz oldu.Bu halda hadisələrin başqa bir inkişaf variantı, sadəcə, mümkün deyildi. Qərb heç bir şəkildə Moskvanın irəli sürdüyü tələblərlə onların formasına görə razılaşa bilməzdi: qətiyyətli və kifayət qədər kəskin. Hərçənd Rusiya nümayəndələri "ultimatum" anlayışını inkar edirlər, amma mahiyyəti etibarı ilə elə məhz bu cür idi.Bütün maraqlı tərəfləri ehtiyatsızcasına və əsəbi şəkildə Moskvanın demarşının səbəbləri və ən əsası, hadisələrin sonrakı inkişafı haqqında fərziyyələr yürütməyə məcbur edən hadisələrin əsas intriqası da məhz bu şəraitdə gizlənir.Rusiyanın irəli sürdüyü təkliflər bütövlükdə onun özünün təmkinlilik, kompromislərə hazır olmaq və yüksək səs-küylü dramatik bəyanatlardan qaçmaq prinsiplərinə ardıcıl olaraq riayət etdiyi çoxillik xarici siyasət strategiyasına ziddir. Müasir dövlətlərin çoxunun səs-küylü dramatik bəyanatlarının arxasında isə çox vaxt heç nə dayanmır.Məhz buna görə də Rusiyanın son illərdə əldə etdiyi böyük geosiyasi qələbələrdən (hər dəfə gözlənilməzlik kimi qarşılanan) sonra belə bir çox qüvvələr (həm daxildə, həm də xaricdə) Rusiyanın xarici siyasətini "uşaqlar, gəlin dalaşmayaq" prinsipini əsas götürən zəif siyasət kimi qəbul edirlər.Ancaq indi baş verənlər tamamilə buna ziddir: həm mahiyyətcə, həm də ifadə baxımından misli görünməmiş kəskin ritorika.Dərk etmək lazımdır ki, bu, ilk növbədə Rusiyanın özü üçün bir növ çağırışdır. Təsadüfi deyil ki, "Yaxşı, bəs indi nə edəcəksən? Özün-özünə tələ qurmusan, nəticədə boşboğaz adı qazanıb simanı itirəcəksən" seriyasından zəhərli və bəd niyyətli şərhlər yazanlar kifayət qədərdir.Ancaq iki onillik ərzində ölkəni milli fəlakətdən qurtarıb böyük dövlət statusunu qaytaran Rusiya rəhbərliyinin bunu dərk etmədiyini düşünmək ağılsızlıqdır. Deməli, Moskvanın kamuflyaj-müdafiə rejimindən əks-hücum rejiminə keçən bütün bəyanatlarının arxasında tamamilə real əsaslar dayanır.Və söhbət hərbi-siyasi məsələlərdən getdiyinə görə, baş verən dəyişikliklərin miqyasını dərk edənlər Rusiyanın Qərbi öz tələblərini yerinə yetirməyə necə, harada və nə vaxt məcbur edəcəyini anlamağa çalışanda dəhşətə gəlirlər.Nəticəsiz keçən danışıqlardan sonra məhz bunu gözləmək olardı.Rusiya tərəfinin tədbirdən sonra verdiyi şərhlərdə bu barədə birbaşa deyilir. Elə təkcə "Əgər Rusiya siyasi tədbirlərlə təhdidləri dəf edə bilməsə, hərbi yola əl atacaq" deyən nazir müavini Aleksandr Qruşkonun bəyanatınə xatırlatmaq kifayətdir.Eyni zamanda, baş verənlər tamamilə qanunauyğundur. Dünya nəhəng sistem transformasiyası prosesinin içindədir və bu prosesin gedişatında ABŞ və Qərb liderlik mövqeyini itirir, birqütblü modelin yerini çoxqütblü model tutur. Ancaq bu, sadəcə nəhəng deyil, həm də kifayət qədər təhlükəli prosesdir – gücünü itirən, bununla belə, əvvəlki kimi həddən artıq qüdrətli olan hegemonun öz statusunu və böyük üstünlüklərini döyüşsüz təhvil verəcəyini düşünmək ağılsızlıq olardı.Əslində, son bir neçə ildə xarici siyasətdə gərginliyin durmadan artması, böyük dövlətlər arasında münasibətlərin kəskinləşməsi (söhbət təkcə Rusiya və ABŞ-dan getmir), bir tərəfdən, prosesin güclənməsindən, digər tərəfdən isə Qərbin artan müqavimətindən xəbər verir.Əsas problem ondan ibarətdir ki, bu cür tarixi böhranlar (belələri isə kifayət qədər olub) bəşəriyyət tərəfindən ən sadə, eyni zamanda, kifayət qədər sərt üsulla – müharibə yolu həll olunub. Üstəlik, keçən əsrdə məhz Rusiya və SSRİ iki dünya müharibəsi ərzində əsas yükü öz üzərinə götürərək ən ağır itkilər verdi ki, bu da öz mahiyyəti etibarı ilə məhz qlobal sistemin yeni əsaslarla yenidən qurulması naminə idi.Hazırkı dövlət rəhbərliyinin XX əsrin təcrübəsini təkrarlamamaq, bununla belə, gələcək sistemdə Rusiya üçün maksimal əlverişli şərtlərə nail olmaq (bunun əsasları və konturları hazırda formalaşmaqadadır) cəhdləri başadüşüləndir.Bununla yanaşı, baş verənlərdə iştirak etməkdən yayınmaq cəhdi faydasızdır: Rusiya həmişə yemək istəyəcəkləri çox ləzzətli tikə hesab olunub.Əvvəlki illərdə Rusiya daxilində dövlətin qlobal transformasiyanın qaçılmaz və ən çətin mərhələsinə aktiv hazırlığının şahidi olmuşuq: idxalın əvəzlənməsi, texnoloji və informasiya təhlükəsizliyi, ölkənin həyati əhəmiyyətli sistemlərinin muxtariyyətinin təmin edilməsi, yeni silahların işlənib-hazırlanması...Bütün bunlar potensial düşmənin bizim istiqamətimizə yönəlmiş ən aqressiv planlarını belə dəf etməyə qadirdir.NATO-ya qarşı irəli sürülən tələb-təkliflər başqa şeylərlə yanaşı, həm də açıq bəyanat hesab oluna bilər: Rusiya çox yaxında bütün planeti bürüyəcək geosiyasi fırtınaya hazırdır.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İrina Alksnis
https://cdnn1.img.sputnik.az/img/41761/78/417617854_0:0:150:150_100x100_80_0_0_336ccc0c7fc334ef53099b14e2a2b7aa.jpg
İrina Alksnis
https://cdnn1.img.sputnik.az/img/41761/78/417617854_0:0:150:150_100x100_80_0_0_336ccc0c7fc334ef53099b14e2a2b7aa.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438105639_347:0:3076:2047_1920x0_80_0_0_f1762f261493a0d60d85369b6f527bae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İrina Alksnis
https://cdnn1.img.sputnik.az/img/41761/78/417617854_0:0:150:150_100x100_80_0_0_336ccc0c7fc334ef53099b14e2a2b7aa.jpg
rusiya yaxında bütün planeti bürüyəcək fırtınaya hazırdır
rusiya yaxında bütün planeti bürüyəcək fırtınaya hazırdır
Fırtınaya hazırıq: Rusiya-ABŞ münasibətlərinin sonu gəlir?
Əsas problem ondan ibarətdir ki, bu cür tarixi böhranlar bəşəriyyət tərəfindən ən sadə, eyni zamanda, kifayət qədər sərt üsulla – müharibə yolu həll olunub.
BAKI, 16 yanvar — Sputnik. Rusiyanın ABŞ və NATO ilə təhlükəsizlik zəmanətləri və Şimali Atlantika Alyansının Şərqə doğru genişləndirilməməsi ilə bağlı danışıqları gözlənildiyi kimi nəticələndi. Yəni, nəticəsiz oldu.
Bu halda hadisələrin başqa bir inkişaf variantı, sadəcə, mümkün deyildi. Qərb heç bir şəkildə Moskvanın irəli sürdüyü tələblərlə onların formasına görə razılaşa bilməzdi: qətiyyətli və kifayət qədər kəskin. Hərçənd Rusiya nümayəndələri "ultimatum" anlayışını inkar edirlər, amma mahiyyəti etibarı ilə elə məhz bu cür idi.
Bütün maraqlı tərəfləri ehtiyatsızcasına və əsəbi şəkildə Moskvanın demarşının səbəbləri və ən əsası, hadisələrin sonrakı inkişafı haqqında fərziyyələr yürütməyə məcbur edən hadisələrin əsas intriqası da məhz bu şəraitdə gizlənir.
Rusiyanın irəli sürdüyü təkliflər bütövlükdə onun özünün təmkinlilik, kompromislərə hazır olmaq və yüksək səs-küylü dramatik bəyanatlardan qaçmaq prinsiplərinə ardıcıl olaraq riayət etdiyi çoxillik xarici siyasət strategiyasına ziddir. Müasir dövlətlərin çoxunun səs-küylü dramatik bəyanatlarının arxasında isə çox vaxt heç nə dayanmır.
Məhz buna görə də Rusiyanın son illərdə əldə etdiyi böyük geosiyasi qələbələrdən (hər dəfə gözlənilməzlik kimi qarşılanan) sonra belə bir çox qüvvələr (həm daxildə, həm də xaricdə) Rusiyanın xarici siyasətini "uşaqlar, gəlin dalaşmayaq" prinsipini əsas götürən zəif siyasət kimi qəbul edirlər.
Ancaq indi baş verənlər tamamilə buna ziddir: həm mahiyyətcə, həm də ifadə baxımından misli görünməmiş kəskin ritorika.
Dərk etmək lazımdır ki, bu, ilk növbədə Rusiyanın özü üçün bir növ çağırışdır. Təsadüfi deyil ki, "Yaxşı, bəs indi nə edəcəksən? Özün-özünə tələ qurmusan, nəticədə boşboğaz adı qazanıb simanı itirəcəksən" seriyasından zəhərli və bəd niyyətli şərhlər yazanlar kifayət qədərdir.
Ancaq iki onillik ərzində ölkəni milli fəlakətdən qurtarıb böyük dövlət statusunu qaytaran Rusiya rəhbərliyinin bunu dərk etmədiyini düşünmək ağılsızlıqdır. Deməli, Moskvanın kamuflyaj-müdafiə rejimindən əks-hücum rejiminə keçən bütün bəyanatlarının arxasında tamamilə real əsaslar dayanır.
Və söhbət hərbi-siyasi məsələlərdən getdiyinə görə, baş verən dəyişikliklərin miqyasını dərk edənlər Rusiyanın Qərbi öz tələblərini yerinə yetirməyə necə, harada və nə vaxt məcbur edəcəyini anlamağa çalışanda dəhşətə gəlirlər.
Nəticəsiz keçən danışıqlardan sonra məhz bunu gözləmək olardı.
Rusiya tərəfinin tədbirdən sonra verdiyi şərhlərdə bu barədə birbaşa deyilir. Elə təkcə "Əgər Rusiya siyasi tədbirlərlə təhdidləri dəf edə bilməsə, hərbi yola əl atacaq" deyən nazir müavini Aleksandr Qruşkonun bəyanatınə xatırlatmaq kifayətdir.
Eyni zamanda, baş verənlər tamamilə qanunauyğundur. Dünya nəhəng sistem transformasiyası prosesinin içindədir və bu prosesin gedişatında ABŞ və Qərb liderlik mövqeyini itirir, birqütblü modelin yerini çoxqütblü model tutur. Ancaq bu, sadəcə nəhəng deyil, həm də kifayət qədər təhlükəli prosesdir – gücünü itirən, bununla belə, əvvəlki kimi həddən artıq qüdrətli olan hegemonun öz statusunu və böyük üstünlüklərini döyüşsüz təhvil verəcəyini düşünmək ağılsızlıq olardı.
Əslində, son bir neçə ildə xarici siyasətdə gərginliyin durmadan artması, böyük dövlətlər arasında münasibətlərin kəskinləşməsi (söhbət təkcə Rusiya və ABŞ-dan getmir), bir tərəfdən, prosesin güclənməsindən, digər tərəfdən isə Qərbin artan müqavimətindən xəbər verir.
Əsas problem ondan ibarətdir ki, bu cür tarixi böhranlar (belələri isə kifayət qədər olub) bəşəriyyət tərəfindən ən sadə, eyni zamanda, kifayət qədər sərt üsulla – müharibə yolu həll olunub. Üstəlik, keçən əsrdə məhz Rusiya və SSRİ iki dünya müharibəsi ərzində əsas yükü öz üzərinə götürərək ən ağır itkilər verdi ki, bu da öz mahiyyəti etibarı ilə məhz qlobal sistemin yeni əsaslarla yenidən qurulması naminə idi.
Hazırkı dövlət rəhbərliyinin XX əsrin təcrübəsini təkrarlamamaq, bununla belə, gələcək sistemdə Rusiya üçün maksimal əlverişli şərtlərə nail olmaq (bunun əsasları və konturları hazırda formalaşmaqadadır) cəhdləri başadüşüləndir.
Bununla yanaşı, baş verənlərdə iştirak etməkdən yayınmaq cəhdi faydasızdır: Rusiya həmişə yemək istəyəcəkləri çox ləzzətli tikə hesab olunub.
Əvvəlki illərdə Rusiya daxilində dövlətin qlobal transformasiyanın qaçılmaz və ən çətin mərhələsinə aktiv hazırlığının şahidi olmuşuq: idxalın əvəzlənməsi, texnoloji və informasiya təhlükəsizliyi, ölkənin həyati əhəmiyyətli sistemlərinin muxtariyyətinin təmin edilməsi, yeni silahların işlənib-hazırlanması...
Bütün bunlar potensial düşmənin bizim istiqamətimizə yönəlmiş ən aqressiv planlarını belə dəf etməyə qadirdir.
NATO-ya qarşı irəli sürülən tələb-təkliflər başqa şeylərlə yanaşı, həm də açıq bəyanat hesab oluna bilər: Rusiya çox yaxında bütün planeti bürüyəcək geosiyasi fırtınaya hazırdır.