https://sputnik.az/20220116/felaketin-anonsu-azad-edilmis-erazilerde-ekoloji-tarazliq-berpa-olunmasa-ne-bas-verecek--438169193.html
Fəlakətin anonsu: azad edilmiş ərazilərdə ekoloji tarazlıq bərpa olunmasa nə baş verəcək?
Fəlakətin anonsu: azad edilmiş ərazilərdə ekoloji tarazlıq bərpa olunmasa nə baş verəcək?
Sputnik Azərbaycan
Torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük... 16.01.2022, Sputnik Azərbaycan
2022-01-16T18:59+0400
2022-01-16T18:59+0400
2022-01-16T18:59+0400
işğaldan azad edilmiş ərazilər
cəmiyyət
kənd təsərrüfatı
qarabağ
ekologiya
aqrar tədqiqatlar mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427387009_0:0:3243:1825_1920x0_80_0_0_33985222b9cf651eeb45ca0ad2876173.jpg
BAKI, 16 yanvar — Sputnik. Bu günlərdə kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib.Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə diqqəti qlobal ekoloji problemlərinə yönəldib.O, ölkə ərazisində səhralaşma prosesi, iqlim dəyişmələri və səhralaşma şəraitində ölkənin su ehtiyatlarından səmərəli istifadə etməklə quraqlığın aradan qaldırılması, respublikamızda eroziyaya uğramış torpaqların ekoloji problemləri məsələlərinə toxunub. Qeyd olunub ki, torpaqların münbitliyinin qorunması və ondan səmərəli istifadə olunması aqrar sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük imkanlar yaradır.Başqa sözlə, iqlimin mənfi təsirləri ümumi məhsuldarlığın daha yüksək templə artımına imkan verməsə də, müvafiq dövlət dəstəyi tədbirləri hesabına müasir texnologiyaların tətbiqinin genişləndirilməsi nəticəsində artıq ölkədə yüksək məhsuldarlıq göstəriciləri əldə edən təsərrüfatların sayı artır.Fikrətzadə işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa olunmasının vacibliyini diqqətə çatdırıb. İştirakçılar işğaldan azad edilmiş ərazilərdə təbii resursların ekoloji durumu, kənd təsərrüfatı sahəsinin elmi və kadr təminatı, işğaldan azad olunmuş ərazilərdə təbii resurslardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı, zəruri infrastrukturun yaradılması barədə fikir mübadiləsi aparıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427387009_325:0:3056:2048_1920x0_80_0_0_eec9c205f56d6d109b18763b093edcce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qarabağda həyəcan təbili tarazlıq bərpa edilməlidir
qarabağda həyəcan təbili tarazlıq bərpa edilməlidir
Fəlakətin anonsu: azad edilmiş ərazilərdə ekoloji tarazlıq bərpa olunmasa nə baş verəcək?
Torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük imkanlar yaradır.
BAKI, 16 yanvar — Sputnik. Bu günlərdə kənd təsərrüfatı ilinin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr mövzusunda seminar keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə diqqəti qlobal ekoloji problemlərinə yönəldib.
O, ölkə ərazisində səhralaşma prosesi, iqlim dəyişmələri və səhralaşma şəraitində ölkənin su ehtiyatlarından səmərəli istifadə etməklə quraqlığın aradan qaldırılması, respublikamızda eroziyaya uğramış torpaqların ekoloji problemləri məsələlərinə toxunub.
Qeyd olunub ki, torpaqların münbitliyinin qorunması və ondan səmərəli istifadə olunması aqrar sahənin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Torpaqların münbitliyinin sabit saxlanılması və artırılması əhalinin həyat şəraitinin və sağlamlığının təmin edilməsi ilə yanaşı, gələcək nəsil üçün böyük imkanlar yaradır.
Başqa sözlə, iqlimin mənfi təsirləri ümumi məhsuldarlığın daha yüksək templə artımına imkan verməsə də, müvafiq dövlət dəstəyi tədbirləri hesabına müasir texnologiyaların tətbiqinin genişləndirilməsi nəticəsində artıq ölkədə yüksək məhsuldarlıq göstəriciləri əldə edən təsərrüfatların sayı artır.
Fikrətzadə işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa olunmasının vacibliyini diqqətə çatdırıb. İştirakçılar işğaldan azad edilmiş ərazilərdə təbii resursların ekoloji durumu, kənd təsərrüfatı sahəsinin elmi və kadr təminatı, işğaldan azad olunmuş ərazilərdə təbii resurslardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı, zəruri infrastrukturun yaradılması barədə fikir mübadiləsi aparıblar.