https://sputnik.az/20220116/dunyanin-iki-fovqeldovleti-herbi-felaketin-bir-addimligindadir-438210018.html
Dünyanın iki fövqəldövləti hərbi fəlakətin bir addımlığındadır
Dünyanın iki fövqəldövləti hərbi fəlakətin bir addımlığındadır
Sputnik Azərbaycan
2021-ci ildən bəri Amerika və müttəfiqlərin kəşfiyyat təyyarələri ilə Çinin təyyarələri arasında bir neçə təhlükəli insident qeydə alınıb. 16.01.2022, Sputnik Azərbaycan
2022-01-16T10:57+0400
2022-01-16T10:57+0400
2022-01-16T11:08+0400
dünya xəbərləri
abş
çin
pekin
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870823_0:160:3055:1878_1920x0_80_0_0_cf7ef7a87df12aa0b9db230fbaa68e1d.jpg
BAKI, 16 yanvar - Sputnik. Dünyanın iki fövqəldövləti hərbi fəlakətdən cəmi bir addım uzaqdadır.Bu barədə “The Economist” jurnalının məqaləsində deyilir.Britaniya nəşri 2001-ci ilin aprelində baş vermiş hadisəni xatırladıb. Belə ki, Cənubi Çin dənizində Amerikaya məxsus EP-3 kəşfiyyat təyyarəsi Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus J-8II qırıcısı ilə toqquşub. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ciddi zədələnib və Çin təhlükəsizlik qüvvələrinin 24 ekipaj üzvünü saxlayıb dindirdiyi Haynan adasına icazəsiz enib.Amerikanın Pekindəki səfiri Cozef Pruerin üzr istəməsindən sonra kəşfiyyatçılar sərbəst buraxılıblar. 2001-ci ildə hər iki hökumət qarşıdurmaya son qoymaq üçün risk aldı. Münaqişənin həllində müəyyən qədər bəxt də rol oynadı. Məqalədə deyilir ki, Ağ Evin o zamankı rəhbəri Corc Buş bu işi qeyri-adi təsir gücünə malik olan, tez və effektiv qərarlar qəbul etməyi bacaran dövlət katibi Kolin Pauelə həvalə edib. Təcrübəli diplomat danışıqlar apararaq Vaşinqtonu yarana biləcək münaqişədən qoruya bilib.İyirmi ildən sonra daha qərəzli Konqres və media, şübhəsiz ki, ABŞ-ın Çinə güzəştə getməsinə imkan verməyəcək.Müəllifin fikrincə, hazırda rəsmi Pekin kəskin insident zamanı güzəştə getməyə hazır deyil. Hər iki tərəf öz məlumatlarını 2001-ci ildə hadisəni kiçildən, vəziyyəti sakitləşdirən telekanallardan deyil, kifayət qədər açıq onlayn nəşrlərdən alır. Ekspert Çjan Touşen bildirib ki, səmada baş verə biləcək qəzalarla bağlı Çinlə ABŞ arasında fikir ayrılıqları mövcuddur.“Pekin israr edir ki, ABŞ öz təyyarələrini ölkə sərhədlərinə göndərməyi dayandırsın. 2021-ci ildən bəri Amerika və müttəfiqlərin kəşfiyyat təyyarələri ilə Çinin təyyarələri arasında bir neçə təhlükəli insident qeydə alınıb. Nə vaxtsa onlar fəlakətə gətirib çıxaracaq və bu problemi həll etmək xeyli çətinləşəcək”, - Reportun yazdığına görə, “The Economist”in məqaləsində bildirilir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870823_169:0:2884:2036_1920x0_80_0_0_68c5e925a98f14a3468fb58e6f8a823d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, çin, pekin
Dünyanın iki fövqəldövləti hərbi fəlakətin bir addımlığındadır
10:57 16.01.2022 (Yenilənib: 11:08 16.01.2022) 2021-ci ildən bəri Amerika və müttəfiqlərin kəşfiyyat təyyarələri ilə Çinin təyyarələri arasında bir neçə təhlükəli insident qeydə alınıb.
BAKI, 16 yanvar - Sputnik. Dünyanın iki fövqəldövləti hərbi fəlakətdən cəmi bir addım uzaqdadır.
Bu barədə “The Economist” jurnalının məqaləsində deyilir.
Britaniya nəşri 2001-ci ilin aprelində baş vermiş hadisəni xatırladıb. Belə ki, Cənubi Çin dənizində Amerikaya məxsus EP-3 kəşfiyyat təyyarəsi Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus J-8II qırıcısı ilə toqquşub.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ciddi zədələnib və Çin təhlükəsizlik qüvvələrinin 24 ekipaj üzvünü saxlayıb dindirdiyi Haynan adasına icazəsiz enib.
Amerikanın Pekindəki səfiri Cozef Pruerin üzr istəməsindən sonra kəşfiyyatçılar sərbəst buraxılıblar. 2001-ci ildə hər iki hökumət qarşıdurmaya son qoymaq üçün risk aldı. Münaqişənin həllində müəyyən qədər bəxt də rol oynadı.
Məqalədə deyilir ki, Ağ Evin o zamankı rəhbəri Corc Buş bu işi qeyri-adi təsir gücünə malik olan, tez və effektiv qərarlar qəbul etməyi bacaran dövlət katibi Kolin Pauelə həvalə edib. Təcrübəli diplomat danışıqlar apararaq Vaşinqtonu yarana biləcək münaqişədən qoruya bilib.
İyirmi ildən sonra daha qərəzli Konqres və media, şübhəsiz ki, ABŞ-ın Çinə güzəştə getməsinə imkan verməyəcək.
Müəllifin fikrincə, hazırda rəsmi Pekin kəskin insident zamanı güzəştə getməyə hazır deyil. Hər iki tərəf öz məlumatlarını 2001-ci ildə hadisəni kiçildən, vəziyyəti sakitləşdirən telekanallardan deyil, kifayət qədər açıq onlayn nəşrlərdən alır.
Ekspert Çjan Touşen bildirib ki, səmada baş verə biləcək qəzalarla bağlı Çinlə ABŞ arasında fikir ayrılıqları mövcuddur.
“Pekin israr edir ki, ABŞ öz təyyarələrini ölkə sərhədlərinə göndərməyi dayandırsın. 2021-ci ildən bəri Amerika və müttəfiqlərin kəşfiyyat təyyarələri ilə Çinin təyyarələri arasında bir neçə təhlükəli insident qeydə alınıb. Nə vaxtsa onlar fəlakətə gətirib çıxaracaq və bu problemi həll etmək xeyli çətinləşəcək”, - Reportun yazdığına görə, “The Economist”in məqaləsində bildirilir.