Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya şöhrətli ulduz bütün konsertlərini dayandırdı - səbəb

© AFP 2023 / PIERRE ANDRIEUSelin Dion
Selin Dion  - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Kanadalı müğənninin Amerikadan sonra növbəti konsertinin 20 may 2022-ci il tarixində Böyük Britaniyanın Birminhem şəhərində keçirilməsi planlaşdırılırdı.
BAKI, 16 yanvar — Sputnik. Məşhur kanadalı müğənni Selin Dion oynaq ağırılarından əziyyət çəkdiyi üçün Şimali Amerikada keçirilməsi planlaşdırılan bütün konsertlərini təxirə salıb. Bu barədə o özünün rəsmi internet saytında məlumat verib.
"Ümid edirdim ki, konsertlər başlayana kimi vəziyyətim yaxşılaşacaq. Ancaq belə görünür ki, daha dözümülü olmalı və həkimlərin qoyduğu tibbi rejimə əməl etməliyəm. Bizim konsertlərimiz təşkilatçılıq və hazırlıq baxımından böyük səy tələb edir. Odur ki, indi qarşıdakı iki aylıq planlara təsir edəcək qərarlar qəbul etməli olduq", - deyə müğənni vəziyyəti açlıqlayıb.
Məlumatda o da qeyd olunur ki, Şimali Amerikada bu il 9 mart-22 aprel tarixləri arasında keçiriilməsi planlaşdırılan bütün konsertlər təxirə salınır.
Qeyd edək ki, kanadalı müğənninin Amerikadan sonra növbəti konsertinin 20 may 2022-ci il tarixində Böyük Britaniyanın Birminhem şəhərində keçirilməsi planlaşdırılırdı.
Bundan əvvəl Selin Dion Şimali Amerikaya qastrol səfəri çərçivəsində payız konsertlərini təxirə salmışdı. Noyabrın 5-də Las-Veqasda baş tutacaq konsert isə noyabrın 20-nə keçirilmişdi.
"The Variety" jurnalının yazdığına görə, kanadalı müğənni "daimi əzələ spazmlarından əziyyət çəkir və ağrılar onun səhnəyə çıxmasına imkan vermir.
Həkimlər Selin Dionun yeni konsertlərin məşqlərində iştirak etməsinə icazə vermirlər.
Xəbər lenti
0