https://sputnik.az/20220116/cinde-bu-kisilerin-televiziyada-gorunmesi-qadagan-olundu-438212687.html
Çində bu kişilərin televiziyada görünməsi qadağan olundu
Çində bu kişilərin televiziyada görünməsi qadağan olundu
Sputnik Azərbaycan
Bu ölkədə dəbdəbəli həyatı təbliğ edən və tamaşaçıları daha çox pul xərcləməyə sövq edən televizya proqramlarının nümayişi də yasaqlanıb. 16.01.2022, Sputnik Azərbaycan
2022-01-16T22:54+0400
2022-01-16T22:54+0400
2022-01-16T22:54+0400
çin
dünya xəbərləri
televiziya
çin xalq respublikasının sədri si tszinpin
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0d/426947272_0:0:3078:1731_1920x0_80_0_0_37fefcb57109841fc3a8c476ab2b7536.jpg
BAKI, 16 yanvar — Sputnik. Çin hakimiyyəti televiziyada makiyajlı kişilərin nümayişini qadağan edib. Bu barədə ölkə mətbuatı xəbər yayıb. Çinin hakimiyyət orqanları belə hesab edir ki, makiyajlı kişi obrazı bu cinslə bağlı ənənəvi təsəvvürlərlə üst-üstə düşmür.Bundan başqa, hərəkətləri "ictimai qaydalara və əxlaqa" zidd olduğu müəyyən edilən şəxslərin ekranda nümayiş etdirilməsi də yasaqlanıb.Bundan sonra Çində dəbdəbəli həyatı təbliğ edən və tamaşaçıları daha çox pul xərcləməyə sövq edən televizya proqramlarının nümayişi də qadağandır. Eləcə də, məşhur insanların reytinqini yayımlamağa və ulduzların övladlarını televiziya proqramlarına çağırmağa icazə verilmir.Televiziyalara əyləncə seqmenti əvəzinə sosialist və ənənəvi Çin mədəniyyətinə diqqət yetirmək məsləhət görülür.Xatırladaq ki, bir qədər bundan əvvəl Çin Kommunist Partiyasının lideri Si Tsinpin televiziyalara qadına bənzər kişilərin efirə çıxarılmasını qadağan etmişdi.Yerli mütəxəssislərin fikrincə, Çin rəhbərliyinin yenilikləri "inqilabi mədəniyyətin" təbliğinə yardım etmək üçün nəzərdə tutulub və "milli mənəvi xarakterin möhkəmləndirilməsinə xidmət" məqsədi daşıyır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/0d/426947272_244:0:2975:2048_1920x0_80_0_0_4404fa458c6bea0d71d3c146a11f5a6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, televiziya, çin xalq respublikasının sədri si tszinpin
çin, televiziya, çin xalq respublikasının sədri si tszinpin
Çində bu kişilərin televiziyada görünməsi qadağan olundu
Bu ölkədə dəbdəbəli həyatı təbliğ edən və tamaşaçıları daha çox pul xərcləməyə sövq edən televizya proqramlarının nümayişi də yasaqlanıb.
BAKI, 16 yanvar — Sputnik. Çin hakimiyyəti televiziyada makiyajlı kişilərin nümayişini qadağan edib. Bu barədə ölkə mətbuatı xəbər yayıb. Çinin hakimiyyət orqanları belə hesab edir ki, makiyajlı kişi obrazı bu cinslə bağlı ənənəvi təsəvvürlərlə üst-üstə düşmür.
Bundan başqa, hərəkətləri "ictimai qaydalara və əxlaqa" zidd olduğu müəyyən edilən şəxslərin ekranda nümayiş etdirilməsi də yasaqlanıb.
Bundan sonra Çində dəbdəbəli həyatı təbliğ edən və tamaşaçıları daha çox pul xərcləməyə sövq edən televizya proqramlarının nümayişi də qadağandır. Eləcə də, məşhur insanların reytinqini yayımlamağa və ulduzların övladlarını televiziya proqramlarına çağırmağa icazə verilmir.
Televiziyalara əyləncə seqmenti əvəzinə sosialist və ənənəvi Çin mədəniyyətinə diqqət yetirmək məsləhət görülür.
Xatırladaq ki, bir qədər bundan əvvəl Çin Kommunist Partiyasının lideri Si Tsinpin televiziyalara qadına bənzər kişilərin efirə çıxarılmasını qadağan etmişdi.
Yerli mütəxəssislərin fikrincə, Çin rəhbərliyinin yenilikləri "inqilabi mədəniyyətin" təbliğinə yardım etmək üçün nəzərdə tutulub və "milli mənəvi xarakterin möhkəmləndirilməsinə xidmət" məqsədi daşıyır.