CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədə kədərli toy: COVID xəstələri cinayət törətdi?

© Sputnik / Murad OrujovPPX əməkdaşları, arxiv şəkli
PPX əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Tibbi prosedurları gözləməklə onları yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
BAKI, 16 yanvar — Sputnik. Bərdədə karantin qaydalarının pozulduğu restoranın sahibi inzibati qaydada həbs edilib
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun yaydığı məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu müəyyən edilib.
Yoxlamalar zamanı rayon ərazisində yerləşən “Muğan Məkan” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.
Müəyyən edilmiş qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Elnur Sadıxov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
***
Yanvarın 14-də polis əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb.
Tibbi prosedurları gözləməklə onları yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 2 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbər lenti
0