Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda Omiсron ştammı aşkarlanan xəstələrin vəziyyəti necədir?

© AP Photo / Evgeniy MaloletkaKoronavirus xəstəsi, arxiv şəkli
Koronavirus xəstəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədilə virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.
BAKI, 16 yanvar — Sputnik. Koronavirusun "Omicron" ştammı (Omikron) aşkarlanan şəxslərin səhhətində ağırlaşma halları müşahidə olunmur.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir.
Hazırda həmin şəxslərin vəziyyəti stabildir, evdə müşahidə altındadırlar:
"Məlum olduğu kimi, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-sində SARS-CoV-2 21K-nın Omicron ştammı aşkarlanıb.
SOmicron ştammına yoluxmuş 12 nəfərin 8-indən götürülmüş təkrar test nümunələri mənfi nəticələnib, məlumat "e-tebib" sistemində yer alıb.
Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması məqsədilə virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.
Xatırladırıq ki, əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
Bu səbəbdən səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan,yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq məqsədilə gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır".
Qeyd edilib ki, vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə, əl təmizliyi kimi qaydalar, virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın, normal həyata qayıtmağın yeganə yoludur.
Azərbaycanda 12 nəfərdə omicron aşkarlanıb
Xatırladaq ki, Azərbaycana xaricdən gəlmiş şəxslərdə12-də SARS-CoV-2 21K "Omicron" variantı aşkarlanıb.
Bildirək ki, hazırda Avropa və Mərkəzi Asiya regionundakı 53 ölkədən 50-də artıq COVID-19-un omicron ştammı qeydə alınıb.
Koronavirusun yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana, Cənubi Afrikada aşkar edilib. Bu ştamın tərkibindəki patogenin hüceyrələrə yoluxması üçün tələb olunan S-zülalında onlarla mutasiya mövcuddur. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.
Xəbər lenti
0