https://sputnik.az/20220116/azerbaycan-sou-biznesi-niye-sukuta-qerq-olub-sebebkarlarin-ilginc-iddialari---vdeo-438146491.html
Azərbaycan şou-biznesi niyə sükuta qərq olub? Səbəbkarların ilginc iddiaları - VİDEO
Azərbaycan şou-biznesi niyə sükuta qərq olub? Səbəbkarların ilginc iddiaları - VİDEO
Sputnik Azərbaycan
Azərbaycanlıların da sevərək dinlədiyi Mahsun Kırmızıgülün bu addımı Türkiyə mediyasında böyük səs-küyə səbəb oldu. 16.01.2022, Sputnik Azərbaycan
2022-01-16T18:08+0400
2022-01-16T18:08+0400
2022-01-16T18:08+0400
aygün kazımova
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437295833_0:149:1080:757_1920x0_80_0_0_2896e467ad2e706e23dbcec13fbec686.jpg
BAKI, 16 yanvar — Sputnik. Ötən ilin dekabrında filmləri və mahnıları ilə könülləri fəth edən türkiyəli müğənni Mahsun Kırmızıgül 16 ildən sonra böyük konsert və albomu ilə səhnəyə yenidən qayıtdı. Azərbaycanlıların da sevərək dinlədiyi Mahsun Kırmızıgülün bu addımı Türkiyə mediyasında böyük səs-küyə səbəb oldu. Amma nədənsə son illər bizim şou-biznes aləmi sükuta qərq olub. Sputnik Azərbaycan bunun səbəblərini şou-biznesimizn ən parlaq nümayəndələri ilə araşdırıb.Səhnəmizin divası, Xalq artisti Aygün Kazımova bildirir ki, bu məsələ individualdır: "Sözsüz ki, hər kəsin öz səbəbi var. Hər kəsin işə öz baxışı və yanaşması var. Məncə, bu dəqiqə konsert vermək alınmaz. Amma gözəl təcrübə olar".Aygün xanım,ın fikrincə, sənət adamlarında konsertə tamaşaçının gəlməmək qorxusı hər zaman olub. Qorxu hissindən azad olan kimi hər şey yoluna girəcək.Bu gün Azərbaycanın xalq artisti, Cənab Qızıl Şlyager Faiq Ağayev bunun səbəbini pandemiyada görür: "İndiki dövrdə biz zalın yalnız 50 faizini doldura bilərik. Onda da gərək biz qiymətləri qaldıraq. Mən də istəmərəm ki, məni sevən tamaşaçı yüksək məbləğdə pul ödəyib mənim konsertimə gəlsin. Alboma gəldikdə isə, 2000-ci illərin əvvəllərində buna təlabat var idi. İndi isə heç kəs buna maraqlı deyil. Artıq bütün müğənnilər albomlarını "Youtube"a yerləşdirirlər. Bu yaxınlarda mənim də albomum hazırlanacaq, sosial şəbəkədə yayımlanacaq".Müğənni Nadir Qafarzadə deyir ki, indi elə bir zamandır ki, albom, konsert o qədər də təlbatlı deyil. Hər kəs sosial şəbəkələrdədir. Yeni mahnı səsləndirirsən, görürsən ki, artıq sənin mahnını insanlar yükləyib, dinləyir. İndi albomların zamanı deyil: "Əvəllər insanlar müğənnilərin albomların alırdı, indi onları "İnstagram"-dan izləyir. Heç albom ənənəsi də qalmayıb. Artıq onun dövrü keçib. Hazırda adi mahnını tapmaq insanlar üçün adiləşib. Ona görə biz sənətçilərə albom çıxarmq sərf etmir. Bu artıq əlavə xərc və əziyyətdir. Madam ki, insanlar özləri istədikləri zaman ifaçının musiqisini rahatlıqda tapıb dinləyə bilir, onda albom nəyə lazımdır? Mahsun Kırmızıgül 16 ildən sonra qayıdış edib, səhnədə konsert proqramı ilə çıxış edibsə ona halaldır. Adətən hər adama gedib qayıtmaq nəsib olmur. Bunu edibsə nə xoş ona. Mən də bir azərbaycanlı həmkar kimi onu təbrik edirəm".Müğənni Kərim Abbasovun prodüseri Rusif Hüseynov bildirir ki, konsert vermək üçün azı 30-50 min manat civarında maliyyə tələb olunur. O da ki necə deyərlər, xərci kirəsini ödəmir: "İndi ancaq "instagram" və "Youtube"da paylaşırlar. Hətta televiziya belə, maraqlı deyillər. Biz ötən il Kərimlə bir klipin üzərində işlədik. 13 min manat pul xərcələdik. Mahnı 1 ilə populyarlıq qazandı. Ölkənin ən böyük salonları Heydər Əliyev adına saray və Yaşıl teatrın icarə haqqı 10 mindən başlayır. Ölkənin ən məşhur müğənniləri belə, gəlir əldə etməyiblər".Bu yaxınlarda Heydər Əliyev Sarayında "Var ol" adlı konsert proqramı ilə çıxış edən müğənni Zamiq Hüseynovun köməkçisi bildirir ki, müğənni konserti qazanc məqsədi ilə etmir: "Hər kəsin bir məqsədi, bir məramı var. Zamiq Hüseynov konserti qazanc məqsədi ilə etmir. Onun xalq qarşısında bir hesatı kimi özünə borc bilir. Bildiyiniz kimi, ötən həftə Zamiqin Heydər Əliyev adına sarayda konserti baş tutdu. Bu, onun ən böyük arzusu idi ki, o möhtəşəm salonda konsert versin. Satışa çıxarılan biletlərdən əldə olunmuş vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə edildi".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/10/437295833_0:136:1080:946_1920x0_80_0_0_9ab85e6bb472342f7c3ce2dc5991d5e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanın şou-biznesinə cadu edilib sükutun şok səbəbi
azərbaycanın şou-biznesinə cadu edilib sükutun şok səbəbi
Azərbaycan şou-biznesi niyə sükuta qərq olub? Səbəbkarların ilginc iddiaları - VİDEO
Azərbaycanlıların da sevərək dinlədiyi Mahsun Kırmızıgülün bu addımı Türkiyə mediyasında böyük səs-küyə səbəb oldu.
BAKI, 16 yanvar — Sputnik. Ötən ilin dekabrında filmləri və mahnıları ilə könülləri fəth edən türkiyəli müğənni Mahsun Kırmızıgül 16 ildən sonra böyük konsert və albomu ilə səhnəyə yenidən qayıtdı. Azərbaycanlıların da sevərək dinlədiyi Mahsun Kırmızıgülün bu addımı Türkiyə mediyasında böyük səs-küyə səbəb oldu. Amma nədənsə son illər bizim şou-biznes aləmi sükuta qərq olub. Sputnik Azərbaycan bunun səbəblərini şou-biznesimizn ən parlaq nümayəndələri ilə araşdırıb.
Səhnəmizin divası, Xalq artisti Aygün Kazımova bildirir ki, bu məsələ individualdır: "Sözsüz ki, hər kəsin öz səbəbi var. Hər kəsin işə öz baxışı və yanaşması var. Məncə, bu dəqiqə konsert vermək alınmaz. Amma gözəl təcrübə olar".
Aygün xanım,ın fikrincə, sənət adamlarında konsertə tamaşaçının gəlməmək qorxusı hər zaman olub. Qorxu hissindən azad olan kimi hər şey yoluna girəcək.
Bu gün Azərbaycanın xalq artisti, Cənab Qızıl Şlyager Faiq Ağayev bunun səbəbini pandemiyada görür:
"İndiki dövrdə biz zalın yalnız 50 faizini doldura bilərik. Onda da gərək biz qiymətləri qaldıraq. Mən də istəmərəm ki, məni sevən tamaşaçı yüksək məbləğdə pul ödəyib mənim konsertimə gəlsin. Alboma gəldikdə isə, 2000-ci illərin əvvəllərində buna təlabat var idi. İndi isə heç kəs buna maraqlı deyil. Artıq bütün müğənnilər albomlarını "Youtube"a yerləşdirirlər. Bu yaxınlarda mənim də albomum hazırlanacaq, sosial şəbəkədə yayımlanacaq".
Müğənni Nadir Qafarzadə deyir ki, indi elə bir zamandır ki, albom, konsert o qədər də təlbatlı deyil. Hər kəs sosial şəbəkələrdədir. Yeni mahnı səsləndirirsən, görürsən ki, artıq sənin mahnını insanlar yükləyib, dinləyir. İndi albomların zamanı deyil:
"Əvəllər insanlar müğənnilərin albomların alırdı, indi onları "İnstagram"-dan izləyir. Heç albom ənənəsi də qalmayıb. Artıq onun dövrü keçib. Hazırda adi mahnını tapmaq insanlar üçün adiləşib. Ona görə biz sənətçilərə albom çıxarmq sərf etmir. Bu artıq əlavə xərc və əziyyətdir.
Madam ki, insanlar özləri istədikləri zaman ifaçının musiqisini rahatlıqda tapıb dinləyə bilir, onda albom nəyə lazımdır? Mahsun Kırmızıgül 16 ildən sonra qayıdış edib, səhnədə konsert proqramı ilə çıxış edibsə ona halaldır. Adətən hər adama gedib qayıtmaq nəsib olmur. Bunu edibsə nə xoş ona. Mən də bir azərbaycanlı həmkar kimi onu təbrik edirəm".
Müğənni Kərim Abbasovun prodüseri Rusif Hüseynov bildirir ki, konsert vermək üçün azı 30-50 min manat civarında maliyyə tələb olunur. O da ki necə deyərlər, xərci kirəsini ödəmir: "İndi ancaq "instagram" və "Youtube"da paylaşırlar. Hətta televiziya belə, maraqlı deyillər.
Biz ötən il Kərimlə bir klipin üzərində işlədik. 13 min manat pul xərcələdik. Mahnı 1 ilə populyarlıq qazandı. Ölkənin ən böyük salonları Heydər Əliyev adına saray və Yaşıl teatrın icarə haqqı 10 mindən başlayır. Ölkənin ən məşhur müğənniləri belə, gəlir əldə etməyiblər".
Bu yaxınlarda Heydər Əliyev Sarayında "Var ol" adlı konsert proqramı ilə çıxış edən müğənni Zamiq Hüseynovun köməkçisi bildirir ki, müğənni konserti qazanc məqsədi ilə etmir:
"Hər kəsin bir məqsədi, bir məramı var. Zamiq Hüseynov konserti qazanc məqsədi ilə etmir. Onun xalq qarşısında bir hesatı kimi özünə borc bilir.
Bildiyiniz kimi, ötən həftə Zamiqin Heydər Əliyev adına sarayda konserti baş tutdu. Bu, onun ən böyük arzusu idi ki, o möhtəşəm salonda konsert versin. Satışa çıxarılan biletlərdən əldə olunmuş vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə edildi".