https://sputnik.az/20220115/yaponiyada-ilk-ilginc-onurga-emeliyyati-kecirilib-438170810.html
Yaponiyada ilk ilginc onurğa əməliyyatı keçirilib
Yaponiyada ilk ilginc onurğa əməliyyatı keçirilib
Sputnik Azərbaycan
Professor Hideyuki Okano mətbuat konfransı zamanı qeyd edib ki, əməliyyat olunan şəxsin vəziyyəti "son dərəcə yaxşıdır". 15.01.2022, Sputnik Azərbaycan
2022-01-15T06:08+0400
2022-01-15T06:08+0400
2022-01-15T06:08+0400
əməliyyat
elm
yaponiya
nobel
nobel mükafatı
onurğa sütunu
https://cdnn1.img.sputnik.az/img/42223/81/422238140_0:25:2000:1150_1920x0_80_0_0_14c08758f140d00ac1584144071b431c.jpg
BAKI, 15 yanvar — Sputnik. Yaponiyanın Keyo Universitetinin mütəxəssisləri onurğa zədəsinin müalicəsi üçün induksiyalı iPS kök hüceyrələrindən istifadə edərək dünyada ilk əməliyyat keçiriblər.Universitetin mətbuat xidmətindən verilən məlumata görə, kliniki sınaqlar ötən ilin dekabr ayında başlanılıb. Sınaq çərçivəsində mütəxəssislər İPS hüceyrələrdən yetişdirilmiş sinir hüceyrələrini 4 xəstəyə köçürəcəklər.İlk belə əməliyyat universitetin xəstəxanasında həyata keçirilib. Zədənin yaşı, cinsi və xarakteri göstərilmir. Əməliyyat gedişatında insana 2 milyon sinir hüceyrəsi köçürülüb. Xəstə hazırda Tokiodakı Murayama Tibb Mərkəzində reabilitasiyadan keçir.Professor Hideyuki Okano mətbuat konfransı zamanı qeyd edib ki, əməliyyat olunan şəxsin vəziyyəti "son dərəcə yaxşıdır". Növbəti üç ay ərzində mütəxəssislər xəstənin sağlamlıq vəziyyəti haqqında məlumat toplamaq niyyətindədirlər, bundan sonra onlar müstəqil ekspertlər tərəfindən müayinəyə təqdim olunacaqlar.Prosedurun təhlükəsiz sayılacağı təqdirdə dörd xəstədən ikincisinin əməliyyatı apreldən sonra baş tuta bilər.2006-cı ildə Kioto Universitetinin professoru 44 yaşlı Şinya Yamanaka dünyada ilk dəfə olaraq normal insan dəri hüceyrəsindən kök hüceyrə əldə edib. Hüceyrələrə induksiyalı pluripotent (süni çoxfunksiyalı) kök hüceyrələri-iPS adı verilib. 2012-ci ildə isə Yamanaka Nobel mükafatına layiq görülüb. Kəşf regenerativ tibb sahəsində tədqiqatların partlamasına səbəb olub. Alimlər onlardan ürək əzələsi, bağırsaq, mədəaltı vəzi, torlu qişa, qan, dəri, sinir, yumurta, sperma və böyrək nefronlarının hüceyrələrini yetişdirməyi öyrəniblər.Süni çoxfunksiyalı iPS hüceyrələrindən istifadə edərək dünyada ilk əməliyyat 2014-cü ildə Yaponiyada həyata keçirilib. Ağır torlu qişa xəstəliyindən əziyyət çəkən 70 yaşlı xəstədən dəri hüceyrələri götürülərək iPS süni kök hüceyrələri yetişdirilib. Daha sonra onlardan tor qişasının retinal piqmentli epitelinin hüceyrələri yetişdirilərək əməliyyat zamanı köçürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42223/81/422238140_128:0:1901:1330_1920x0_80_0_0_79afea691c3814fdccffbc45457d7dc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
onurğa sütununu və sinirləri bərpa etmək mümkündür?
onurğa sütununu və sinirləri bərpa etmək mümkündür?
Yaponiyada ilk ilginc onurğa əməliyyatı keçirilib
Professor Hideyuki Okano mətbuat konfransı zamanı qeyd edib ki, əməliyyat olunan şəxsin vəziyyəti "son dərəcə yaxşıdır".
BAKI, 15 yanvar — Sputnik. Yaponiyanın Keyo Universitetinin mütəxəssisləri onurğa zədəsinin müalicəsi üçün induksiyalı iPS kök hüceyrələrindən istifadə edərək dünyada ilk əməliyyat keçiriblər.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, kliniki sınaqlar ötən ilin dekabr ayında başlanılıb. Sınaq çərçivəsində mütəxəssislər İPS hüceyrələrdən yetişdirilmiş sinir hüceyrələrini 4 xəstəyə köçürəcəklər.
İlk belə əməliyyat universitetin xəstəxanasında həyata keçirilib. Zədənin yaşı, cinsi və xarakteri göstərilmir. Əməliyyat gedişatında insana 2 milyon sinir hüceyrəsi köçürülüb. Xəstə hazırda Tokiodakı Murayama Tibb Mərkəzində reabilitasiyadan keçir.
Professor Hideyuki Okano mətbuat konfransı zamanı qeyd edib ki, əməliyyat olunan şəxsin vəziyyəti "son dərəcə yaxşıdır". Növbəti üç ay ərzində mütəxəssislər xəstənin sağlamlıq vəziyyəti haqqında məlumat toplamaq niyyətindədirlər, bundan sonra onlar müstəqil ekspertlər tərəfindən müayinəyə təqdim olunacaqlar.
Prosedurun təhlükəsiz sayılacağı təqdirdə dörd xəstədən ikincisinin əməliyyatı apreldən sonra baş tuta bilər.
2006-cı ildə Kioto Universitetinin professoru 44 yaşlı Şinya Yamanaka dünyada ilk dəfə olaraq normal insan dəri hüceyrəsindən kök hüceyrə əldə edib. Hüceyrələrə induksiyalı pluripotent (süni çoxfunksiyalı) kök hüceyrələri-iPS adı verilib.
2012-ci ildə isə Yamanaka Nobel mükafatına layiq görülüb. Kəşf regenerativ tibb sahəsində tədqiqatların partlamasına səbəb olub. Alimlər onlardan ürək əzələsi, bağırsaq, mədəaltı vəzi, torlu qişa, qan, dəri, sinir, yumurta, sperma və böyrək nefronlarının hüceyrələrini yetişdirməyi öyrəniblər.
Süni çoxfunksiyalı iPS hüceyrələrindən istifadə edərək dünyada ilk əməliyyat 2014-cü ildə Yaponiyada həyata keçirilib. Ağır torlu qişa xəstəliyindən əziyyət çəkən 70 yaşlı xəstədən dəri hüceyrələri götürülərək iPS süni kök hüceyrələri yetişdirilib.
Daha sonra onlardan tor qişasının retinal piqmentli epitelinin hüceyrələri yetişdirilərək əməliyyat zamanı köçürülüb.