https://sputnik.az/20220115/qabyuyan-peraski-satan-taksi-surucusu---kiminin-evveli-kiminin-axiri-438144436.html
Qabyuyan, "peraşki" satan, taksi sürücüsü - Kiminin əvvəli, kiminin axırı...
Qabyuyan, "peraşki" satan, taksi sürücüsü - Kiminin əvvəli, kiminin axırı...
Sputnik Azərbaycan
"Yeni ulduz" müsabiqəsinin qalibi, İkinci Qarabağ müharibəsi iştirakçısı Vüqar Muradov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sovet dövründə ailəsinin maddi rifahı yaxşı olub.
2022-01-15T21:18+0400
2022-01-15T21:18+0400
2022-01-15T22:34+0400
tahir imanov
cəmiyyət
nadir qafarzadə
bəhram bağırzadə
röya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/18/428004772_0:0:3072:1728_1920x0_80_0_0_7f10feeb2311e776b3fcb5c53e238a65.jpg
BAKI, 13 yanvar — Sputnik. Bu gün geniş maddi imkanlara sahib olan insanların bəziləri doğuşdan bu qədər şanslı olmayıblar. Buna baxmayaraq təslim olmayan və hər şeyi əməyi ilə sıfırdan qazanan adamlar da var. Bunların arasında ən çox diqqət çəkənlər isə sənət adamlarıdır. Sputnik Azərbaycan həmin məşhurların əvvəlki həyat hekayələrini qısaca sizə təqdim edir."Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artisti Tahir İmanov 90-cı illərdə taksi sürücüsü kimi fəaliyyət göstərib.Onun sənət yoldaşı Əməkdar artist Bəhram Bağırzadə hələ məktəbli ikən yay tətillərində fəhləlik edib. Əməkdar artist Mətanət İsgəndərli isə Dəmir yolunda bufetdə çalışıb."Yeni ulduz" müsabiqəsinin qalibi, İkinci Qarabağ müharibəsi iştirakçısı Vüqar Muradov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sovet dövründə ailəsinin maddi rifahı yaxşı olub.Atası müxtəlif vəzifələrdə, anası isə alman dili müəllimi kimi çalışıb. Sovet İttifaqı dağıldıqdan sonra vəziyyət dəyişib:"1993-cü ilə qədər ailə vəziyyətimiz yaxşı idi. Sonralar pisləşməyə doğru getdi. 2004-2005-ə qədər olduqca kasıb yaşayırdıq. Mən də məktəbli idim. Məcbur idim ailəmə kömək edim. Əvvəllər banketlərdə, tədbirlərdə oxuyurdum. Yeniyetmə vaxtlarımda səsim dəyişilməyə doğru getdi. Başladım "peraşki" satmağa. Səhər saat 6-da rayona Bakıdan avtobuslar gəlirdi. Mən onlara peraşki satırdım. Sonra Bakı-Qax avtobusunda konduktor işləməyə başladım. Yol gedə-gedə dərslərimi oxuyurdum. Buna baxmayaraq, mən həmişə əlaçı olmuşam. Sonra Bakıya gəldim, təndir sexində çörək bişirirdim, çörəyi ünvanlara çatdırırdım. Qalmağa yerim yox idi, təndir sexində qalırdım".Son zamanlar bahalı toyu və gəlinliyi ilə gündəmdən düşməyən müğənni Sevda Yəhyayeva isə anasının kiçik dükanında satıcı işləyib.Həmişə xeyriyyə tədbirləri ilə gündəmə gələn sevilən müğənni Zamiq Hüseynov da bir vaxtlar satıcı olub.Müğənni bir neçə il öncə mediya hesabında kasıb olduğu vaxtlar haqqında bunları yazmışdı:"Elə bilirsiniz ki, doğulandan yağ-bal içində yaşamışam? Yox. Bəzən mənə "Dünya sənə gözəldir" deyə yazırlar. Bir onu bilirəm ki, küçələrdə dönər yeyə-yeyə böyüdüm... Avtobusa pul verməmək üçün həmişə arxada ayaq üstə gedirdim. Bütün sürücülər məni tanıyırdı və avtobusa minməyə qoymurdular. Bilirdim ki, düz etmirəm, ancaq pulum yox idi. Nə edə bilərdim? Və daha nələr-nələr... Əsas odur ki, məqsədim və hədəflərim var idi. Sənət öyrənməyə gedirdim. Sənətimi sevərək öyrənirdim, nə vaxtsa yaxşı olacağına inanırdım. Bu günümizə min şükür! Allah hər kəsə ürəyinə görə versin".Tanınmış aparıcı Şəhriyar Əbilov restoranların birində mühavizəçi işləyib.Hazırda Moskvada yaşayan, xeyriyyə aksiyaları ilə tanınan Rəqsanə İsmayılova isə Moskvada restoranların birində qabyuyan işləyib.Milyonların sevimlisi, Xalq artisti Röya Ayxan da vaxtı ilə yoxsul zümrədən olub. Müğənni illər öncə bu barədə özünün "instagram" hesabında paylaşım etmişdi:"Atamın bir dostu vardı. Rəhmətlik mən doğulanda mənə mahnı qoşub, zümzümə edərdi. O qədər kasıb idik ki, anam ayağıma taykeş corab geyindirib. Bu mahnın sözləri də elə yaranıb. Amma kiminin əvvəli, kiminin axırı... Allah böyükdür!"Müğənni Nadir Qafarzadə də zamanında kasıb yaşayan məşhurlar sırasındadır. Müğənni müsahibələrinin birində deyib ki, aclığa görə iki övladını itirib:"Xanımımla çətin dövrlərdən keçdik. Aclıqdan, düzgün qidalanmamaqdan 2 övladımı itirdim. Bir qızım, bir oğlum ölüb. Qızım yaşasaydı 23 yaşı var idi. Nə vaxt qaynatam evə gələndə soyuducunu açıb baxmaq istəyəndə yoldaşım qoymurdu. Hər şeyimizin olduğunu deyirdi. Amma soyuducu bomboş idi. Qızım 10 gün yaşadı, oğlum 3 gün""Ailə qurmamışdan qabaq, qaynatam qızı vermək istəmirdi. O bilirdi ki, mən müğənniyəm. Atası deyirdi ki, kəndə qız vermərəm, gedib inək sağası deyil. Amma indi mənə baxıb fəxr edir. Çox kasıb idik, 7 il nişanlı qaldıq. Anam axırda ağladı ki, bir də o qızın qapısına getməyəcəm, get onu gətir. Qızgilə gəlib, barmağımdakı üzüyü çıxardıb stola qoyub dedim ki, biz belə xoşbəxt olmayacağıq. Anamın alçalmasını istəmirəm. Əgər sənin də mənə könlün varsa, tut əlimdən gedək. Dedi ki, mənim də gedəcəyim yerim yoxdur, sənin də. Hara gedəcəyik? Dedim bir yer taparıq. Razılaşdı və yüngül şeylər götürüb mənimlə qaçdı. Məktub da yazıb qoydu ki, mən könüllü gedirəm, polisə deməyin", - deyə müğənni bildirib.Müğənni Manaf Ağayev bir müddət öncə ARB TV-nin efirində səsləndirdiyi "Deməyəcəklər ki, bu nə gündədir, metro ilə gedir" sözlərinə görə qınaq obyektinə tuş gəlmişdi. Müğənni sonradan sosial şəbəkə vasitəsi ilə bu sözün yalan olduğunu söyləmişdi. M.Ağayev bildirmişdi ki, özü və qohumları metrodan çox istifadə edib:"Məni tanıyan bilir ki, hər zaman yetim-yesirin, kasıbın yanında olmuşam. Kasıba lağ etmərəm. Özüm kasıb olub, yataqxanadan gəlmişəm. Gəncliyim metroda keçib. Beş il unviersitetdə oxumuşam, metro ilə gedib gəlmişəm. Bu gün də qohum-əqrabam metroya minir. Qardaşım, bacım balaları tələbədir və dərsə metro ilə gedirlər".Bu gün dünyada və Azərbaycanda tanınan məşhur stilist Anar Ağakişiyev üçün də həyat heç də rəvan keçməyib. Stilist Sputnik Azərbaycan-a müsahibəsində bu barədə bəhs etmişdi:"Atamla anam ayrılıblar. O vaxt anamdan 150, atamdan isə 250 dollar aldım. Bu, mənim onlardan aldığım son pul idi. O pulla stilist Zahiddən bazanı öyrəndim, ondan sonra İtaliyaya getdim. Orada gecələr pizza restoranında qabyuyan işləyirdim, gündüzlər kursa gedirdim. Oradan qazandığım puldan sənətimə aid jurnallar alırdım".Qeyd edək ki, bir müddət əvvəl özünə dəbdəbəli ev alan stilist çoxsaylı tənqidlərə məruz qalıb. Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti onu bahalı ev alımasına görə qınayıb, bəziləri isə təhqir edib. Anar ona "Evi hansı pulla almısan" sualını yazan izləyicisinə sərt şəkildə cavab verib:"Nə yazdığınızı bilin. O şərhi yazan insanlar isti çarpayısında yatanda, toyda oyanayıb, kef edəndə mən məşhur olmaq üçün hər səhər saat 6-da oyanırdım. Nə toy, nə də yas bilirdim, fəhlə, qul kimi işləyirdim ki, gəlim bu səviyyəyə çatım. Sən də 22 il işlə, sən də al".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/18/428004772_220:0:2951:2048_1920x0_80_0_0_90e1a54165766f45f3ec8f18af8eeb44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qabyuyan, "peraşki" satan, taksi sürücüsü - kiminin əvvəli, kiminin axırı...
qabyuyan, "peraşki" satan, taksi sürücüsü - kiminin əvvəli, kiminin axırı...
Qabyuyan, "peraşki" satan, taksi sürücüsü - Kiminin əvvəli, kiminin axırı...
21:18 15.01.2022 (Yenilənib: 22:34 15.01.2022) İnsanlar həmişə tanınmışların maddi rifahına baxıb həsəd aparırlar. Elə hesab edirlər ki, onlar doğuşdan varlı və şanslı olublar. Bu gün gündəmdə olan məşhurların əksəriyyəti bir zamanlar olduqca kasıb olub.
BAKI, 13 yanvar — Sputnik. Bu gün geniş maddi imkanlara sahib olan insanların bəziləri doğuşdan bu qədər şanslı olmayıblar. Buna baxmayaraq təslim olmayan və hər şeyi əməyi ilə sıfırdan qazanan adamlar da var. Bunların arasında ən çox diqqət çəkənlər isə sənət adamlarıdır.
Sputnik Azərbaycan həmin məşhurların əvvəlki həyat hekayələrini qısaca sizə təqdim edir.
"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artisti Tahir İmanov 90-cı illərdə taksi sürücüsü kimi fəaliyyət göstərib.
Onun sənət yoldaşı Əməkdar artist Bəhram Bağırzadə hələ məktəbli ikən yay tətillərində fəhləlik edib. Əməkdar artist Mətanət İsgəndərli isə Dəmir yolunda bufetdə çalışıb.
"Yeni ulduz" müsabiqəsinin qalibi, İkinci Qarabağ müharibəsi iştirakçısı
Vüqar Muradov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sovet dövründə ailəsinin maddi rifahı yaxşı olub.
Atası müxtəlif vəzifələrdə, anası isə alman dili müəllimi kimi çalışıb. Sovet İttifaqı dağıldıqdan sonra vəziyyət dəyişib:
"1993-cü ilə qədər ailə vəziyyətimiz yaxşı idi. Sonralar pisləşməyə doğru getdi. 2004-2005-ə qədər olduqca kasıb yaşayırdıq. Mən də məktəbli idim. Məcbur idim ailəmə kömək edim. Əvvəllər banketlərdə, tədbirlərdə oxuyurdum. Yeniyetmə vaxtlarımda səsim dəyişilməyə doğru getdi. Başladım "peraşki" satmağa. Səhər saat 6-da rayona Bakıdan avtobuslar gəlirdi. Mən onlara peraşki satırdım. Sonra Bakı-Qax avtobusunda konduktor işləməyə başladım. Yol gedə-gedə dərslərimi oxuyurdum. Buna baxmayaraq, mən həmişə əlaçı olmuşam. Sonra Bakıya gəldim, təndir sexində çörək bişirirdim, çörəyi ünvanlara çatdırırdım. Qalmağa yerim yox idi, təndir sexində qalırdım".
Son zamanlar bahalı toyu və gəlinliyi ilə gündəmdən düşməyən müğənni Sevda Yəhyayeva isə anasının kiçik dükanında satıcı işləyib.
Həmişə xeyriyyə tədbirləri ilə gündəmə gələn sevilən müğənni Zamiq Hüseynov da bir vaxtlar satıcı olub.
Müğənni bir neçə il öncə mediya hesabında kasıb olduğu vaxtlar haqqında bunları yazmışdı:
"Elə bilirsiniz ki, doğulandan yağ-bal içində yaşamışam? Yox. Bəzən mənə "Dünya sənə gözəldir" deyə yazırlar. Bir onu bilirəm ki, küçələrdə dönər yeyə-yeyə böyüdüm... Avtobusa pul verməmək üçün həmişə arxada ayaq üstə gedirdim. Bütün sürücülər məni tanıyırdı və avtobusa minməyə qoymurdular. Bilirdim ki, düz etmirəm, ancaq pulum yox idi. Nə edə bilərdim? Və daha nələr-nələr... Əsas odur ki, məqsədim və hədəflərim var idi. Sənət öyrənməyə gedirdim. Sənətimi sevərək öyrənirdim, nə vaxtsa yaxşı olacağına inanırdım. Bu günümizə min şükür! Allah hər kəsə ürəyinə görə versin".
Tanınmış aparıcı Şəhriyar Əbilov restoranların birində mühavizəçi işləyib.
Hazırda Moskvada yaşayan, xeyriyyə aksiyaları ilə tanınan Rəqsanə İsmayılova isə Moskvada restoranların birində qabyuyan işləyib.
Milyonların sevimlisi, Xalq artisti Röya Ayxan da vaxtı ilə yoxsul zümrədən olub. Müğənni illər öncə bu barədə özünün "instagram" hesabında paylaşım etmişdi:
"Atamın bir dostu vardı. Rəhmətlik mən doğulanda mənə mahnı qoşub, zümzümə edərdi. O qədər kasıb idik ki, anam ayağıma taykeş corab geyindirib. Bu mahnın sözləri də elə yaranıb. Amma kiminin əvvəli, kiminin axırı... Allah böyükdür!"
Müğənni Nadir Qafarzadə də zamanında kasıb yaşayan məşhurlar sırasındadır. Müğənni müsahibələrinin birində deyib ki, aclığa görə iki övladını itirib:
"Xanımımla çətin dövrlərdən keçdik. Aclıqdan, düzgün qidalanmamaqdan 2 övladımı itirdim. Bir qızım, bir oğlum ölüb. Qızım yaşasaydı 23 yaşı var idi. Nə vaxt qaynatam evə gələndə soyuducunu açıb baxmaq istəyəndə yoldaşım qoymurdu. Hər şeyimizin olduğunu deyirdi. Amma soyuducu bomboş idi. Qızım 10 gün yaşadı, oğlum 3 gün"
"Ailə qurmamışdan qabaq, qaynatam qızı vermək istəmirdi. O bilirdi ki, mən müğənniyəm. Atası deyirdi ki, kəndə qız vermərəm, gedib inək sağası deyil. Amma indi mənə baxıb fəxr edir. Çox kasıb idik, 7 il nişanlı qaldıq. Anam axırda ağladı ki, bir də o qızın qapısına getməyəcəm, get onu gətir. Qızgilə gəlib, barmağımdakı üzüyü çıxardıb stola qoyub dedim ki, biz belə xoşbəxt olmayacağıq. Anamın alçalmasını istəmirəm. Əgər sənin də mənə könlün varsa, tut əlimdən gedək. Dedi ki, mənim də gedəcəyim yerim yoxdur, sənin də. Hara gedəcəyik? Dedim bir yer taparıq. Razılaşdı və yüngül şeylər götürüb mənimlə qaçdı. Məktub da yazıb qoydu ki, mən könüllü gedirəm, polisə deməyin", - deyə müğənni bildirib.
Müğənni Manaf Ağayev bir müddət öncə ARB TV-nin efirində səsləndirdiyi "Deməyəcəklər ki, bu nə gündədir, metro ilə gedir" sözlərinə görə qınaq obyektinə tuş gəlmişdi. Müğənni sonradan sosial şəbəkə vasitəsi ilə bu sözün yalan olduğunu söyləmişdi. M.Ağayev bildirmişdi ki, özü və qohumları metrodan çox istifadə edib:
"Məni tanıyan bilir ki, hər zaman yetim-yesirin, kasıbın yanında olmuşam. Kasıba lağ etmərəm. Özüm kasıb olub, yataqxanadan gəlmişəm. Gəncliyim metroda keçib. Beş il unviersitetdə oxumuşam, metro ilə gedib gəlmişəm. Bu gün də qohum-əqrabam metroya minir. Qardaşım, bacım balaları tələbədir və dərsə metro ilə gedirlər".
Bu gün dünyada və Azərbaycanda tanınan məşhur stilist
Anar Ağakişiyev üçün də həyat heç də rəvan keçməyib. Stilist
Sputnik Azərbaycan-a müsahibəsində bu barədə bəhs etmişdi:
"Atamla anam ayrılıblar. O vaxt anamdan 150, atamdan isə 250 dollar aldım. Bu, mənim onlardan aldığım son pul idi. O pulla stilist Zahiddən bazanı öyrəndim, ondan sonra İtaliyaya getdim. Orada gecələr pizza restoranında qabyuyan işləyirdim, gündüzlər kursa gedirdim. Oradan qazandığım puldan sənətimə aid jurnallar alırdım".
Qeyd edək ki, bir müddət əvvəl özünə dəbdəbəli ev alan stilist çoxsaylı tənqidlərə məruz qalıb. Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti onu bahalı ev alımasına görə qınayıb, bəziləri isə təhqir edib. Anar ona "Evi hansı pulla almısan" sualını yazan izləyicisinə sərt şəkildə cavab verib:
"Nə yazdığınızı bilin. O şərhi yazan insanlar isti çarpayısında yatanda, toyda oyanayıb, kef edəndə mən məşhur olmaq üçün hər səhər saat 6-da oyanırdım. Nə toy, nə də yas bilirdim, fəhlə, qul kimi işləyirdim ki, gəlim bu səviyyəyə çatım. Sən də 22 il işlə, sən də al".