https://sputnik.az/20220115/lham-eliyev-amerika-yehudi-komitesinin-icraci-direktorunu-qebul-edib-438195573.html
İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib
İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib
Sputnik Azərbaycan
Devid Harrisin və onun rəhbərlik etdiyi Amerika Yəhudi Komitəsinin ölkəmizlə əməkdaşlığından məmnunluq ifadə olunub. 15.01.2022, Sputnik Azərbaycan
2022-01-15T12:32+0400
2022-01-15T12:32+0400
2022-01-15T12:33+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
amerika
qəbul
yəhudi
icma
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0f/438195516_0:184:2986:1864_1920x0_80_0_0_83502718883d15e99d701d20a58f1c07.jpg
BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü vurğulanıb. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması, dövlət qayğısı ilə əhatə olunması, onlar üçün dövlət səviyyəsində hərtərəfli şəraitin yaradılması yüksək qiymətləndirildi, bunun dünyada nümunəvi xarakter daşıdığı qeyd edilib.Devid Harrisin və onun rəhbərlik etdiyi Amerika Yəhudi Komitəsinin ölkəmizlə əməkdaşlığından məmnunluq ifadə olunub.Söhbət zamanı hazırda regionda yaranan yeni geosiyasi vəziyyət, Azərbaycanın dünyada və regionda artan nüfuzu, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Devid Harris səfər çərçivəsində Bakıda keçirdiyi məhsuldar görüşlər, o cümlədən yəhudi icması ilə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0f/438195516_128:0:2859:2048_1920x0_80_0_0_9cd35e8050354db6bfad8d2deaa4de44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
prezident ilham əliyev, amerika, qəbul, yəhudi, icma
prezident ilham əliyev, amerika, qəbul, yəhudi, icma
İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib
12:32 15.01.2022 (Yenilənib: 12:33 15.01.2022) Devid Harrisin və onun rəhbərlik etdiyi Amerika Yəhudi Komitəsinin ölkəmizlə əməkdaşlığından məmnunluq ifadə olunub.
BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycanda tarixən tolerant mühitin hökm sürdüyü vurğulanıb. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması, dövlət qayğısı ilə əhatə olunması, onlar üçün dövlət səviyyəsində hərtərəfli şəraitin yaradılması yüksək qiymətləndirildi, bunun dünyada nümunəvi xarakter daşıdığı qeyd edilib.
Devid Harrisin və onun rəhbərlik etdiyi Amerika Yəhudi Komitəsinin ölkəmizlə əməkdaşlığından məmnunluq ifadə olunub.
Söhbət zamanı hazırda regionda yaranan yeni geosiyasi vəziyyət, Azərbaycanın dünyada və regionda artan nüfuzu, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Devid Harris səfər çərçivəsində Bakıda keçirdiyi məhsuldar görüşlər, o cümlədən yəhudi icması ilə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verib.