https://sputnik.az/20220115/azerbaycan-vetendasi-ran-gomruyunde-saxlandi-438193294.html
Azərbaycan vətəndaşı İran gömrüyündə saxlandı
Azərbaycan vətəndaşı İran gömrüyündə saxlandı
Sputnik Azərbaycan
Ötən ilin oktyab ayında Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
2022-01-15T11:58+0400
2022-01-15T11:58+0400
2022-01-15T12:06+0400
azərbaycan xəbərləri
qızıl
iphone
iran
gömrük
astara
https://cdnn1.img.sputnik.az/img/42079/14/420791480_0:420:2272:1698_1920x0_80_0_0_2990ff0ed318b75f3b2c4c96d0df5b0a.jpg
BAKI, 15 yanvar — Sputnik. İranın Astara gömrüyündən qanunsuz yolla 2,68 kq qızıl və 7 ədəd “iPhone 13” mobil telefonu keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən İrana keçən Azərbaycan vətəndaşı İranın Astara gömrüyündə yoxlanılıb:“Qeyd olunan əşyaları həmin şəxs çay, yağ və yuyucu tozu qutularına yerləşdirib və İran sərhədindən keçirmək üçün yük maşınına təhvil vermək istəyib”, - deyə o bildirib. (Trend)Xatırladaq ki, ötən ilin oktyab ayında Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, ölkəyə Gürcüstandan "çipsi" yükü gətirən "Mercedes-Benz" markalı avtomobil "Qırmızı Körpü" gömrük postuna daxil olub və yük nəqliyyat vasitəsinə rentgen qurğusu ilə baxış zamanı avtomobilin arxa təkərlərinin arasında yerləşən hava balonunda şübhəli cizgilər qeydə alınıb. Hava balonunun isə yalnız mütəxəssis köməyi ilə açılması mümkün olduğu üçün həmin nəqliyyat vasitəsi postun terminalında saxlanılıb.Nəqliyyat vasitəsinin alt hissəsinə baxış zamanı hava balonunda əlavə bağlamaların da gizlədildiyi məlum olub.Daha sonra bağlamalara baxış zamanı onların içərisində xeyli miqdarda qızıl-zinət əşyası - 761 ədəd qolbaq, 754 ədəd boyunbağı, 783 cüt sırğa, 118 ədəd kulon, 198 dəst boyunbağı-kulon, 7 dəst qolbaq-boyunbağı, 11 dəst kulon-üzük-sırğa, 11 dəst üzük-sırğa, 3 dəst üzük-qolbaq, 5 dəst üzük-boyunbağı-sırğa, 2 dəst boyunbağı-bilərzik-üzük-sırğa, 8 ədəd tək sırğa və 14 qram boyunbağı aşkarlanıb.Aşkarlanan zərgərlik məmulatlarının ümumi çəkisinin 18 kiloqram 172 qram olduğu müəyyən edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42079/14/420791480_0:0:2272:1704_1920x0_80_0_0_3d3d1fb0dc0737efda55265048974012.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan vətəndaşı iran gömrüyündə saxlandı
azərbaycan vətəndaşı iran gömrüyündə saxlandı
Azərbaycan vətəndaşı İran gömrüyündə saxlandı
11:58 15.01.2022 (Yenilənib: 12:06 15.01.2022) Qeyd olunan əşyaları həmin şəxs çay, yağ və yuyucu tozu qutularına yerləşdirib və İran sərhədindən keçirmək üçün yük maşınına təhvil vermək istəyib.
BAKI, 15 yanvar — Sputnik. İranın Astara gömrüyündən qanunsuz yolla 2,68 kq qızıl və 7 ədəd “iPhone 13” mobil telefonu keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.
Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən İrana keçən Azərbaycan vətəndaşı İranın Astara gömrüyündə yoxlanılıb:
“Qeyd olunan əşyaları həmin şəxs çay, yağ və yuyucu tozu qutularına yerləşdirib və İran sərhədindən keçirmək üçün yük maşınına təhvil vermək istəyib”, - deyə o bildirib. (Trend)
Xatırladaq ki, ötən ilin oktyab ayında Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının gömrük sərhədindən bəyan etməməklə və gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, ölkəyə Gürcüstandan "çipsi" yükü gətirən "Mercedes-Benz" markalı avtomobil "Qırmızı Körpü" gömrük postuna daxil olub və yük nəqliyyat vasitəsinə rentgen qurğusu ilə baxış zamanı avtomobilin arxa təkərlərinin arasında yerləşən hava balonunda şübhəli cizgilər qeydə alınıb. Hava balonunun isə yalnız mütəxəssis köməyi ilə açılması mümkün olduğu üçün həmin nəqliyyat vasitəsi postun terminalında saxlanılıb.
Nəqliyyat vasitəsinin alt hissəsinə baxış zamanı hava balonunda əlavə bağlamaların da gizlədildiyi məlum olub.
Daha sonra bağlamalara baxış zamanı onların içərisində xeyli miqdarda qızıl-zinət əşyası - 761 ədəd qolbaq, 754 ədəd boyunbağı, 783 cüt sırğa, 118 ədəd kulon, 198 dəst boyunbağı-kulon, 7 dəst qolbaq-boyunbağı, 11 dəst kulon-üzük-sırğa, 11 dəst üzük-sırğa, 3 dəst üzük-qolbaq, 5 dəst üzük-boyunbağı-sırğa, 2 dəst boyunbağı-bilərzik-üzük-sırğa, 8 ədəd tək sırğa və 14 qram boyunbağı aşkarlanıb.
Aşkarlanan zərgərlik məmulatlarının ümumi çəkisinin 18 kiloqram 172 qram olduğu müəyyən edilib.