https://sputnik.az/20220114/yeni-tu-160m2-raketdasiyicisinin-ilk-ucusu-vasinqton-ve-brussele-boyuk-salam-var-438154588.html
Yeni "Tu-160M2" raketdaşıyıcısının ilk uçuşu: Vaşinqton və Brüsselə böyük salam var
Yeni "Tu-160M2" raketdaşıyıcısının ilk uçuşu: Vaşinqton və Brüsselə böyük salam var
Sputnik Azərbaycan
Yeni yığılmış maşınlar və dərin modernləşdirilmiş "Tu-160"lar xarici görünüşülə müvafiq olaraq "Tu-160M2" və "Tu-160M"dən nişanlanması ilə fərqlənir. 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T18:18+0400
2022-01-14T18:18+0400
2022-01-14T18:18+0400
rusiya
təhlil
abş
vaşinqton
brüssel
uçuş
https://cdnn1.img.sputnik.az/img/42431/90/424319028_0:209:3271:2048_1920x0_80_0_0_e8fe90a7d30cf65a9d3b417723493797.jpg
BAKI, 14 yanvar — Sputnik. Moskva diplomatik inamla və ya hərbi-texniki məcburiyyətlə ABŞ və NATO-nu Rusiya və onun müttəfiqlərilə bərabər hüquqlu münasibətlər qurmağa məcbur edəcək. Kazan üzərində səmada sıfırdan yığılmış "Tu-160M2" strateji raketdaşıyıcı Qərbin qaydalarına uyğun olaraq geosiyasi oyunun sona çatmasının yeni yüksək texnologiyalı sübutudur və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun müəyyən etdiyi kimi bu ölkənin effektli əks-saxlamaq və əks-qorxu sisteminin inkişafıdır.Kazan Aviasiya Zavodunda istehsal edilmiş yeni "Tu-160M2" strateji raketdaşıyıcı dəyişən həndəsi qanad ilə yanvarın 12-də ilk uçuşunu həyata keçirib. 80 faiz modernləşdirilmiş "Ağ qu quşları"nın seriyalı istehsalı xarici təhlükəsizlik çağırışlarına, çətin beynəlxalq vəziyyətin şərtlərinə cavab verir və Rusiya prezidenti Vladimir Putinin qərarı ilə inkişaf etdiriləcək.Bu, 2018-ci ildə sifariş edilmiş on ədəd quraşdırmanın ilk seriyalı raketdaşıyıcısıdır. Müqavilə üzrə bütün təyyarələr 2027-ci ilə qədər istehsal olunmalıdır (ümumi dəyəri 150 milyard rubl). "Tupolev"in sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi 50-yə yaxın belə maşın almağı planlaşdırır. Eyni zamanda, 15 ədəd "Tu-160" döyüş raketdaşıyıcıları dərin modernizasiyadan keçir.Yeni yığılmış maşınlar və dərin modernləşdirilmiş "Tu-160"lar xarici görünüşülə müvafiq olaraq "Tu-160M2" və "Tu-160M"dən nişanlanması ilə fərqlənir."Tu-160"ın döyüş platforması Rusiyanın nüvə triadasının mühüm komponenti, saxlama vasitəsi, Rusiya və NATO arasında paritetin təmin edilməsidir. "Tu-160M2" raketdaşıyıcısı Rusiya aviasiya sənayesinin ən genişmiqyaslı və yüksək texnoloji layihələrindən biridir.Təyyarə modernləşdirilmiş "NK-32-02" mühərrikləri, idarəetmə sistemləri, naviqasiya, silahlara nəzarətlə prinsipial olaraq yeni (rəqəmsal) texnoloji bazada istehsal olunur. Kazan Aviasiya Zavodunda ("Tupolev" filialı) sexlərin avadanlıqları, uçuş-sınaq bazası modernləşdirilib, dünyanın ən böyük elektron-şüa qaynaqları işə salınıb.İstehsalın sinergetik təsiri və maşının gücünün artması "Rostex" korporasiyasının qabaqcıl metallurgiya, aviasiya, maşınqayırma müəssisələri tərəfindən təmin edilir. 2000-ci ilə qədər 700 müəssisə "Tu-160"ın istehsalı üzrə əməkdaşlıqda iştirak edib və oxşar zənciri yenidən yaratmaq məcburiyyəti yaranıb.Yüksək texnologiyanın taktikası"Tu-160" döyüş platformasının perspektivləri əhəmiyyətlidir, layihənin gələcəkdə inkişafı yeni silah növlərinin inteqrasiyasına imkan verəcək: hipersəsli raketlər, adi və ya nüvə döyüş hissəsi ilə qanadlı raketlər, uzaq coğrafi rayonlarda düşmən arxasında yerüstü və dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulub."Tu-160" 2 Max sürətini uzun müddət saxlamağa qadir olan dünyada yeganə strateji bombardmançı təyyarədir. Unikal qanad dizaynı (müxtəlif süpürmə mövqelərində 35 ilə 55 metr arasında dəyişir) "Ağ qu quşu"nun forsaj rejimində 2200 km/saata qədər səsdən yüksək sürətə çatmağa və 45 tona qədər döyüş yükü ilə düşmənin hava hücumundan müdafiə xətlərini dəf edərək onu 45 dəqiqə havada saxlamağa imkan verir. ABŞ bombardmançılarının isə belə imkanları yoxdur.Strateji "Tu-160" düşmənin hava hücumundan müdafiə zonasına daxil olmadan fəaliyyət göstərə bilir. Tapancalı buraxılış qurğuları bölmələrdə 12 qanadlı raketi daşımağa imkan verir. Yeni "X-101" az nəzərə çarpan qanadlı raketin maksimal uçuş məsafəsi 5500 kilometrdir. "X-101"in adi modifikasiyası təxminən 400 kiloqram trotil tutumlu döyüş hissəsinə malikdir və xüsusi isə (X-102) 250 kilotondan bir meqatonadək olan termonüvə döyüş başlığı ilə təchiz edilib. Əvvəlki nüvə modifikasiyasından fərqli olaraq müasir "Tu-160" (2000-ci ilə qədər 36 ədəd seriyada istehsal olunub) raketdaşıyıcısı çoxfunksiyalıdır. "Tu-160M" Suriyada dəfələrlə yüksək effektivlik nümayiş etdirib.Modernizasiya sayəsində "NK-32-02" aviamühərrik daha qənaətcil oldu ki, bu da maksimum uçuş məsafəsini 15 min kilometrə qədər artırmağa imkan verib. Bütün "Tu-160"lar 2030-cu ilə qədər ikinci seriyalı "NK-32" mühərrikləri ilə yenidən təchiz ediləcək. Döyüş platformasının imkanlarını başa düşmək üçün ikitərəfli hərbi əməkdaşlığın çərçivəsində "Ağ Qu quşlar"ı bu yaxınlarda Rusiyadan Cənubi Afrikaya 13 saat ərzində 11 min kilometrdən çox məsafə qət edərək fasiləsiz uçuş həyata keçirib. Şimali Amerika və ya Böyük Britaniya adası daha yaxındır.ABŞ-ın nüfuzlu "Aviation Week & Space Technology" jurnalına görə, "Tu-160" 2020-ci ildə hərbi aviasiya sahəsində ən əhəmiyyətli dünya nailiyyətləri siyahısına daxil olub, ancaq "Tu-160M2" keyfiyyətcə fərqli olan raket arsenalına malik təmamilə yeni təyyarədir. Qərb "müttəfiqləri" yəqin ki, Blackjack-in (NATO-nun kodu) "ikinci gəlişinə" diqqət verib qiymətləndiriblər.Xatıraldaq ki, "Tu-160" SSRİ-də ABŞ-ın "Rockwell B-1 Lancer" strateji raketdaşıyıcısına cavab olaraq hazırlanıb. "Tu-95" və "М-4" səssiz bombardmançı təyyarələri NATO-nun hava hücumundan müdafiə döyüşü sistemini effektli şəkildə üstələyə bilmirdilər. Nəticədə xidmətdə olan bütün silahlar içərisində ən sürətli və yük daşıya bilən unikal səsdən sürətli strateji raketdaşıyıcısı yaradıldı. "Ağ Qu quşu" 46 dəfə dünya rekordunu vurub. Əhəmiyyətli texnoloji "Tu-160" yeni maşının böyük gələcəyini təmin edir və Vaşinqton və Brüsseldə bir çox isti beyinləri sərinləşdirir.Rusiyada "MiG-31BM" qırıcısının və "Mi-26T2V" super ağır helikopterinin modernləşdirilməsi və seriyalı istehsalı layihələri də uğurla inkişaf edir. Xarici analoqlar mövcud deyillər (hətta ən yeni beşinci nəsil olan "Su-57"yə toxunmadan)."World Air Forces 2022" məlumat kitabçasına və "Global Firepower" dünya hərbi güc reytinqinə görə, Rusiya Silahlı Qüvvələri dünyada sayına görə ikinci ən böyük hərbi aviasiya parkına malikdir - 4173 ədəd. Təyyarələrin sayına görə ABŞ Hərbi Hava Qüvvələri hələ də irəlidədir, ancaq metalda hipersəsli texnologiyalarına malik deyil. Rusiyada bir neçə növ hipersəsli raketlər qəbul edilib və mütəxəssislər onların sürətini və məsafəsini artırmaq üçün onların üzərində işləyirlər.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42431/90/424319028_154:0:2885:2048_1920x0_80_0_0_aeb668f4f4313b2ff6a06f49a0fcc6f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, abş, vaşinqton, brüssel, uçuş
rusiya, abş, vaşinqton, brüssel, uçuş
Yeni "Tu-160M2" raketdaşıyıcısının ilk uçuşu: Vaşinqton və Brüsselə böyük salam var
Yeni yığılmış maşınlar və dərin modernləşdirilmiş "Tu-160"lar xarici görünüşülə müvafiq olaraq "Tu-160M2" və "Tu-160M"dən nişanlanması ilə fərqlənir.
BAKI, 14 yanvar — Sputnik. Moskva diplomatik inamla və ya hərbi-texniki məcburiyyətlə ABŞ və NATO-nu Rusiya və onun müttəfiqlərilə bərabər hüquqlu münasibətlər qurmağa məcbur edəcək. Kazan üzərində səmada sıfırdan yığılmış "Tu-160M2" strateji raketdaşıyıcı Qərbin qaydalarına uyğun olaraq geosiyasi oyunun sona çatmasının yeni yüksək texnologiyalı sübutudur və Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun müəyyən etdiyi kimi bu ölkənin effektli əks-saxlamaq və əks-qorxu sisteminin inkişafıdır.
Kazan Aviasiya Zavodunda istehsal edilmiş yeni "Tu-160M2" strateji raketdaşıyıcı dəyişən həndəsi qanad ilə yanvarın 12-də ilk uçuşunu həyata keçirib. 80 faiz modernləşdirilmiş "Ağ qu quşları"nın seriyalı istehsalı xarici təhlükəsizlik çağırışlarına, çətin beynəlxalq vəziyyətin şərtlərinə cavab verir və Rusiya prezidenti Vladimir Putinin qərarı ilə inkişaf etdiriləcək.
Bu, 2018-ci ildə sifariş edilmiş on ədəd quraşdırmanın ilk seriyalı raketdaşıyıcısıdır. Müqavilə üzrə bütün təyyarələr 2027-ci ilə qədər istehsal olunmalıdır (ümumi dəyəri 150 milyard rubl). "Tupolev"in sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi 50-yə yaxın belə maşın almağı planlaşdırır. Eyni zamanda, 15 ədəd "Tu-160" döyüş raketdaşıyıcıları dərin modernizasiyadan keçir.
Yeni yığılmış maşınlar və dərin modernləşdirilmiş "Tu-160"lar xarici görünüşülə müvafiq olaraq "Tu-160M2" və "Tu-160M"dən nişanlanması ilə fərqlənir.
"Tu-160"ın döyüş platforması Rusiyanın nüvə triadasının mühüm komponenti, saxlama vasitəsi, Rusiya və NATO arasında paritetin təmin edilməsidir. "Tu-160M2" raketdaşıyıcısı Rusiya aviasiya sənayesinin ən genişmiqyaslı və yüksək texnoloji layihələrindən biridir.
Təyyarə modernləşdirilmiş "NK-32-02" mühərrikləri, idarəetmə sistemləri, naviqasiya, silahlara nəzarətlə prinsipial olaraq yeni (rəqəmsal) texnoloji bazada istehsal olunur. Kazan Aviasiya Zavodunda ("Tupolev" filialı) sexlərin avadanlıqları, uçuş-sınaq bazası modernləşdirilib, dünyanın ən böyük elektron-şüa qaynaqları işə salınıb.
İstehsalın sinergetik təsiri və maşının gücünün artması "Rostex" korporasiyasının qabaqcıl metallurgiya, aviasiya, maşınqayırma müəssisələri tərəfindən təmin edilir. 2000-ci ilə qədər 700 müəssisə "Tu-160"ın istehsalı üzrə əməkdaşlıqda iştirak edib və oxşar zənciri yenidən yaratmaq məcburiyyəti yaranıb.
Yüksək texnologiyanın taktikası
"Tu-160" döyüş platformasının perspektivləri əhəmiyyətlidir, layihənin gələcəkdə inkişafı yeni silah növlərinin inteqrasiyasına imkan verəcək: hipersəsli raketlər, adi və ya nüvə döyüş hissəsi ilə qanadlı raketlər, uzaq coğrafi rayonlarda düşmən arxasında yerüstü və dəniz hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
"Tu-160" 2 Max sürətini uzun müddət saxlamağa qadir olan dünyada yeganə strateji bombardmançı təyyarədir. Unikal qanad dizaynı (müxtəlif süpürmə mövqelərində 35 ilə 55 metr arasında dəyişir) "Ağ qu quşu"nun forsaj rejimində 2200 km/saata qədər səsdən yüksək sürətə çatmağa və 45 tona qədər döyüş yükü ilə düşmənin hava hücumundan müdafiə xətlərini dəf edərək onu 45 dəqiqə havada saxlamağa imkan verir. ABŞ bombardmançılarının isə belə imkanları yoxdur.
Strateji "Tu-160" düşmənin hava hücumundan müdafiə zonasına daxil olmadan fəaliyyət göstərə bilir. Tapancalı buraxılış qurğuları bölmələrdə 12 qanadlı raketi daşımağa imkan verir. Yeni "X-101" az nəzərə çarpan qanadlı raketin maksimal uçuş məsafəsi 5500 kilometrdir. "X-101"in adi modifikasiyası təxminən 400 kiloqram trotil tutumlu döyüş hissəsinə malikdir və xüsusi isə (X-102) 250 kilotondan bir meqatonadək olan termonüvə döyüş başlığı ilə təchiz edilib. Əvvəlki nüvə modifikasiyasından fərqli olaraq müasir "Tu-160" (2000-ci ilə qədər 36 ədəd seriyada istehsal olunub) raketdaşıyıcısı çoxfunksiyalıdır. "Tu-160M" Suriyada dəfələrlə yüksək effektivlik nümayiş etdirib.
Modernizasiya sayəsində "NK-32-02" aviamühərrik daha qənaətcil oldu ki, bu da maksimum uçuş məsafəsini 15 min kilometrə qədər artırmağa imkan verib. Bütün "Tu-160"lar 2030-cu ilə qədər ikinci seriyalı "NK-32" mühərrikləri ilə yenidən təchiz ediləcək. Döyüş platformasının imkanlarını başa düşmək üçün ikitərəfli hərbi əməkdaşlığın çərçivəsində "Ağ Qu quşlar"ı bu yaxınlarda Rusiyadan Cənubi Afrikaya 13 saat ərzində 11 min kilometrdən çox məsafə qət edərək fasiləsiz uçuş həyata keçirib. Şimali Amerika və ya Böyük Britaniya adası daha yaxındır.
ABŞ-ın nüfuzlu "Aviation Week & Space Technology" jurnalına görə, "Tu-160" 2020-ci ildə hərbi aviasiya sahəsində ən əhəmiyyətli dünya nailiyyətləri siyahısına daxil olub, ancaq "Tu-160M2" keyfiyyətcə fərqli olan raket arsenalına malik təmamilə yeni təyyarədir. Qərb "müttəfiqləri" yəqin ki, Blackjack-in (NATO-nun kodu) "ikinci gəlişinə" diqqət verib qiymətləndiriblər.
Xatıraldaq ki, "Tu-160" SSRİ-də ABŞ-ın "Rockwell B-1 Lancer" strateji raketdaşıyıcısına cavab olaraq hazırlanıb. "Tu-95" və "М-4" səssiz bombardmançı təyyarələri NATO-nun hava hücumundan müdafiə döyüşü sistemini effektli şəkildə üstələyə bilmirdilər. Nəticədə xidmətdə olan bütün silahlar içərisində ən sürətli və yük daşıya bilən unikal səsdən sürətli strateji raketdaşıyıcısı yaradıldı. "Ağ Qu quşu" 46 dəfə dünya rekordunu vurub. Əhəmiyyətli texnoloji "Tu-160" yeni maşının böyük gələcəyini təmin edir və Vaşinqton və Brüsseldə bir çox isti beyinləri sərinləşdirir.
Rusiyada "MiG-31BM" qırıcısının və "Mi-26T2V" super ağır helikopterinin modernləşdirilməsi və seriyalı istehsalı layihələri də uğurla inkişaf edir. Xarici analoqlar mövcud deyillər (hətta ən yeni beşinci nəsil olan "Su-57"yə toxunmadan).
"World Air Forces 2022" məlumat kitabçasına və "Global Firepower" dünya hərbi güc reytinqinə görə, Rusiya Silahlı Qüvvələri dünyada sayına görə ikinci ən böyük hərbi aviasiya parkına malikdir - 4173 ədəd. Təyyarələrin sayına görə ABŞ Hərbi Hava Qüvvələri hələ də irəlidədir, ancaq metalda hipersəsli texnologiyalarına malik deyil. Rusiyada bir neçə növ hipersəsli raketlər qəbul edilib və mütəxəssislər onların sürətini və məsafəsini artırmaq üçün onların üzərində işləyirlər.